Sən zınqırovlu qurdun hekayəsini bilirsənmi xanım?
Bizim o yerlərdə bir qurd sürüyə dadanıb önünə gələn qoyunu, keçini öldürmüşsə əgər, bütün kənd toplanar, atlanar, silahlanar. Düşər qurdun arxasına. Elə bir düşər ki, qurdu tapan onu incitmədən əlinə keçirməyi bacarar və heç kim də incitməz. Tutduqları qurdu yaxşıca doyurdarlar. Sonra boynuna möhkəm bir tel, telə də bir zınqırov taxarlar və sonra tutduqları yerə buraxarlar. Qurddur bu, dağ bayır gəzər, amma bir tək canlıya toxuna bilməz. Hara getsə, hara dönsə, özündən əvvəl zınqırovun səsi gedər və ən nəhayət qurd aclıqdan ölər, xanım.
İndi sən mənə, "birdən-birə, səbəbsiz, bizim kişi bu hekayəni niyə danışdı" deyərsən. Anlayarsan, bilirəm. O hekayədəki kəndlilərin qurda etdiyi kimi insan da çox zaman öz boynuna taxar o zınqırovu. O zınqrov boyunda olduqca edəcəyi heç bir şeyi tam olaraq edə bilməz. Zınqırovun varlığını bilmək, onu çıxarıb atmamaq və öz istəyiylə taxmaq, qurdun halından da betər edər.
İnsandır bu, sərhədlərini təyin edər, edəcəklərini edər. Amma sən "həmişə bunu edəcəyəm" deyərsən, etməzsən. Hər səfərində "mən edə bilmərəm, edə bilmərəm" deyib imtina edərsən. Nə vaxt niyyətlənsən, nə vaxt özün üçün bir yola çıxsan, yolun başında, hələ addım atmadan, tərləmədən, yorulmadan, daha nəyin nə olacağı bilinmədən geri dönərsən. Səni bu qədər cəsarətsiz edən zınqırov nədir?
Nədir səni bu qədər köhnəyə mübtəla edən? Nədir səni davamlı nələrisə yığmağa itələyən? Evin hər yeri əşya ilə doludur. Hansı şkafı açsam, hansı siyirməyə baxsam, istifadə edilməyən, amma atılmağa ya da birinə verilməyə niyyətlənməmiş bir şeylə qarşılaşıram. On il əvvəlin paltarları, hansı zamandan qalma çanaqlar, qablar, oyuncaqlar, köhnəlmiş ayaqqabılar, kitablar, dəftərlər... Amma məni, bunlardan daha çox beynində təyin etmədiklərin, içində davamlı yığıb yenilərinə yer buraxmayan düşüncələrin, bu qədər doluluğun, bu qədər dolmuşluğun və bunun da fərqində olmamışlığın yorur.
Sənin bir dənə deyil, sayını ancaq sənin belə biləcəyin çox sayda zıqırovun var. Həyatın davamlı olaraq "geriyə" rejimindədir. Həmişə geriyə qucaq açırsan. Həmişə dünəndəsən. Bu gün deyə bir şey yoxmudur? Yoxmu səni dünəndən götürüb qoparacaq bir şey?
- Bəy, - dedi, qadın. - Haqlısan. İnsan çox zaman etdiklərinin fərqində belə olmur. Hər kəsin halını görür, bircə öz halını görmür. Aynam bu qədər il qırıqmış məgər və mən bu qədər il qırıq bir aynadan seyr etmişəm özümü. Baxmışam, amma görməmişəm. Duymuşam, amma eşitməmişəm.
Qorxmuşam, bəy, qorxmuşam! Aynada görəcəyimdən deyil, görə bilməyəcəyimdən qorxmuşam. Sahib olduqlarımı ola biləcəklərim uğruna itirib əlimdə bir şeyin qalmamasından, gələn günün gedəndən daha pis olma ehtimalından, edəcəyimin etdiyimin altında qalma ehtimalından, bacara bilməməkdən...
Qorxu zınqırovlu qurdun zəngi kimi hər getdiyim yerdə eşitdirdi səsini. Hər atdığım addımda dayandırdı məni. Mən qorxunu bilərəm, bəy. Qorxunun necə bir şey olduğunu sənin bilmədiyin bir halla, anladığından fərqli bir dillə bilirəm, bəy.
