Bakıda hava
USD AZN
EUR AZN
3 aprel 14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Böyük ürəkli Nahidə

 

 

Nahidə düz bir ay idi ki, kəndə anasıgilə getmişdi. Xaliqdən heç bir xəbər yox idi. O, nədənsə çox narahat idi. Birinci dəfə idi ki, Xaliq belə edirdi. Nahidə ürəyində hərdən qarasıyca danışır, hərdən də düşünürdü ki, bəlkə nə isə başında var. Yəqin bərk xəstədir. Xaliq həmişə onu özünün məzuniyyət günləri gətirər, ya bir həftə saxlayar, ya da iki həftə qalanda istirahət günlərində gəlib ona baş çəkərdi. İndi isə düz bir ay idi ki, nə özü gəlirdi, nə də ki, zəng edirdi. Nahidənin narahatlığı get- gedə artırdı. 

Anası da narahat idi, ancaq üzə vurmurdu. Elə bil qorxurdu ki, qızının həyəcanını bir az da artırar.

Nahidə bu gün səhər yeməyində ürəyini anasına açmaq istədi, lakin elə bil bir az çəkindi. Ana qızının nə isə demək istədiyini başa düşdü:

- Deyəsən nə isə demək istəyirsən, qızım?

Nahidə bunu eşitcək dilləndi:

- Anacan, yəqin Xaliq xəstədir. Mən çox narahatam, istəyirəm əmim oğlu Rafiq məni aparsın, yenə qayıdar. İstirahət günüdür, getsəm yaxşıdır.

- Ananın da ürəyi sakitləşdi:- Elə yaxşı olar ki, mənə də bir xəbər gətirər.

Onlar tez durub, yır-yığış etdilər. Nənə böyük nəvəsi Nəzrini vermədi:

- Yay vaxtıdır qoy bir az qalsın, özüm gətirərəm.

Nahidə əmisi oğlu ilə şəhərə gəldi. Nahidə beşmərtəbəni yuxarı çıxmaq istəyirdi ki, qonşusu Nərgizi gördü. Onlar hal- əhval tutandan sonra Xaliqi soruşdu:

- Yaman narahatam, qarışıq yuxular da görmüşəm. Nə isə olub deyəsən?

- Ay qız, ay sağ olmuş, nə olacaq, heç nə. Xaliqi axşam görmüşəm, heç bir şey yoxdur. Sağ salamatdır. Bu gün də növbətçidir- deyə Nərgiz onu arxayın etdi. 

Nahidə elə bil, bir az yüngülləşdi.

- Ay səni şad xəbər olasan, lap ürəyim üzülmüşdü. Nahidə evə gəldi, çay- çörək hazırladı. Rafiq balaca Nərminlə bir az oynadı, yeyib- içəndən sonra, sağollaşıb getdi.

Nahidə qızını yatırdıqdan sonra ev işlərinə başladı. Kənddən Xaliqə pay gətirdiyi köynəyi lap paltarların üstünə qoydu. Tez yatacaq ağlarını dəyişdi. Qoy Xaliq gələndə onun nəfəsini hər yerdə duysun. Həmişə kəntdən gələndə Xaliq ona deyərdi ki,- Bax indi bilinir ki, bu evdə qadın var. Xaliqin bu sözləri onun ürəyinə yağ kimi yayılardı. O elə bunları düşünürkən qapını kimsə açarla açdı. Gələn Xaliq idi. Nahidə ona tərəf getdi. Qollarını onun boynuna saldı:

- Qurban olum nə olmuşdu sənə?

Xaliq hərəkətsiz qalıb dinmirdi.

Nahidə elə bil yuxudan ayıldı:

- Heç nə olmayıb.

Nahidə hirslə qollarını çəkib, dedi:

- Necə yəni, nə olub, bir aydır ki, kəntdəyəm. Səndən bir xəbər yoxdur. Zəng etmirsən, gəlib dəymirsən. Mən də günümü qara etmişəm ki, xəstəsən. 

