Bakıda hava
USD AZN
EUR AZN
3 aprel 14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Nişan üzüyü

Nişan üzüyü

Gülər hələ yatmamışdı. Saat 12 olardı. Oğlu ezamiyyətə getdiyi üçün bu gün də gəlmədi. Bir az oğlundan ötrü narahat idi. Ürəyinin başından keçənlərə "Allah şeytana  lənət  eləsin", deyərək yatmağa hazırlaşırdı. Kimsə qapını döyürdü, o fikirli olduğu üçün  qapının səsini  eşitmirdi, nəhayət qapı bir xeyli döyüləndən sonra Gülər o biri otağa keçib  asta-asta qapıya yaxınlaşdı,  "gecənin bu vaxtı kim olar", deyə  qapının gözlüyündən baxdı. "Hə, qonşu qızdır, görən bu vaxt niyə gəlib, yəqin nə isə vacib bir işi var", düşünərək qapının kilidini açdı.

- Nigar, nə olub, xeyir ola ?

Nigar bir az həyəcanlı  idi,  ovcunda nə isə bir şey tutmuşdu elə bil, yoxsa Gülərə elə gəldi, bir şey anlamadı.

- Gülər bacı, axşamın xeyir.

- Axşamın xeyir, qızım.

Nigar həyəcanını gizlətməyə çalışırdı, amma yenə də biruzə verirdi.

- Gülər bacı, "mənim qardaşımın bir işi düşüb, ona bir az pul lazımdır, bu üzüyü verdi ki, bir adama sat. Mən də gecənin bu vaxtı bunu kimə satım, gümanıma siz gəldiniz, dedim bəlkə aldınız", deyərək ovcunu açdı.

Gülər üzüyə baxdı. Bilmədi neyləsin. Olub keçənlər kino lenti kimi bir anlıq gözü önündən gəlib keçdi. Donub qalmışdı. Nigara baxdı, sonra da bir xeyli üzüyə baxdı, gözləri dolmağa başladı. Nə edəcəyini bilmirdi. Fikir onu uzaqlara aparmışdı. Nigarın ondan cavab gözlədiyi yadından çıxmışdı. Nigar ovcunu yenidən bağladı. Gülər sanki indi ayıldı. Əlini Nigara uzadaraq üzüyü əlinə aldı. Sanki əlləri əsirdi.  Birdən qorxmağa başladı. Nigarın ondan üzüyü alacağından qorxub qiymətini soruşdu. Tələsik içəri keçib deyilən pulu gətirdi və üzüyü aldı. Nigar Gülərə "sağ ol bacım, nə yaxşı ki, aldın, yoxsa gecənin bu vaxtı mən nə edərdim" - deyib, sağollaşaraq ayrıldı. Hər kəs  öz otağına keçdi. Axı qonşu idilər.

Gülər içəri keçdi, ürəyində  sevinc dolu bir kədər var idi. Gəlib yerinə uzandı. Yuxusu tamam  qaçmışdı. Gözlərini yumdu, yatmaq istəyirdi, amma  yuxusu gəlmirdi ki, gəlmirdi. Üzüyü  ovcunda möhkəm-möhkəm  sıxmışdı. Elə bil kimsə ondan alacaqdı.  Yadına nisgil, kədər dolu  günləri düşdü. O zaman da  belə yata bilməmişdi - əzabdan, kədərdən, qəmdən. Səhərədək fikir onu almışdı. O, pulu hardan tapsın. Anası xəstə idi. Uzun illərin xəstəsi. "Necə edim", anasının bu kədərli çöhrəsi ona bir dərd olmuşdu. Ay aman, həkimin yazdığı bu resepti almağa artıq pulum qalmayıb. Bu sağalmaz xəstəlik bizim  olan-qalanımızı bizə satdırdı. "Ana, ay ana, bəs indi neyləyim, nəyi satım" yerinə uzanar-uzanmaz  fikirləşməyə başlamışdı. Əllərini boynunun arxasına qoyub gözlərini tavana zilləmişdi. Bir yol, bir çarə axtarmışdı. Ana sağalmaz xəstəliyə tutulmuşdu. Ah, Gülərin ürəyi qövr edirdi. Arxası üstə uzana bilmədi, sağ böyrü üstə çevrildi. Dizlərini qarnına yığıb, yumaq kimi yığıldı. Ayaqlarının barmaqları buz kimi idi. Gözləri dolmağa başladı. İndi göz yaşları bulaq olmuşdu. Yaş sel kimi axırdı. Artıq özüylə bacarmırdı. İçəri otaqdan anasının öskürək və  zarıltı səslərini eşidən kimi yorğanı  başına çəkdi ki anası ağlamağını duymasın. Onsuz da anası görməyəcəkdi, çünki qalxa bilmirdi. Yox,  bu tərəfi üstə yata bilmədi, böyrü yaman ağrıdı, sol böyrü üstə çevrildi. Pulu necə tapsın, neyləsin, yenə fikirlər onu aldı. Yerinin içində o qədər fırlanmışdı ki, saçları qarma-qarışıq olub gözlərinə iynə kimi batırdı. Bu iynə sözündən də heç xoşu gəlmirdi. Bu söz elə bil  iynə olub beyninə işləyir, onun ucundan  sızan zəhərli maye isə sanki bütün vücudunu əridib yox edirdi. Bu iynələr anasının qoluna yox, elə bil Gülərin beyninə işləyirdi. Hər dəfə çanta dolu  dərmanla  aptekdən çıxanda  sanki gözləri gülürdü. Ürəyində "ala bildim" deyə sevinirdi. Elə bil anasının ad gününə  gözəl bir hədiyyə alırdı. Üzünə tökülmüş saçlarını əli ilə yuxarı daradı, bu zaman  saçları barmağındakı üzüyə ilişdi. Birdən üzüyü yadına düşüdü. Necə olub ki, mən bunu görməmişəm, üzüyə baxdı. Gözlərinə kədər dolu bir işartı gəldi. Əslində o bu üzüyü hər gün görürdü. Üzüklə bağlı əziz, kövrək xatirələri vardı.