Şikayətim varsa da, özümdəndir. Əlimdə deyil. Nə etsəm, olmur. Vaxtilə çətin idi həyatımız. Aclığı, yoxluğu gördük. "Saxla samanı gələr zamanı" deyə-deyə, böyütdülər bizi. Həmişə gələcək bir qara gün vardı. Həmişə gözlənilən bir mənfilik... Beynim Pavlovun itləri kimi şərtlənmiş, qəbul etmişdir bunu. İndi sən burax bunları, at bütün köhnələri deyirsən. İnsanın xaricindəki köhnələri atması asandır bəlkə, amma beynimdəki köhnələri atmaq, o qədər asandır?
Asandır bu qədər yaşanmışlığın gətirdiyi nəticəni "səhvsən" deyə üstələmək? Asandır o qədər il dayandığı yerdən çıxarıb atmaq? Asandırsa söylə mənə, edim. Səni narahat edən bu haldırsa, tərk edim. Amma edə bilməyəcəyimi istəmə məndən. Məni olduğum kimi qəbul et.
- Xanım, - dedi kişi. - İstəmək mənim deyil, sənin istəyin olmalıdır. Mən səni bu qədər il belə qəbul etmişəm. Səni ilk günkü kimi və ilk gördüyüm an kimi sevmişəm! Mənə qarşı davranışlarından şikayətim yoxdur. Hörmətdə qüsur etməməyindən, mənə qayğıyla baxmağından, sevməyindən, evini sahiblənməyindən bil ki, şikayətim yoxdur.
Mən səni daha xoşbəxt, daha ümidli, daha şövqlü görmək istəyirəm. Qabığından çıxmağını, baramanı buraxmağını istəyərəm. Zamanın hər zərrəsində gəz, hər anı yaşa, hər anı qiymətli et, amma köhnədə qalma. Mən sənin səni bədbəxt edən, amma bunun üçün heç səy göstərməyən yanından, qulaqdandolma məlumatlarla bildiyini oxumağından, ön mühakimələrindən şikayətçiyəm...
Nə olar bir az oxusan, gətirdiyim jurnallara baxsan. Nə olar məni bu nöqtədə bir az anlamağa çalışsan. Nə olar?
Nə itirərsən ki? Səhvsənsə əgər, "səhv" deyib keçərsən. Amma araşdırmadan, baxmadan, beynində analiz etmədən, bir şeyi ürək süzgəcindən süzmədən səhv olduğunu haradan biləcəksən? Onlar "səhv" deyiblərmiş.
"Onlar" dediyin insanlar bu evin xaricindələr. Bizi biz maraqlandırarıq. Bizi biz təmir edərik. Ola bilər ki, bir gün onlara da ehtiyac duyarıq. Qəbulumdur, insan başqalarına da möhtacdır. Amma hər kəsin fikri özünə. O "səhv" dedi deyə, mütləq səhv olacaq deyil bir şey. O sevmədi deyə sevilməyəcək də deyil! Ona səhv gələn mənim doğrum ola bilər və ola bilər ki, onun doğrusu da mənə səhv gələ bilər. İndi Tahir Zöhrəni sevmədi deyə ağlayaqmı? İmtina edəkmi Tahir ya da Zöhrə olmaqdan? İmtina edəkmi kiçik bir zınqırov üzündən qurd olmaqdan?
Ah, xanım, buna görə deyirəm. Yenilərə yer açmaq gərəkdir deyə. Evində, beynində, yenilər üçün yer açmasan, köhnəlmiş olanı təyin etməzsən. Yeniyə sahib ola bilməzsən. Köhnə həmişə bir yerdən göstərər özünü. Sən atmasan, heç bir köhnə öz ayağıyla getməsi lazım olan yerə getməz. Sən qapını açmasan əgər, gələ bilməz heç bir yeni və dediyim kimi gəlsə də, girdiyi yerdə yerləşəcək, bir yer tapa bilməz. Anladığın kimi köhnə yenini qovar və sən də buna görə yerində saymaqdan xilas ola bilməzsən.
- Qulağa xoş və bəli, məntiqli gəlir söylədiklərin, - dedi qadın.
Sonra, "Sən nə möcüzə bir yoldaşsan!" deyə zümzümə etdi. "Sən" dedi, şeirlərin əksik buraxdığı məna, şairin mənasına çata bilmədiyi cümləmsən. Sən mənim, ayaqlarımı bir-birinə dolaşdıranım, illərin içimdən götürə bilmədiyi həyəcanımsan. Məni tamamlayan, məni inkişaf etdirən, mənə fərqli eynəklərlə dünyaya baxma cəsarəti verənsən. Sən, mənim "kaş ki" demədiyimsən, zınqırovlu qurdun zəngi kimi boynumda asılı olmayanımsan! Necə istəmərəm səni xoşbəxt edəcək olanı etməyi. Necə istəyərəm ki, səni xoşbəxt etməyi!
