Uşaqlarda köklük genetik səbəblərlə yanaşı ekoloji və psixoloji faktlarla da ola bilər. Bununla yanaşı ən böyük risk ailənin səhv qidalanma vərdişləri və həyat tərzidir.
Bu günün gombul uşağı sabahın kök yeniyetməsi və hətta gəncidir. Çox zaman dırnaqarası baxılan köklük,əslində vacib bir problemdir. Evdə davamlı düzgün qidalanmamaqdan ortaya çıxan köklük uşaqlarda xarici görünüşlə bağlı problemlərlə yanaşı tənbəlliyə gətirib çıxardır. Uşaqlarda piylənmə son illərdə daha da artıb. Belə uşaqlarda isə gələcəkdə ürək xəstəlikləri ilə yanaşı bir çox xəstəliklər də yarana bilər.
Səhər-axşam idman
Uşaqların idmana və hərəkətli bir həyat tərzi keçirməyə vərdiş etdirmək lazımdır. Yeniyetmə dövründə alınan kilolarda xüsusilə qidalanma vərdişi əhəmiyyət daşıyır. Xüsusilə də məktəb yeməkxanalarında fast-food kimi düzgün olmayan qidalar və uşaqların idman etməməsi piylənməyə səbəb olur. Ona görə də uşaqlara cib xərcliyi vermək əvəzinə evdən özünüzün hazırladığınız buterbrod, meyvədən ibarət bir çanta hazırlayın.
Yemək üçün qadağa qoymayın
Ümumiyyətlə, bütün uşaqların sevdiyi fast-food məhsulları zərərli qidaların siyahısında birincidir. Həkimlərin fərziyələrinə görə, uşaqlara fast-food verilməməlidir. Kök uşağın qida rasionu dietoloq nəzarəti altında olmalıdır. Bu zaman fiziki fəaliyyəti artırmaq və müalicə dövründə uşağın kilosunu sabit saxlayaraq çəki ilə birlikdə əmələ gəlmiş sağlamlıq problemi varsa, onu da həkim məsləhəti ilə həll etmək lazımdır. Və ayda 1-3 kq-ı keçmədən uşağın arıqlaması düzgündür.
Qidalanmanı rejimə salın!
Kilo problemi olan uşaqlara qidalanma rejimi əsas şərtdir. Uşağı birdən-birə cansıxıcı rejimə salmayın. Mütəmadi olaraq həddindən artıq yağlı qidaları, yağda qızardılmış yeməkləri, əti azaldın, amma tamamilə kəsməyin. Bunlarla yanaşı, şirniyyatları və uşaqlar tərəfindən çox sevilən kartof, tort, şokoladı azaldın.
Uşaqlarda piylənmənin səbəbi
Ən mühüm səbəbi ailədəki səhv vərdişlərdir. Körpəlikdən etibarən “Kök uşaqlar sağlamdır” inancından əl çəkin. Ana südü ən yaxşı qidadır. Çalışın ki, uşağa ilk 6 ay ana südü verəsiniz. Bəzi valideynlər işlədiyi üçün yemək bişirib çatdıra bilmədiyini bəhanə edərək uşağa hazır qidalar verir və ən böyük səhvi də o zaman edir. Buna görə də uşağınızın sağlam olmasını istəyirsinizsə, ona daha çox diqqət ayırın. Amma kök olduğunu düşünürsünüzsə, o zaman pəhriz mütəxəssisinə müraciət edin. Aparılan araşdırmalar göstərir ki, normadan artıq kiloya sahib olan uşaqlarda yuxu pozğunluqları, yuxuda danışma, ürək və qan-damar xəstəlikləri əmələ gəlir.
Uşaqlar bizim gələcəyimizdir. Onlara yaxşı baxın!
XƏBƏR LENTİ
Windows 8 üçün də Viber oldu
Ermənilərin “Köçəri” oğurluğuna cavab
Bu şəxslər 100 dollar cərimələnə bilər
Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib
Pandemiya daha iki il davam edə bilər
Bakı polisi müxalifətçilərə xəbərdarlıq etdi
Moruğun faydaları
“Kelebek”in aparıcısı onlar oldu - Münsiflər isə...
Evlərdə nəm və kifin qarşısını necə almaq olar?
Türkiyədə matəm elanı
Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (I hissə)
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
700 manata da buket varmış - FOTO
Məşhurlardan ilham alan yumor ustası
Azərbaycan tarixindən yüz şəxsiyyət-58
Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi - VİDEO
Bu günün hava proqnozu
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Azərbaycanda çörək bahalaşır?
Smartfonlarda təhlükəli virus aşkarlandı
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
Dünya fəlsəfi irsindən - 2
Halal və haram buyrulmuş yeməklər
Milli Ordunun yaranmasından 102 il ötür...
Qatıqlı şirniyyat (foto resept)
Dənəsi 8 manatdan alça satılır-FOTO
Bir almanın iki yarısı
“Sen anlat Karadeniz” serialı TƏNQID EDİLDİ
Nokia tarixə qovuşacaq
Payızda yaz havası
İlin ən yaxşı idmançılarının adları açıqlanıb: Ronaldu ikinci, Messi - üçüncü
90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO
"Ebola" təhlükəsi bitdi
Hamiləlikdə Oruc tutmaq
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Sürücülərə verilən vaxt bazar ertəsi bitir - 50 manat cərimə TƏHLÜKƏSİ
Kasilyasdan yeni rekord
Novruz çərşənbələrinin günü açıqlandı
Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu
Qara donun tarixi haqqında
Məşhurların qonaq otaqları
Riyaziyyat bəyi şoka saldı
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Dünya mətbəxi - Hindistan
Prezidentin ad günündə 29 fil, 2 öküz, 5 antilop, 1 şir kəsiləcək
Birinci xanım ərəbləri hiddətləndirdi
Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi
"Fransız" saç kəsimi
Pan Gi Mun Prezident İlham Əliyevi təbrik etdi
- ŞƏRHLƏR