Nişan üzüyü

Üzük qədim və bahalı üzük idi. Sevgilisinə  anasından  yadigar qalmışdı. O da bu üzüyü Gülərin nişan günündə barmağına taxmışdı. Gülər bu üzüyü nə qədər sevirdi. Nişan günündə Əli bu üzüyü onun barmağına necə taxmışdısa da xatirində  o gün silinməz bir iz buraxmışdı. Gülərin barmaqları sanki əsirdi onda. Bir röya görürdü, şirin bir röya. İndi Əli də yox idi. Onu əzablar içində qoyub bu dünyanı tərk edib getmişdi. Əlidən yadigar qalan bircə bu üzük və bir də körpəsi idi. Gülər körpə oğlu və xəstə anası ilə qalmışdı. Olan qalanını satıb dava-dərmana vermişdi. Üzüyü bərk-bərk köksünə sıxdı. Sanki  üzüyü kimsə onun əlindən alacaqdı. Deyəsən anası yatmışdı, daha həniri gəlmirdi. Gülər isə  fikirlər içində yerində vurnuxurdu. İndi də arxası üstə çevrilmişdi. Qərarı qəti idi, üzüyü kimə satsın. Hə, qonşu arvadın bu  üzükdən  xoşu gəlmişdi. Bir dəfə "gözəl üzükdür, satmaq istəsən  mən alaram" - demişdi. O zaman Gülər də üzüyü  qonşu qadına satmışdı.

Bir gün Gülər anasının solmuş  çöhrəsi ilə  vidalaşmalı oldu. "Ay ana, məni niyə qoyub gedirsən, quru nəfəsin mənə bəs idi, ay ana, sənzisliyə mən necə dözəcəm, sənsiz mən neyləyəcəm", nə qədər "ana, ana ", çağırsa da  anası  bu əbədi yuxusundan oyanmamışdı. Gülər bu illər ərzində "anam ölməyib, sadəcə dünyasını dəyişib" - deyərək özü-özünə təsəlli  verirdi.

İndi o zamandan uzun illər keçmişdi. Artıq bircə balası, Əlinin yadigarı Gülərin min bir əziyyəti sayəsində böyüyüb boya-başa çatmışdı, ali təhsil alaraq yaxşı bir işdə işləyirdi. Gülər  qalan ömrünü  oğluna  həsr etdmişdi. Çətin günləri arxada qalmışdı. Amma qəlbində üzüklə bağlı bir nisgili qalmışdı. Üzüyü satdığı qonşu da rəhmətə getmişdi, amma övladları dururdu. Gülər "yəqin üzüyü oğluna bağışlayar", deyə o zaman düşünmüşdü.

İndi Gülər üzüyü ovcunda bərk-bərk sıxaraq  fikirləşirdi "həyat necə də qəribədir". Artıq  gözlərindən  yuxu tökülürdü. Bu dəfə  ürəyində nə isə bir arxayınlıq var idi. Bir zamanlar öz əliylə  sanki bütün  xəyallarını o üzüyə büküb verdiyi  əziz  xatirəsi indi ovcunun içində idi. Ona elə gəlirdi ki,  anası indi  əbədiyən yatdığı yerindən qalxacaq və yenə əvvəlki  tək xəstə halı ilə  gözlərini  onun üzünə dikəcək, ondan  bu xəstəlikdən qurtulmaq üçün  işığı sönmüş gözləri ilə  sanki kömək diləyəcəkdi. Gülərin gözləri yumulurdu. Yuxu onu aparmışdı. Röyasında bu dəfə də  üzüyünü satdı, anasına  dava-dərman  aldı. Amma  bu dəfə anası  tamam sağalmışdı,  digər sağlam analar  kimi. "Ah, mən necə də xoşbəxtəm"  üzündə bir körpə  təbəssümü  var idi. Anası  başının üstündə  durub uşaqkən  etdiyi kimi yenə də əllərini onun alnında, telində, üzündə, gözündə gəzdirirdi. "Ana, sənsən, nə zaman  gəldin, gəldiyini  heç görmədim. Nə  yaxşı ki, gəldin..."