Kişi gülümsədi. İçinə bir sevinc dalğası gəlib yerləşdi. Yoldaş dediyi belə olmalı idi. Danışanda hüzura dəvət etməli idi. İstirahət etdirməli idi. Güldürməli idi. Qırmadan, incitmədən, ürəyə belə toxunmalı idi.
- Bəxtliyəm, - dedi içindən.
- Allahım, çox bəxtliyəm! Sənə kəlamın nöqtəsizliyi qədər, ürəyimin idrak etdiyi qədər şükr edirəm.
Kişi oturduğu yerdən qalxdı. Yoldaşına, sevginin sahibi, mülkün sahibi, insanın da sahibi Allahdan bəhs etdi. Ürəklərə imanı yazanın eyni zamanda ürəkləri sevgiylə birləşdirən olduğundan və Onu diləmədikcə gerçək xoşbəxtliyə çatıla bilməyəcəyindən.
Zaman, asudə bir zaman idi və hər hekayə, olması lazım olduğu qədər vardı.
Və yazıçı halların dilinə tərcüməçi olmaq istəyərkən gülümsədi öz-özünə. İnsanların dünyasından, hekayələrin kənarından qaçıb bağlandı öz içinə. Ürəyindəki tək gerçəyi, var olma səbəbini və var edəni düşündü:
"Ürəkləri bir görən vardı, hər görənin üstündə.
Bir bilən vardı, hər bilənin üstündə.
O biləni bilmək deyildimi bilməyi sehirli bir hərəkətə çevirən?
O biləni idrak etmək deyildimi idrakı anlamaqdan kənar bir şey edən?
Ey mənim mənamın mərkəzi! - dedi.- İçimdə bir hüzn var və tək Sənə ayan olan bir dərdim. Yoruldum içimdə daşımaqdan. Yoruldum...
Sən ki mənim Allahımsan! Sən ki mənim ürəyimsən, Sən ki, mənim Rəbbimsən!
Məni dərdimdən, Səndən uzaq edən zınqırovlarımdan azad et! İçimə bir təsəlli ver və məni yaratmağın haqqı üçün yaradılma səbəbimə layiq et!"
XƏBƏR LENTİ
"Hər bir belə hadisə bizim üçün faciədir"
İdeal insanın həyat prinsipləri
Yaşıl çayın zərəri
Ailəmizin hüququnu necə qoruyaq?
Şokoladlı bananlı keks (foto resept)
Koronavirusla bağlı son STATİSTİKA
Bu gün yeni əsginaz dövriyyəyə buraxılır
Məşhur müğənninin ağciyərləri sıradan çıxdı-SƏBƏB
Şüşə mayedir
Azərbaycanın tanınmış alimi vəfat etdi
Mug keks ( foto-resept)
Rusiyanın qurduğu tələ
Dağ kəndindəki uşaqlar M.Qorkinin kitabına qovuşdu
Dəri qaşıntılarının altında yatan səbəblər
Qeyri-adi faktlar
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
Verdiyi sualla oğrunu çaş-baş qoydu - VİDEO
Radamel Falkao Beylin rekordunu qıracaq?
Acunu məhkəməyə verdi-SƏBƏB
İdman zalları niyə açılmır? - RƏSMİ
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada koronavirusa yoluxanların sayı 600 mini ötdü
Dəhşətli virus Azərbaycanın bir addımlığında
Dünyanın ən hündür hava limanı-FOTO
Hava haqqında
Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək
Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanı verir
Azərbaycan qadınları Orduya yazılır
Qozlu krem(foto resept)
Dünyanın ən bahalı retro maşınları Bakıda
BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Azərbaycan və Rusiya DİN-lərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə işçi qrupunun iclası keçirildi
Erməni fəal: “Bir müttəfiqimiz ola bilər - bu, qonşu Azərbaycandır”
Quru xəlilə
Hava haqqında
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Sevgi nədir?
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Uşaqlarla əylənməyin yolları-1
Balaca modabazlar
Gəncənin tramvayları belə olacaq
Pəhləvanlarımız 10 medal qazandılar
Seks ürəyi qoruyur
Facebook elektron pul xidmətinə başlayır?
15 yaşlı azərbaycanlı girov geri qaytarıldı
Qırışlar niyə yaranır?
Qeyri-adi yaradıcılıq nümunələri
- ŞƏRHLƏR