Yaxşı sonra danışarıq-Xaliqin dediyi bu buz kimi sözlər Nahidəni qorxutdu. O, astadan sanki nə isə olacaqmış kimi dedi:

-Yaxşı çayını- çörəyini ye, sonra danışarıq.

-İştaham yoxdur, deyib Xaliq yataq otağına keçdi. Nahidə gözləyirdi ki, Xaliq bu təmizlik üçün ona təşəkkür edəcək. Xaliqdənsə səs çıxmadı. 

Nahidə onu birinci dəfə idi ki, belə soyuq görürdü. O, dözə bilməyib yataq otağına keçdi. Xaliqin üzüqoylu yatağa uzandığını gördü. Xaliq ona heç əhəmiyyət vermirdi. Nahidənin ürəyinə qorxu düşdü. O, Xaliqin yanında oturdu. Nə olub sənə, Xaliq elə bil dəyişilmisən? Niyə belə soyuqsan? Niyə məni üşüdürsən? Həmişə biz bir-birimizi görməyəndə sən dəli kimi olardın. İndi isə elə bil mən bu evdə heç yoxam. Hələ səndən sağ ol gözləyirdim. Elə görcək məni qucaqlayacaq, öpəcək. Hanı öpüşlərin, hanı isti münasibətin? Hanı, hanı? Elə bil, məndən qaçırsan.

Xaliq özü- özündən utanırdı. Bir bunu deyə bildi.

- Səndən utanıram. Nahidə sənin baxışlarından qorxuram. Mən sənin məhəbbətinə layiq deyiləm. Xaliqin bu son cümləsi elə bil, Nahidənin ürəyini parça- parça eliyib yerə çırpdı.

- Nə dedin? - deyə Nahidə hönküryü ilə ağlamağa başladı. Sən mənə xəyanət etmisən. Yox inanmıram, sən belə şey etməzsən.

-Bilirəm məni bağışlamayacaqsan. Səndən, məhəbbət dolu gözlərindən, mələk üzlü üzündən utanıram, Nahidə.

Xaliq bu sözləri deyib yenə üzüqoylu uzandı. Nahidə çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Onun məhəbbət dünyasında Xaliq tər-təmiz, xəyanətdən uzaq biri idi.

Xaliq Nahidəni kəndə aparıb qayıtdığı gün, axşam qapı döyüldü. Qapını açanda orta boylu, cavan, iyirmiyeddi- iyirmi səkkiz yaşlarında bir qadın gördü:

- Salam, sizə kim lazımdır?

Qız onu altdan yuxarı süzüb:

- Nahidə lazımdı.

- Nahidəni kəndə aparmışam. Kiçik qızımız bir az naxoşlamışdı, həkim havasını dəyişmək lazımdır dediyinə görə.

- Nə vaxt gələcək?

- Dəqiq bilmirəm mən özüm gedib gətirəcəm.

- Yaxşı, sağ olun.

Qız sağollaşıb getdi.

Etəsi gün Xaliq işdən yenicə qayıtmışdı ki, qapının zəngi yenə səsləndi. Qapını açanda dünənki qızı qarşısında gördü. Qız özünə o qədər bəzək vurmuşdu ki, elə bil toya gəlmişdi. Xaliq qızdan soruşdu sizə nə lazımdır.

 

 

Qız içəri keçib, dəvətsiz -zadsız ayaqqabılarını çıxardıb, çəkələk geyindi. Əl çantasını da asılqandan asdı. Xaliq lap özünü itirmişdi. Qız özündən razı halda keçib oturdu,istehza ilə:

- Xoş gəlmişəm, eləmi?

- Bağışlayın mən özümü itirmişəm. Axı mən sizi tanımıram.

- Niyə tanımırsınız, mən Nahidənin iş yoldaşıyam. İndi tanıdız, adım da Zöhrədir. Sizin adınız da Xaliqdir. Nahidə mənə deyib. Xaliq dinməz başını əyib mətbəxə keçdi. Çay hazırladı. Lap çaşıb qalmışdı. Görəsən bu qız nə üçün bizə gəlib, axı mən dünən ona dedim ki, Nahidə evdə deyil. Qız ona işləri barədə danışır, çayını içir. Nəhayət qız evə getmək istədi:

- Zəhmət olmasa məni ötürün.