Səslərin sayı: 10
54
8390
Şərhlər
Offline
S.S.E.
maraqlı idi amma məni çox
kövrəltdi
26 yanvar 2015 02:41
Offline
Deniz N-va
Demek uzuk bextden cixmayibmis tesekkur tesirlendim biggrin
30 may 2014 23:51
Offline
QARA QIZ
Maraqli hekayedi
1 aprel 2014 09:49
Offline
.
AMin Allah butun analari qorusun icindede menim Anami Amin!!!
7 avqust 2013 18:49
Offline
Huseynova Nigar
ALLAH hec kesi ana yoxluquyla sinaga cekmesin INSALLAH. wassat heqiqeten cox kovreldim. ozumu Gulerin yerine qoydum.. ALLAH CEMI ANALARI QORUSUN INSALLAH CUNKI ONLAR HEQIQI MELEKLERIMIZDIR girl_ang COX TESEKKUR EDIREM BU MOVZUYA GORE SIZLERE cray
7 avqust 2013 09:46
Offline
L.M
maraqlı idi amma məni çox kövrəltdi
18 iyul 2013 11:12
Offline
alisa1971
Kamailba,
PrINcESsA❤,
Ellada Babayeva,
sağ olun,əzizlərim, oxuyub şərh yazdığınız üçün, hər şeyə görə təşəkkür edirəm sizlərə, var olasınız.
8 iyul 2013 16:38
Offline
Ellada Babayeva
Hekayəyə görə çox sağ olun.Allah hər kəsin anasını qorusun.Mənim anamıda.Amin!!

alisa1971,
Yazan əlləriniz ağramasın. give_ros give_ros give_ros good
5 iyul 2013 22:38
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Samir Aliyev
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
[/hide]
5 iyul 2013 20:45
Offline
Kamailba
Allah bütün Anaları övladlarının başının üstündən əksik etməsin.Hər zaman sağlam olsunlar. Bu hekayəni oxuduqca çox təsirləndim. Allah heç kimi çətin sınağa çəkməsin.
1 iyul 2013 10:13
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
alisa1971
Əziz qızlar, əziz bacılarım, xəbərimə şərh yazdığınız üçün sonsuz təşəkkür edirəm, hamınıza. Xəbərim çıxanda mən evdə olduğum üçün Sizlərə tək-tək təşəkkür edə bilmədim. Hamınızın şərhlərinizi oxudum.Minnətdaram, oxuyub şərh yazdığınız üçün. Oxuyub şərh yazmayanlar da sağ olsun. Oxuyan gözləriniz yorulmasın. Təşəkkürləəəəəər.......... give_ros give_ros give_ros
1 iyul 2013 10:03
Offline
vuska
allah her bir qizimizi xosbext etsin.o uzuyu 1 defe barmagina salsin sonsuzadek
29 iyun 2013 21:23
Offline
Fatma xanım
AY İŞIĞI,
hə qadan alım anası xəstə olanda satıbmış ,indi iş. elə gətirib ki o satdığıqadının oğluna pul lazım olub gətirib bu xanımın özünə satıblar
29 iyun 2013 17:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Orxan Ayxan
yazan ellerin var olsun cox maraqli hekaye idi.
29 iyun 2013 17:22
Offline
Все будет хорошо
coox maraqli idi tewekkurler
29 iyun 2013 17:18
Offline
leman orucova
maraqli heykaye idi. tesekkurler.
29 iyun 2013 16:39
Offline
AY İŞIĞI
Fatma xanım,
diqqetle oxumusam ozude 2 defe mence onun satdigi nisan uzuyu geri qayidib
29 iyun 2013 16:20
Offline
Aminim
Maraqlı hekayədi hec bir kimsəni son varianta el atmaga məcbur etməsin
29 iyun 2013 11:57
imza: qadin.net
Offline
ilahe elizade
cox gozel ve maraqli hekayedir.tewekkurler.
29 iyun 2013 11:55
Offline
Sumeyya Ummu Ali
cox dusundurucu yazi oldu.tesekkur.
29 iyun 2013 11:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış