Məktəb yaşına çatmış uşaqların ağız və diş baxımı üçün bilməli olduqları
Süd dişlərinin sağlam olmağı ən az daimi dişlər qədər vacibdir. Vaxtından əvvəl itirilmiş süd dişləri, daimi dişlərin sağlamlığına təsir etdiyi kimi həm də düzülüşünə də təsir edir. Həkimlərdə bunun vacibliyini vurğulayır.
Ağız və diş baxımı orqanizmin sağlamlığının mütləq bir hissəsidir. Ağız və dişlərdə olan xəstəlikərin orqanizmdə bir çox xəstəliyə yol açdığı elmi sübutlarla təsdiq olunmuşdur. Buna görə də dişlərimizi və ağzımızı daima qorumalıyıq. Düzgün və gündəlik diş fırçalama vərdişi diş sağlığının ən vacib amilidir. Ancaq bu vərdişə körpəlikdən ilk dişimiz çıxdığı andan etibarən özümüzü alışdırmalıylq.
Uşağa 7-8 yaşına qədər diş fırçalamasına kömək edin
Məktəbəqədər yaşlı uşaqlarda 20 ədəd süd dişi olur. Bu zamanlarda uşaqların diş təmizliyinə valideyn tərəfindən nəzarət edilməli və eyni zamanda diş fırçalama vərdişinin yaradılması lazımdır. İlk diş ağızda göründüyü andan hər gün səhər yeməyindən və axşam yeməyindən sonra fırçalanmalıdır. Diş fırçalamağa alışdırılmış uşaqlar məktəbə getdiklərində də eyni vərdişlərə sahib olurlar. Uşaqlarda diş fırçalama vərdişi eyni zamanda əllərinin inkişafı üçündə faydalıdır. Buna görə uşaqlara əvvəl dişlərini özləri fırçalamağı, son fırçalamağı isə birlikdə etməyi öyrəşdirmək lazımdır. Aparılan araşdırmalara görə uşaqların əl inkişafına görə 7-8 yaşda sərbəst dişlərini fırçalaya bildikləri sübut olunmuşdur. Buna görə də bu yaşlara qədər uşağın diş təmizliyinə valideyn özü nəzarət etməlidir.
Səhər yeməyi yesə də, yeməsə də dişlərini fırçalamalıdır
Diş təmizliyin ən yaxşı vaxtlarının səhər və axşam yeməyindən sonra olduğunu bildirən həkimlər, səhər yeməyi zaman yeyilən şəkərli qidaların dişlərdə çürük yaratdığını söyləyirlər. Buna görədə məktəb zamanı nə qədər geciksə belə uşaqlar mütləq dişlərini fıçaladıqdan sonra evdən çıxmalıdırlar. Çünki, gecə yatdıqları vaxt dişlərində yarnmış ərpi təmizləməsələr məktəbdə yedikləri hər hansı bir qidanın tərkibi ilə ərp birləşərək dişlərin çürüməsinə səbəb ola bilər. Bundan başqa səhərlər diş fırçalamaq vərdişi olan bir uşaq yemək yesin və ya yeməsin, gələcəkdə də bu vərdişinə əməl edəcəkdir.
Axşam dişləri fırçaladıqdan sonra sadəcə su içmək olar
Axşam dişlər təmizlənmədən yatdıqda, gecə boyu diş arasındakı qida qalıqlarına və yuxu zamanı ağızda tüpürcəyin azalmasına görə dişlərdə çürümə prosesi sürətlənir. Ancaq dişləri qorumaq üçün sadəcə fırçalamaq bəzən bəs deyil. Bunun üçün əməl edilməsi lazım olan bir neçə üsul daha var.
Gecə yatmazdan əvvəl süd içmək vərdişi olan uşaqlarda içdikləri südün qalıqlarının dişlərini sürtsələr belə diş aralarından tam təmizlənməsi mümkün deyil. Buna görədə südün yatmazda ən azı 1 saat əvvəl içilməsi və dişləri yatdıqları vaxt fırçalamaları lazımdır.
Çox vaxt edilən səhvlərdən biridə uşaq dişini fırçalayır, gece geyimini geyinir və yatmağa hazırlaşdığı zaman sulu dərman içirilir. Ancaq bu cür dərmanların içində uşağın rahat içə bilməsi üçün içinə şəkər qatılır ki, bu şəkərdə diş arasında qalır və dişin çürüməsinə səbəb olur. Buna görədə diş fırçalandıqdan sonra ancaq su içmək olar, digər qida və dərmanlardan sonra mütləq dişlər fırçalanmalıdır.
Məktəb zamanı uşağın dişində əmələ gələ biləcək çürüyün qarşısının alıması üçün tövsiyələr
Uşağınızın səhər və axşam olmaqla gündə ən azı 2 dəfə dişlərini fırçalamasına diqqət yetirin.
Uşağınızın qida rassionundan şəkəri azaldın. Şəkərli qida yeyən kimi də dişlərini təmizləməyə göndərin.
Məktəblərin açıldığı zaman yaxşı olar ki, uşağınızı diş həkiminə müayinə etdirib yarana biləcək problemlərin qarşısını vaxtında alın.
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda
- ŞƏRHLƏR