Xaliq onu ötürdü. Qız yaşadığı binanı və ikinci mərtəbəsindəki eyvanını da ona göstərdi:

- Xahiş edirəm, sabah bizə gəlin, mənim ad günümdür.

Xaliq çıxılmaz vəziyyətdə qaldı, gələrik dedi.

Ertəsi gün Xaliq bir dəstə gül alıb Zöhrəgilə getdi. Qapını Zöhrə açdı. Evdə ondan başqa heç kəz yox idi. Onu içəri dəvət etdi. Xaliqi stola dəvət etdi. Gözəl stol açmışdı. Xaliq Zöhrəyə:

- Deyəsən mən qonaqları qabaqlamışam, sizi təbrikə hamıdan birinci mən gəlmişəm.

Zöhrə baxıb güldü:

- Siz birinci və axırıncısız.

Xaliq çıxılmaz vəziyyətdə qalmışdı, bilmirdi ki, Zöhrəyə nə desin. Yeyib- içməyə başladılar. Gecənin necə keçdiyini Xaliq heç özü də bilmədi. Səhər açılanda özünü Zöhrə ilə bir yataqda gördü, sanki dəli oldu......

Nahidə Xaliqin soyuq, buz kimi baxışları altında sıxılırdı. Dözə bilmirdi. Nə etsin, hara getsin, bu xəyanətlə barışa bilmirdi. Birdən düşündü ki,qardaşı Sərdargilə getsin. Xaliqə məktub yazıb stolun üstünə qoydu.

Nahidə artıq iki gün idi ki, qardaşıgildə idi. Lakin heç cür evdə bir qərar tuta bilmirdi. Onun gözləri Xaliqi gəzirdi. Onun yolunu gözləyirdi. Axşam tərəfi qapının zəngi çalındı. Nahidə qapını açdı. Xaliq idi. Elə bil, heç nə olmamış kimi dedi:

- Xoş gəlmisən soyun keç içəri.

Xaliq heç belə gözləmirdi. Nahidə elə bir səmimiyyətlə onu qarşıladı ki, Xaliq çox utandı. Nahidə Özünü mehriban apardıqca Xaliq xəcalətindən bilmirdi nə etsin. O bura gələndə bir tufan gözləyirdi. O xəyalda ikən birdən Nahidə o biri otaqdan əlində iki cüt ayaqqabı içəri daxil oldu:

- Al Xaliq, biri sənindir, birini də qardaşım Sərdara almışam. Xoşuma gəldi, aldım. Elə kostyumunuz rəngdədir. Pulunu anam vermişdi.

Xaliq özünü itirmişdi, xəcalətindən elə bil yerə girirdi. Utandığından ayaqqabıya yaxın getmirdi. Onun necə də böyük ürəyi var idi.

Onlar birlikdə evə gəldilər. Nərmini yuxulu yerinə uzatdılar. Xaliq xəcalət çəkirdi. Utana- utana dedi:

Nahidə, məni bağışla, mən sənin bu saf məhəbbətinə layiq deyiləm.

Nahidə əlini ehmalca onun ağzına apardı.

- Heç nə lazım deyil, Xaliq. Sən mənim əvəzsiz məhəbbətimsən. Sən desən də mən sənin xəyanətinə inanmıram. Mənə elə gəlir ki, sən heç vaxt məhəbbətimizə xələl gətirməzsən. 

Bir də ki, ailə qarışqa yuvası deyil ki, ayağınla onu dağıdasan. Ailə sirli bir dünyadır. Bu dünyanın sirləri gizli qalmalıdır.

Xaliq onu qucaqlayıb, hönkürəcək dərəcədə dedi:

- Sən mənim həyatımsan, mən səni tanımamışam. Səni tanımadığıma görə üzr istəyirəm. Mənim bu dünyada səndən başqa heç kəsim yoxdur.

