1.
Bizim aramızda pəncərə vardı.
Pəncərənin arxasında mən dayanardım.
Pəncərənin o üzündə sən.
Amma sən dayanmazdın, səhər pəncərənin önündən o tərəfə tələsərdin, axşam bu tərəfə.
Səni pəncərədən izləyirdim.
Gedəndə də, gələndə də...
Sən gedərdin, gələrdin. Mən səhər-axşam həsrətində, intizarında qalardım.
Sən mənim üçün həyat idin. Bəs mən?
Mən deyəsən, pəncərə idim sənin nəzərində.
Bəs niyə baxırdın ? Pəncərəyə ki, baxmazlar.
Bəlkə təəccüblənirdin ki, bu pəncərə niyə açılmır. Axı yolunun üstündəki bütün pəncərələr açılardı.
2.
Mən bilirdim ki, əvvəl-axır bu pəncərəni açmaq lazımdır. Lakin tələsmirdim.
Bir də gördün pəncərənin bir tayını açdım və salamladım səni.
Yaxud salamlamadım, eləcə çağırdım.
Adını bilməsəm də, çağırdım və danışdıq.
Sanki bunlar hamısı olmuşdu, amma pəncərəmin bu üzündə: sənin xəbərin olmadan.
Bəlkə sən də salamlaşmısan, danışmısan mənimlə, bəlkə bunlar da olub, amma pəncərənin o üzündə: mənim xəbərim olmadan.
3.
Bir səhər sən gedəndə dönüb nigaran-nigaran pəncərəmə baxdın, elə bil bir də qayıtmayacaqdın.
Qərarım qəti oldu: sən qayıdanda açacaqdım pəncərəni, səni intizardan qurtarmaq üçün.
Axşam gələndə tək deyildin. Birinci dəfə idi ki, ötürürdülər səni.
Bütün pəncərələr açılmışdı.
Birdən-birə darıxdım, qəlbimə tənhalıq qorxusu çökdü, vurub pəncərəni taybatay açdım.
Sən səksəndin, görünür, mənim pəncərəmin səsini ilk dəfə idi eşidirdin.
Qeyri-ixtiyarı :
- Axır ki, açıldı – söylədin.
Bəlkə də belə deməmişdin, lakin mənə elə gəlirdi ki, sən indi yalnız bu sözləri deyə bilərdin.
Sən isə dayanıb pəncərədəki adamın get-gedə əriyərək pəncərəyə qarışmasına baxırdın.
2001.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO
Darçınlı peçenye (foto resept)
Vegeterianlıq nədir?
Albalı limonad (foto resept)
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycanda koronavirusa yoluxmada müsbət dinamika: Sağalanların sayı artdı
Bakı Fond Birjasına yeni üzv qəbul edilib
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Məsamələri necə təmiz saxlayaq?
Gənclər üçün sağlam arıqlama
Dünyanın ən qorxunc xəstəlikləri
Sevgini qoru
BÜRCLƏR bizə nə vəd edir?-29 noyabr
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
"Yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq"
Vaksinasiya başladı - İlk peyvənd direktora vuruldu
Azərbaycan kulinaryasından ədviyyatlar
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
Radamel Falkao dünyanın ən yaxşı oyunçusunun adını dedi
Payızın gözəl olduğu məkanlar
Hadisə Mersində konsert verdi-FOTO
"La case de papel" finala hazırlaşır
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Yaşıl mərcili bulqur plovu (foto-resept)
Hər zaman lazım olan gözəllik məsləhətləri (2)
"The Pussycat Dolls" qrupu 10 il sonra yenidən birlikdədir
Sarkisyan Azərbaycandadır
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
Rəsmi Bakıdan Yahoo-ya etiraz
Uşaqların sosial-psixoloji inkişafı-30 (Son)
10 il öncə düzəltdiyi qartopunu satışa çıxardı
Dahilərdən gözəl sözlər-7
Seren Serengilin əri haqqında ŞOK İDDİA-FOTO
Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik etdi
Makiyajda Smoky Eyes effekti
Mehriban Əliyeva və qızı Şamaxıda - FOTO
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Girovumuz şikayətə hazırlaşır
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Deniz Akkaya izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Sabahın HAVAsı
Bunları bilirsinizmi?
Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər - VİDEO
"Telekanallar diqqətli olmalıdırlar"
- ŞƏRHLƏR