Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...
İcazəsiz kopya edilməsi qadağandır!!!
Mən əslində iki adamın qatili idim…
-Bax yenə deyirəm. Əvvəl polisə gedək, ifadəmizi verək…-Cengiz maşına oturandan dilə tuturdu məni.
-Yox, mən xəstəxanada olmalıyam!
-Gedərik də, xəstaxanaya da gedərik birlikdə. Nə lazımdır yoluna da qoyarıq…
-Sür, Cengiz, xəstəxanaya sür!
-Sürüm deyirsən sürüm e amma…
Bizimkilərlə xəstəxananın dəhlizində rastlaşdım. Maşın gözləyirdilər meyidi evə aparmağa. Qonşular, illərlə evimizə ayaq basmayan qohumlar burdaydılar. Qadınlar anamın başına yığışmışdı. Məni görən kimi pıçıltı başlandı. Anamın nəzəri mənə sataşanda ayağa durdu. Bacım qorxa-qorxa anama və mənə baxırdı. Bir addım atıb dayandı, gözləri qızarmışdı. Anam çox susmadı:
-Gəldin hə? Harda itib-batmışdın? Atan ölüm ayağında idi sən də kefdə-damağda hə?!
-Ana…
-Ölüm olsun sənə! Ölüm olsun sənin kimi övlada! Allah yox eləsin səni!
-Əzizə bacı, bir sakit ol…
Qonşular sahib çıxırdı anama...
-Fərsiz övlad! Bu günümdə də yanımda olmayacaqdın bəs nə gündə olacaqdın?! Təzədən dirilib öləcək atan?! Səni görüm yox olasan!
-Ana, mənə xəbər çatan kimi gəldim…
-Sağ gəlmə! Sağ gəlmə heç! Kişinin ürəyin partladıb öldürdün, ata qatili! Səni doğduğum günə daş düşəydiii…-Anam ağlayır, ağladıqca da qışqırırdı…-İndi niyə gəlmisən ki? Rədd ol! Rədd ol gözüm görməsin səni!
-Ana, Elxanın nə günahı var?
-Kəs sən! Qoy rədd olsun! Bu vaxta qədər necə yad olub bundan sonra da elə yad olsun! Atasının yasına da yadlar kimi gəlsin! Rədd ol, nankor!
Sürətlə pilləkənlərə atdım özümü. Boğazımda qəhər düyünlənmişdi. Elə bil havam çatışmırdı. Tez çölə çıxmaq istədim, bircə burdan uzaqlaşaydım.
-Elxan!
Döndüm.
-Hara gedirsən?...-Elnurə tövşüyə-tövşüyə özünü mənə çatdırdı…-Anama fikir vermə. Hirslidir indi…
-Necə oldu?
-Elə sən gedəndən beş dəqiqə sonra ürəyi tutdu. Gətirdik xəstəxanaya. Amma gec idi. İki-üç saat komada saxladılar, sonra dedilər…-Ağlamsındı…-Ölüb.
-Kim gətirdi sizi?
-Qonşular.
Cibimi eşələdim, 360 manat pul vardı cəmi.
-Al bunu, yenə gətirəcəm.
-Evə get. Gözlə bizi. Anama qulaq asma…
Xəstəxanadan çıxdım. Cengiz maşında gözləyirdi. Birlikdə ifadə verməyə gedəcəkdik…
-Nəsə lazımdır?
-Yox.
-Lazım olar..-Əlində hazır tutduğu büklünü yanıma qoydu. Pul dəstəsi idi.
-Ehtiyac yoxdur!
Cengiz əlimi kənara itələdi:
-Xeyir-şərdə ən çox pula ehtiyac olur.
-Özümdə var, Cengiz!
-Hardandır? Yoxsa şirkəti soymusan xəbərim yoxdur?
Üzümü turşutdum, heç zarafatın yeri idi?...Cengiz başa düşdü:
-Yaxşı, Elxan, götür, qaytararsan. Bilirəm axı maaşa iki-üç gün var hələ. Keçən maaşdan da nəyin qalacaq ki?...-Gözünü yoldan çəkməyib yavaşca əlavə etdi:
-Başqa yerdən gəliriniz yoxdur, evdə də yığdığınız bir şey yox…Hər halda mən başa düşdüyüm qədərilə…
Dinmədim. Cengizin “Hər şeyi həll etmək mənim üçün su içməkdən də asandır!” ifadəsi almış üzünə baxdım…Bu an ondan çox nifrət etdiyim adam yox idi….
İfadə verməyə əvvəl Cengiz getdi. Bir saata yaxın dəhlizdə oturdum, hansı ki, bir an da olsun sakit, boş qalmadı, adamlar qaynayırdı demək olar ki. Bu məmləkətdə nə qədər qanun pozan var imiş…
Atamı fikirləşirdim. Son söhbətimizdə (Daha doğrusu son davamızda) gözlərinin aldığı ifadə; Sənə güvəndiyim dağlar…
Bəli əslində mən eyni gündə iki adam öldürmüşdüm. Əllərimi qulaqlarıma bərk-bərk sıxmışdım. Bununla da sanki beynimin uğultusunu batırmaq istəyirdim.
Kimsə çiynimə toxundu, diksinib gözlərimi açdım.
-İçəri keçin.
Otaqdakı kim idisə böyük adam idi, paqonlarından bilinirdi. Həmin bu böyük adam Cengizin atasının bir kəlməsi ilə balacalaşıb tülküyə dönmüşdü. O dəqiqə başa düşdüm ki, ifadə alan əslində bu deyil, o, belə xırda şeylərə baş qoşmaz. Sadəcə Cengiz istisna idi deyə özü şəxsən məni dindirmək istəyib. Məni maraq qarışıq diqqətlə süzüb oturmağa yer göstərdi.