Nahidə onun saçlarını sığallayaraq dedi:

- Mən hər şeyi başa düşüb, səni bağışlayıram. Sənin kimsəsizliyindən qorxuram. Bir də uşaqlarımızın gələcək istəklərindən, özümün əzablarımdan, sənin əzablarından. Gəl bunu elə unudaq ki, aramızda heç nə olmamış kimi.

- Onlara elə gəlirdi ki, ilk görüşlərində olduqları kimi, ailə həyatına yeni başlayırlar.

Səslərin sayı: 11
61
4575
Şərhlər
Offline
Aysel İ.
Nahidə həqiqətən də Böyük ürəkluidir. Ancaq belə Nahidələrimiz çoxdur.

give_ros
21 yanvar 2016 19:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nermin_Guler
Nahidə həqiqətən də Böyük ürəkluidir. Ancaq belə Nahidələrimiz çoxdur.
20 dekabr 2015 13:13
Offline
.....
bele bir gunler qoydum arxada
25 yanvar 2015 09:09
Offline
Aysel İ.
Təşəkkürlər xanınmlar, oxuyub fikirlərinizi bildirdiyiniz üçn minnətdaram.
7 noyabr 2014 15:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
toma676
Mene catmadi bes bu Zöhre deyilen pislik harda qaldi cezalandimi ya yox.
26 aprel 2014 14:46
Offline
Zeyneb-Esger
Yaman teseirlendim cox sag olun mence sevgi o qadinin ureyinin derinliyine kok saldigi ucun yoldasini bagisladi hamiya bele deyerli sevgi arzulayiram
25 aprel 2014 10:28
Offline
Qəribə
Maraqlı və təsirli idi,cox sagol bacm. give_ros
2 aprel 2014 02:32
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
QARA QIZ
VALLAH HALAL OLSUN HER QADININ IWI DEYIL
2 aprel 2014 01:25
Offline
Minira Aslanzade
Bəzən qadınlar xəyanətə göz yumurlar birinci sevdiklərini itirməmək üçün ikinci qohum-əqraba nə deyər qorxusu üçüncüdə evladlarına görə ailə dağıtmaq uşaqları atasız qoymamaq üçün.Qadınlarmıza eşq olsun elə kişilər də utanıb xəcalətdən yerə girsin yes
2 aprel 2014 00:52
Offline
lala
Men bagishlamaram hec vaxt.
26 sentyabr 2013 20:52
Offline
L.M
halal olsun hər qadın qəbul etməz
18 iyul 2013 10:49
Offline
Samir Aliyev
Halal olsun Nahideye.Cox tesirli hekaye idi tesekurler girl_smi
6 iyul 2013 10:41
Offline
Ellada Babayeva
Bir də ki, ailə qarışqa yuvası deyil ki, ayağınla onu dağıdasan. Ailə sirli bir dünyadır. Bu dünyanın sirləri gizli qalmalıdır.
Halal olsun Nahidəyə.Gözlərim doldu.Maraqlı hekayə idi.
5 iyul 2013 22:20
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Şəri Babayeva
hekayeye gore cooox sagolun.... cray
5 iyul 2013 21:30
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Nəsə, Deniz84, bu mənim şəxsi fikirlərimdi, özüm olam Nahidənin yerinə ha, o kişinin burnuna duzlu su qoymasam, mən də mən olmaram .

Duzun içinə bir az da istiot qatmaq lazımdır. onda daha gözəl effekt verir. crazy

Bir tanisdiqimiz aile var.O qadin bilmirem daqdi dashdi nedise cox sebirli bir qadindi,Onun yoldashi belkede her gun ona xeyanet edir,Tesavvur edinki oz gozumle onu qadinla gordum.Oda meni gordu Ozunu itirdi,Fikirleshdiki yoldashina zeng edib deye bilerem.AMa men ele sheylere qarisha bilmerem.Yoldashina deyendeki niye baqishdiyrsan her defe onu.Deyirki yol goster mene neyniyim?Baxiramki sozu demey asandi bes men ona ne meslehet verim axi.Deyir 3 ushaqim var.Ali tesilim yoxdu atam qardashim yoxdu..kime arxalanib boshanim onnan.Baxiramki duz deyir.Ama bir ishi varki ne qelet edirse bele gelib etiraf edir.Hemde fikirleshiremki kishilerki bir az pullandi gozleri ayaqlarinin altini gormur.tez qudururlar.ALLAH insaf versin yolunu azan kishilere.En azinnan qiz atasi olan kishilere aqillansinlar.

