Hamiləlik dövrü qaydalara əməl etdiniz, bəs sonra? Övladınızın gigiyenasını da unutmaq olmaz.
Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın.
Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür. Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin.
Körpənin göbəyi, göbəkərtafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı iki həftə ərzində düşəcək. Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar geyindirin və üstünü qalın örtüklə örtməyin. Başına yumşaq parçadan tikilmiş başlıq qoyun.
Körpənin uzanan dırnaqlarını kəsin, yoxsa üz-gözünü yaralaya bilər.
Körpəni göbək bağı düşənədək onu çimizdirmədən, yalnız bədənini silməklə kifayətlənmək olar.
Çimizdirdikdə körpənin ağzını, çənəsini tez-tez yaş, sabunsuz və yumşaq parça ilə silməyi unutmayın. Körpəni tox qarnına çimizdirməyin, qusa bilər. Yeni doğulmuş körpəni bir həftədən sonra müayinəyə aparın. Əgər körpədə sarılıq xəstəliyinin əlamətlərini görürsünüzsə, həkimə müraciət edin.
Əziz analar, hamiləlik zamanı dişlərinizi də düşünün: hamiləlik zamanı diş və diş ətləri də həssaslaşır. Bu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş çürümələrinə səbəb olur. Buna görə də hamilə qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət yetirməlidirlər. Çünki, hamiləlik zamanı davam edən uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib çıxarır.
Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağadakılardır:
Gündə ən azı iki dəfə diş fırçası ilə diş ipindən istifadə edərək yığılan ərpi təmizləyin, ağzı duzlu su ilə qar-qara edin, cox isti və soyuq qidalardan uzaq olun, şəkərli qidalardan az istifadə edin, çürümə və ya iltihab əlamətləri gördükdə həkimə müraciət edin. Hamiləlik dövründə dişləri müalicə etmək olarmı?
ilk üç aylıq dövr körpənin çox həssas olduğu bir dövrdür. Ona görə də yersiz müdaxilələr ağır fəsadlara səbəb ola bilər. Yalnız çox vacib olduqda təcili müdaxilə mümkündür. İkinci üç aylıq dövrdə diş çəkmək, diş kanalını müalicə etmək olar. Üçüncü üc aylıq dövrdə isə doğum zamanı yaxınlaşdığı üçün diş həkimi yalnız zəruri hallarda müdaxilə edə bilər.
XƏBƏR LENTİ
Köklü, qozlu, darçınlı keks (foto resept)
"Ən normal baş nazir mənəm"
Evdə işinizi asanlaşdıracaq ixtiralar
Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO
Çat gənc aliləni niyə dağıtdı?
Hərbçilərimizə keşik çəkən həkimlərin şəkli gündəm oldu
Rusiya nüvə ilə hədələdi
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
“Instagram”da yeni fırıldaqçılıq
Ögey ana, ögey ata
Dişlərə ziyan verən vərdişlər
Yerin altından zinət əşyaları ilə dolu iri küplər tapıldı
Qaynana ilə yola getməyin yolları
Vorsteiner Ferrari 599VX-i bəzəyib
Demet Akalın izləyicisini təhqir etdi-SƏBƏB
Prezidentlər Dağlıq Qarabağdakı son döyüşləri müzakirə ediblər.
10 min çanta paylandı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi: bəzi nazirlər dəyişdirildi
"Time 100" Qırmızı Xalça
Şok dərman ucuzlaşması
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Rus alimlərindən inqilabi addım: Təbii antibiotik kəşf olundu
Eşqə oyanmaq
İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər məscidinin inşası və "Bakı Ağ Şəhər"in yeni ofis binası ilə tanış olublar
Kiberhücumlar getdikcə kütləviləşir
Sakinlər binaya qapıdan yox, pəncərədən girir-SƏBƏB
İnsan simasının görkəmləri sayıldı
Göydən düşən balıq qəzaya səbəb oldu
Türkiyədə matəm elanı
COVID-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Nazirlik rəsmisi qaydaları AÇIQLADI
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Pərdə modelləri
Berenin serialı başlamamış ölümə səbəb oldu
Yeni MacBook gəlir
Kim bilir...
Cəbhədən xəbər: Rayonlarımız atəşə tutuldu
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edildi
Ürəyə faydası olan ərzaqlar
Namaz qılan kiçik mələklər
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bakıdan xaricə gedənlərin nəzərinə: 40 manata...
Ana bətnində hiss, həyəcan: unikal
Şəraiti dəyərləndirməyi bacaran insanlar
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Daha varlı və xoşbəxt olmağın sirri - Fen-şuy
Pandemiya Ronaldonun istirahətinə mane olmadı-FOTO
- ŞƏRHLƏR