-Hadisə nə vaxt oldu?
-Ondan bir az əvvəl baxmışdım saata, 04:40 göstərmişdi.
-Hmm..Deməli 6-ya işləmiş filan səhərə yaxın…Görən oldu?
Duruxdum:
-Bilmirəm…Evin qulluqçuları bəlkə…
-Onlar öhdələrinə düşəni bilirlər-…Cengiz qarışdı söhbətə…-Lazımi təlimatları da vermişəm narahat olmayın.
-Şahid məsələsini özünüz həll edin-...Kişinin üzü soyuq ifadə aldı…-Üzə duran olsa heç nə gəlməz əlimdən. Əslində çox çətindir, ağırdır bu iş…
Cengiz oturduğu yerdə narahatlıqla qurcalandı:
-Bilirik çətindir, ona görə də atam məhz başqasına yox sizə zəng elədi…
-Hə..Arxayın olsun atan, mən əlimdən gələni-…Telefon zəng çaldı…-Eşidirəm, bəli buyurun. Baş üstə!-…Gözucu Cengizə baxdı…-Bəli elə indi bu işlə məşğulam.-…Dinlədi…-O nə sözdür, əlbəttə arxayın olun…Baş üstə! Oldu!
Dəstəyi qoyub əvvəl mənə sonra Cengizə baxdı:
-Hə,nə deyirdim…
-Əlinizdən gələni…
-Elə gəlməyəni də edəcəm narahat olamayın!
İztehzayla dodağım qaçdı, Cengiz rahat nəfəs aldı.
-Çox təşəkkür edirəm-..Ayağa durub əlini uzatdı…-Bu yaxşılığınızı heç vaxt unutmarıq. Bizdən də aslı nəsə olsa..
-Əlbəttə, bilirəm…
Tez otaqdan çıxdım. Bunların bir-birini mədh etməsinə baxa bilmirdim.
-Elxan!
Döndüm.
-Qardaş, motor qoşublar sənə? Kişiylə niyə görüşmədin?
-Mən evə gedirəm.
-Gözlə mən də gəlirəm. Əvvəl evə gedək paltarımı dəyişim.
-Yox tələsirəm mən!
Cavab gözləmədən özümü küçəyə atdım. Maşınlar burnumun ucunda ilan kimi şütüyürdü. Yadıma Bərfimlə ilk görüşdüyüm gün düşdü…Mən hara gedirəm??? Yox, indi getdiyim yeri soruşmuram, indi məlum məsələdir atamın dəfninə.
Ümumiyyətlə hara gedirəm?? Bu gedişin sonu nədir? 8-9 aydır qarşılaşmağımız, nə qazanmışam? Pul, iş, maşın. Bəs nə itirmişəm?Bərfim? Onu itirmişəm ya qazanmışam? İtirdiklərim daha çox idi məncə. Getdikcə daha da çox itirirdim onu. Ona yaxınlaşırdım amma əslində uzaqlaşırdım. İçimdə nəsə itələyirdi keçən gecədən bəri məni ondan. Xüsusən də bu zorlama məsələsi…
Az əvvəl olduğum otağı xatırladım, mən adam öldürmüşdüm. Bu bəs deyilmiş kimi üstünü ört-basdır da etmişdim. Bu da sevginin nəticəsi? Sevgimin məni apardığı yol bu idi? Mən hara gedirdim????
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyəli jurnalist “Şuşa” yazılı formada
Kəpəkli şirniyyat (foto-resept)
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Saç modellərinə yeni rəng qatan qız
Limonun cana faydası.
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Atalar və qızlar
Arda Turan doğma klubuna qayıdır
Azərbaycan - doğma yurdum
Rəssam Nachi Diaz
5 rayonda əmək yarmarkaları keçiriləcək
"Dördbucaq" piroqu(foto resept)
Pazllar "Şirinlər"
Rusiya sülhməramlıları Qarabağda müşahidə postları qurmağa başladı
Toxumağı öyrənək. Dərs-3
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Bu gün Müstəqillik Günüdür
Ağarmış saçlara çarə
Hazal Kayadan fərqli –FOTOsessiya
Erməni helikopterini məhv edən əsgərimiz danışdı
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Qorxulu hadisələr davam edir. Nəhəng dəlikləri nə yaradır?
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Burak və Fəxriyyə karantində... - FOTO
Təbii məhsul,işlənmiş məhsul
Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?
III qrupda ixtisasların sayı artırılır
Kəsmikli-moruqlu kekslər (foto resept)
Qızıldan “stress çarxı” satışa çıxarılır
Ramazan ayının 16-cü gününün duası
Dağıntılar altından 90 saat sonra çıxarılan möcüzə: Daha bir uşaq xilas edildi
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Prezident İlham Əliyev Gəncədə
Twitter musiqiyə keçir
İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar
Riçard Gir yenidən evlənir - FOTO
Məlum bitkilərin naməlum xassələri
Bayram günü əsgərlərə mükafat
Monika Belluçidən tətil FOTOsu
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
117 yaşlı qadın yeni rekorda imza atdı
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Sabun daha faydalıdı, yoxsa duş geli?
Yapon qadınlarının gözəllik sirləri
Yalnız xanımlar üçün: onun verdiyi əziyyətlərdən xəbəriniz var?
Evlilik təklif edərkən
Çəki azaltmaq üçün quşburnu için!
Sistit üçün alt paltarı seçiminə diqqət
Uşaqlarda hisslərə nəzarət
Döşəməli plov (foto resept)
- ŞƏRHLƏR