Belə qadınlarımız çoxdu bacım ona görə qızlarımıza mütləq təhsil verməliyik.
2 iyul 2013 00:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
M...A .Zeynalli
Halal olsun Nahideye her qadin bacara bilmez
28 iyun 2013 23:42
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bir tanisdiqimiz aile var.O qadin bilmirem daqdi dashdi nedise cox sebirli bir qadindi,Onun yoldashi belkede her gun ona xeyanet edir,Tesavvur edinki oz gozumle onu qadinla gordum.Oda meni gordu Ozunu itirdi,Fikirleshdiki yoldashina zeng edib deye bilerem.AMa men ele sheylere qarisha bilmerem.Yoldashina deyendeki niye baqishdiyrsan her defe onu.Deyirki yol goster mene neyniyim?Baxiramki sozu demey asandi bes men ona ne meslehet verim axi.Deyir 3 ushaqim var.Ali tesilim yoxdu atam qardashim yoxdu..kime arxalanib boshanim onnan.Baxiramki duz deyir.Ama bir ishi varki ne qelet edirse bele gelib etiraf edir.Hemde fikirleshiremki kishilerki bir az pullandi gozleri ayaqlarinin altini gormur.tez qudururlar.ALLAH insaf versin yolunu azan kishilere.En azinnan qiz atasi olan kishilere aqillansinlar.
28 iyun 2013 17:46
Offline
Arzu
cox qizlarin serhin oxudum..menim 19 yasim yoldasiminsa 32 yasi var ondan balacada olsam sukur boyukluyumu qoruyub saxlamisam xeyanetini baqisladim bel baqisladim.cunki bilirem ki bir gecelik eylenceye meyl etmek istirdi tutdum ve sehvin uzune cirpdim ve indi olub quzu balasi niye gore hansisa col qizina gore ailemi daqidim .onu baqislamaqimin bir sebebide men olum yasam arasinda qalanda ellerimden tutb aqlayirmis ne olsa ilk once o goz yaslari onumu kesir...indi de elediyi sehvin qarsisinda nahidenin etdiyin artiqlamasin etmisem deye gorurem ozude sehvin anlayib.basima bir kere firlanan insan indi ise 10 kere firlanir.dava dalasla daca olari ozumuzden uzaqlasdiriq.ona gore sakotce oturub danisib her seyi yoluna qoymaq lazimdir.qisqirmaqla susmaqla hec ne elde etmek olmaz
28 iyun 2013 01:06
Offline
feyza
halal olsun o qadina birdeki indiki bezi qizkar ele bil qizisiblar subay oglanla elaqe qurmurlar evlilerden yapisiblar
27 iyun 2013 22:05
Offline
turkan eliyeva
vallah qizlar meni qinamayin indiki dovurde is yoldasi ,padruqa bos sohbetdi.hamiyla salam sagolun ola amma evini, heyat yoldasini tanitmayasan.menim bu gune kimi qorxdugum sey heyat yoldasimin is yoldasi qizlardi icim icimi yeyur o eve gelene kimi amma biruze vermirem 2 deqiqeden bir zeng etmirem,coox sual vermirem .hamisini icime atiram ele bil hec meni meraqlqndirmir.bilmirki goze qoyub tel qurdalayiram ,nom baxiram ,mesajlari oxuyuram,koyneklerini iliyirem.hecneden xeberi yoxdu biggrin blum

bilmirem sizde eledi ya yox menim iy bilme qabiliyyetim cox gucludur.bir defe iceri girende onu qucaqladim burnuma sirin etir geldi,zarafata salib dedim is yoldaslarinin ne sirin etirleri var.
mene dediki hardan bildinki basqa etir var.magazada vurub yoxlamisam ,xoslamadim basqasini aldim masindadi.
27 iyun 2013 18:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!