Əziz xanımlarımız. Bu dəfə sizlər üçün maraqlı bir ölkənin toyu haqqında məlumat verəcəm.
Hər bir xalqın öz adət-ənənəsi var. Bu dəfə sizlərə hindlilərin toy adət-ənənəsindən söhbət açacağam. Bilirəm ki, sizə maraqlı olacaq. Hindistan qədim bir ölkədir və hind xalqı da öz qədimliyi və özünə uyğun tərz və qədim adətləri ilə tanınır. Toyları əsrlər boyu necə varsa elə keçir. Cüzi dəyişikliklərdən başqa.
İlk əvvəl onu deyə bilərəm ki, Hindistan toy ənənəsində toydan bir gün öncə qızlar bir araya yığışır və öz aralarında köçən qız üçün oxuyub-oynayırlar. Sonra, gəlinin əl-ayaqlarına naxışlı xına çəkirlər. Demək olar ki, bu adət-ənənə hindlilərdə heç vaxt tərgidilmir. Nə qədər müasir dövrdə yaşasalar belə qədim ənənələrini unutmurlar. Məncə bəzi ölkələrdə bu qədər adətlərinə sadiq olanlar az olar. Bu hindlilərdə daha gözəl görünür.
Daha sonra Hind ənənələrinə görə gəlinin paltarlarını, ziynət əşyaları oğlanın bacısı, qardaş arvadı və bəy evinin subay qızları tərəfindən gəlinin evinə gətirilir. Bu gətirilən gəlin paltarını-Hind gəlin sarisini qızlar açıb baxırlar və sabaha hazır qoyurlar. Eləcə də gələn gəlin sarisinin yerinə oğlana öz bəylik geyimini, carığını göndərirlər.
Hind toy günü isə gəlin hazır olur və gəlini xususi toy salonuna aparmaq üçün bəy və qohumları gəlirlər. Onu da qeyd edək ki, hindlilərin bir qeyri-adi adəti odur ki, gəlini alandan sonra, toyundan 1 həftə öncə kahin gətirilir və oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər. Əgər belə olmasa toy ya təxirə salınır, ya da ləğv olunur.
Gəlini toy salonuna aparmaq üçün oğlan at belində gəlir.
İzdivac baş tutandan sonra, gəlin və bəy ayağa qalxaraq odun ətrafında 7 dəfə firlanırlar, dua edilir və oda gül ləçəyi səpirlər. Əvvəllər odun kənarında dövr edəndə bəylə gəlinin paltarlarının ucunu bir-birinə bağlayırdılar. İndi artıq bu ənənə az-az hallarda olur. Çünki, müasir dövrdə qızlar öz sevdiyi oğlanla evləndiyinə görə bu ənənədə dəyişiklik edilərək bəy gəlinin əlindən tutaraq dövr edir.
Daha sonra gəlin və bəy bir-birlərinin boynuna güldən hazılanmiş xüsusi halqanı taxırlar və bəy gəlinin saçının ortasından alınına qədər qırmızı rəngli toz boyanı səpir. Bu hind adəti ondan irəli gəlir ki, yəni hindlilərin bu simvolik etdikləri şeyin anlamı odur ki, qurduğun ailə həyatın və evləndiyin xanımla həyatın güllər içində keçsin və evlilik həyatın güllər qədər gözəl olsun.
Qadınların həyat yoldaşları tərəfindən başlarına çəkilən bu qırmızı boyanın anlamı odur ki, odun rəmzi olaraq Tanrı gəlinlə bəyin xeyir-duasını verir. Və həyat yoldaşının razılığını bildirir. Bir növ bizim adətimizdə bunu belə izah edə bilərik ki, gəlinin belinə bağlanan bakirəlik rəmzi qırmızı lent kimi. Allah oğlana təmiz qız nəsib edir. Hindlilərin də bu adəti odun xeyir-duası və gəlinin oğlana təmiz, pak qismət olması kimidir.
Daha sonra isə hazırlanmış yerdə əyləşərək toyu izləyirlər.
Toyda olan arada səbəbkarlar və qonaqlar üçün hazırlanmış təamları verirlər və toy tortunu kəsirlər. Təkcə bunlarla kifayət etmir toy mərasimi. Təbii ki, hind filmlərindən göründüyü kimi hindlilərin gözəl rəqsləri toylarında da olur.
Allah bütün subaylara toy qismət etsin. İstəyənə xarici toy, istəyənə milli ənənəmizlə keçirilən gözəl toy arzu edirəm.
Allah təki hər kəsi xoşbəxt etsin.
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB
- ŞƏRHLƏR