Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Cüneyt Arkından Türkan Şoray etirafı
27 il sonra məzarlarını tanıyan zəngilanlı Əmirxanlılar – VİDEO
Əhəmiyyətli nöqtə - yataq sirlərinin kəşf edilməsi
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı Taras Şevçenkoya həsr edilib!
Rus Dili dərs-3
40 yaşından sonra gözəlliyi necə qorumaq olar?
Şaurma toyuq ətindən (foto resept)
İki tip insan olduğunu göstərən şəkillər
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!
Merilin Monronun heykəlini oğurladılar
Bu gün Son Gündür!
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Günün qoroskopu: borcları qaytarın
Səhiyyə Nazirliyi 124 sahibkarı cərimələdi
Repetitorluq - günümüzün dəbi, yoxsa?..
Kira Naytli QALMAQALLI filmindən danışdı-FOTO
Selena Gomez karonavirusdan qorunmaq üçün bunu etdi-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
Mükafatsız qaldıq
Evli kişi olmağın əlamətləri
"Arsenal" ilə Almaniya yığması şokda
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
Xəz geyimlər
Koronavirus qadının həyatını xilas etdi - FOTO
Ellen Sheidlinin qeyri-adi şəkilləri
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Kəs və yapışdır-26
Evlərdə çatlar yarandı
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildilər
100% Yeni Zelandiya yağı - Best Cow!
Gicitkən
Artıq çəki depressiyaya səbəb olur
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Valideynlər narazıdırlar: Məktəblilərin iş dəftəri bəlası
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Göyərtili börək (foto resept)
Fonda 1 və 5 manat köçürən məşhurlar kimdir?
Kremli qurabiyə (foto-resept)
Südlü düyü şorbası (foto resept)
Bu gün Azərbaycanda Novruz bayramıdır
Kişilərin qadınlardan eşitmək istədikləri sözlər
İstənməyən qarın üçün tövsiyələr
Ən keyfiyyətli avtomobillər
Təbii meyvə şirələri şəfa mənbəyidir
İtkin uşaqları bankomatlar axtaracaq
Son dəbə uyğun boyunbağılar
- ŞƏRHLƏR