1.Sünnət hansı yaşda olunmalıdır?
Tibbi bir problem yoxsa sünnət hər yaşda icra oluna bilər. Tibbi olaraq, qalıcı psixoloji təsirlərin olmaması üçün sünnətin iki yaşına qədər və 6 yaşdan sonra olunması məsləhət görülür. Sünnət son zamanlarda anesteziya ilə icra olunduğu üçün uşağın yaşının elə də önəmi qalmamışdır. Yeni doğulmuş uşaqlarda ehtiyac olarsa sünnət yerli keyitmə ilə icra olunması mümkündür. 5 yaş və beş yaşdan aşağı yaşda olan uşaqlarda ümumi anesteziyaya üstünlük verilməlidir. 6 yaş və yuxarı uşaqlarda isə ,prosedura uşağa başa salınmalı və uşağın vəziyyətinə uyğun olaraq anesteziya növü seçilməlidir. Sünnət mümkünsə 10-12 yaş yaş dövrünə qədər icra olunmalıdır.
2.Sünnəti kim icra etməlidir?
Sünnət kiçik də olsa cərrahi proseduradır və cərrah tərəfindən icra olunmalıdır. Bu yolla həm sünnət xətalarının sayının azalmasına və müxtəlif infeksiyalara yoluxma riskinin azalmasına nail olmaq olar.
3.Sünnət necə icra olunur?
Sünnət cərrahi prinsiplərə uyğun steril şəraitdə sakitləşdrici, lokal anesteziya və ya ümumi anesteziya ilə icra olunmalıdır. Sünnətin icrasından sonra tikişlər incə və sorulan sapla qoyulur.
4.Sünnətdən əvvəl nə olunmalıdır?
Sünnətdən əvvəl uşaq valideyni tərəfindən tam, əhatəli və düzgün məlumatlandırılmalıdır.Uşağın belə hazırlanması uşağın valideyinə və həkimə inamını artırır və psixoloji travmadan azad edir. Uşaq başa düşməlidir ki, sünnət zamanı artıq olan dəri kəsilir və bunun heç bir qorxusu və zərəri yoxdur.Uşaq sünnətdən əvvəl mütləq həkim tərəfindən müayinə olunmalı, xüsusən qan muayinələri icra olunmalıdır.
5.Sünnət icra olunan gün xətəxanada nələr olunur ?
Uşaq xəstəxanaya gətrilərəkən ən azı 4 saat ac olmalıdır, hətta su da qəbul etməməlidir.Uşaq əməliiyat otağına götürülməzdən əvvəl 20-30 dəqiqə əvvəl meyvə suyu ilə sakitləşdrici dərman verilir. Dərmandan sonra uşaq sakitləşir və yuxuya meyilli olur. Daha sonra isə əməliyyat otağına alınır və sünnət icra olunur.
6.Sünnətdən sonra uşaq nə qədər xəstaxanada qalmalıdır?
Adətən 1-2 saat qanaxmaya nəzarət üçün gözlənilir sonra evə getməyinə icaze verilir. Sünnət sonrasında 6-8 saat ərzində ağrı cəhətdən bir problem olmur. Daha sonra ağrı olduqda isə ağrıkəsici dərmanlar istifadə olunur. Sünnətdən 3 gün sonra həkim muayinəsi məsləhət olunur.
7.Anesteziyanın verilməsində təhlükə vardırmı?
Əksər valideyin uşağa anesteziyanın verilməsinin əleyhinə olurlar.Valideyinlər anesteziyanın uşaqda sünnət zamanı və sonra problemlər yaratdığını düşünürlər.
Lakin bilindiyi kimi, həttda ana bətnində olan uşaq ağrını hiss edir və ağrı uşaqlara psixoloji travmaların yaranmasına səbəb olur.Ağrını sünnət zamanı aradan qaldırmaq üçün anesteziyanın önəmli olmasını hər bir valideyin bilməlidir.
Hazırki dövrümüzdə anesteziya yüksəsk dərəcədə inkişaf etmişdir və uşağa sünnət zamani heç bir problem yaratmır.
8.Lazerlə sünnət nədir?
Xalq arasında yayılmış bu ad əslində sünnət zamanı cərrahi alətin istifadəsidir (Lazer deyil!). Sünnət dərisinin kəsilməsi və kəsilən yerin yandırılması həm qorxulu həm də təhlükəlidir. İlk vaxtlarda yəni sünnət icra olunan zaman valideyinlər və uşaq bu proseduradan məmnun qalsa da sonrakı dövrdə bunun ciddi problemlər və xəstəlik yaratması mümkündür. Çünki kəsilmiş dərini yandıran zaman, kəsilən yerlə yanaşı qonşu toxumalar da yanır və bu gələcək problemlərin əsasını qoyur. Və yalnız kəsilən yerin yandrılması mümkün deyil, yəni nə qədər istənilməsə də ətraf toxumanın yanması qaçılmazdır.
9.Sünnətin icrasında ən çox arzuolunmayan nəticələr
• Qanaxma : əksərən qan laxtalanmasında problem olan uşaqlarda olur.Qanaxma müəyyən olunan kimi həkiminə xəbər verilməlidir.
• İnfeksiya : Sterilliyə əməl etmədikdə yaranır.
• Sünnət dərisinin artıq və az kəsilməsi.
10.Sünnət icrası üçün xüsusi hallar
• Fimoz - həkimə müraciət olunmalıdır. Əgər açılması mümkün deyilsə sünnət icra olunmamalıdır.
• Sünnət dərisində infeksiya olan uşaqlar : İnfeksiya mualicə olunduqdan sonra sünnət icra olunmalıdır.
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Əmizdirmə haqqında ən çox verilən suallar
Rusiyanın unikal bölgəsi: Çukotka
Etməyə tənbəllik etdiyimiz 15 şey
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Ölü dəriləri təmizləyən noxud maskası
Con Frenç Sloanın rəsmləri (6)
İnsanları geyindirən kitabxana
Soyuq müharibə anonsu
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Qarın böyüməsinin üç əsas səbəbi
Qara qış gəlir
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Məşhur cütlük 1,5 milyon qazandı-FOTO
Günün ulduz falı - 15.09.2013
Şokoladlı və fındıqlı muffin (foto-resept)
İlya Rapinin əsərləri
Qarabağda döyüşlər başlayacaq
Ziyafət geyimləri
Müəllimlərə veriləcək testlər
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Miom və ya Fibroid (I hissə)
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
BVF son proqnozu açıqlayıb
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Prezident taksi sürdü - VİDEO
Məşhur blogerdən gözlənilməz addım-FOTO
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Filmdəki roluna görə küçədə gecələyir-FOTO
Midi ətəyiniz varsa
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Aromaterapiya
Ermənilər üçün faciəvi proqnoz
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ulduz falı
Kainatın kiçik modeli tapıldı - FOTO
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Emin Əmrullayevdən yeni TƏYİNAT
Yağış, qar yağacaq
Nazirlik kolleclərin məzunlarının universitetlərə qəbul şərtlərinə aydınlıq gətirdi
Beş yeni zavod açılır
Bu gün "Qanlı Ay" görünəcək
Qafqaz Universiteti bağlandı
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Almanın faydaları
Xoşbəxt münasibətin 4 sirri
- ŞƏRHLƏR