Uşağınız orta məktəbə başladığı gündən bəri ona necə kömək olacağınızı,dərslərini öyrənməsini necə asanlaşdıracağınızı düşünürsünüz.Bəlkə də ona indiyə qədərki vərdişləri üçün heyfslənirsiniz.Unutmayın heç bir şey üçün gec deyil.Sizlər üçün uşaqların yeni məlumatlar və bacarıqlar əldə etməsini asanlaşdırmaq üçün valideynlərin edə biləcəkləri bir siyahı yaratdıq.Sizə qalan tək şey tez bir zamanda tətbiq etməyə başlamaqdır.
1.Öz planlarınızı paylaşın.
Uşağınızın planlı bir həyata sahib olmağını istəyirsinizsə əvvəlcə bunu özünüz etməyə başlayın.Uşaqlar hər məsələdə olduğu kimi bu məsələdə də valideynlərini nümunə alırlar.Planlarınız olduğunu və bunlara əməl etmək üçün,çalışdığınızı göstərmək üçün, hər fürsətdə uşağınıza öz planlarınızdan bəhs edin.Bir meddət belə şəkildə nümunə olduqdan sonra onunla dərslərini həll etməyə və başqa planarı etməyə başlaya bilərsiniz.
2.Kitab oxuma saatlarını müəyyən edin.
Uşağınızın ən sevdiyi kitabı qarşınıza qoyun və birlikdə bir oxuma planı qurun.Həftənin günləri və hansı səhifələrin ( ya da ən azından gündə neçə səhifə ) oxunacağını bu plana yerləşdirin.Beləliklə uşağınızın bu mövzuda bir hədəf təyin etmiş olacaq və hər dəfə bu hədəflərin kənərına keçməyə çalışacaqdır.Bir də bu cədvəldə təyin olunmuş səhifələr oxunduğunda necə işarələyəcəyinizi uşağınıza göstərirsəniz bu fəaliyyəti onun üçün çox əyləcəli bir ritüel halına gətirə bilərsiniz.Uşağınızın özünə inamınıda inkişaf etdirəcək bu iş, ona kitab oxuma vərdişi də qazandıracaq.
3.Problemləriylə maraqlanın.
Uşağınızın məktəbdə hər hansı bir problem yaşayıb yaşamadığını öyrənmək məqsədilə müəyyən vaxtlarda müəllimi ilə görüşün və bu problemin öhdəsindən gələ bilmək üçün edə biləcəklərlə əlaqədar uşağınızın müəllimi ilə birlikdə hərəkət edin.Lazımlı müdaxilələrin edilməsinə baxmayaraq problem davam edərsə, uşağınızın öyrənmə problemi və s. problemləri olub olmadığını anlamaq üçün, mütəxəssislərə görüşərək lazımlı testlərin edildiyindən əmin olun.
4.Rahatlama üsulları öyrədin.
Uşağınız müəyyən hallarda (məs. imtahanlarda) həyacanlandığından şikayət edirsə, ona kiçik bir rahatlama texnikası öyrədin.Doğru nəfəs almaq və dərin nəfəs aldığının fərqində olmaq başlı başına bir rahatlama üsuludur. Sizin də tətbiq edə biləcəyiniz və çox faydalı olacaq bir təklifimiz var:-Dərin bir nəfəs alın və bu nəfəsi sona qədər içinizdən normal bir tempoyla 8-ə qədər sayaraq verin. Bunu bir neçə dəfə, tələsik etmədən tekrarladığınızda bədəninizdə yaratdığı təsiri görəcəksiniz.Eyni vəziyyəti uşağınızla təkrar edin və ehtiyac bildiyi ,özünü gərgin və ya həyacanlanmış hiss etdiyi vaxtlarda tətbiqi üçün onu təşviq edin.
5.İmtahanlar haqqında özünə güvəndiyini əmin olun.
Bəzi uşaqlar, imtahanlara hazırlanma mövzusunda son dərəcə vasvası davranırlar və özlərini bir cür imtahana hazır hiss etməzlər.Sizin uşağınız da bu qrupun içindədirsə, hər bir imtahan üçün həddindən artıq iş ehtiyacı içində olduğunu fərq edərsinizsə bu kimi vəziyyətlərdə, əsas əskiklik uşağın özünə hiss etdiyi güvənidir.Bu etibarı gücləndirmək üçün edilə biləcəklərin əvvəlində uşaqla imtahan və dərslər mövzusunda sərf etdiyi səyin nə qədər təqdir edildiyi və müvəffəqiyyətli olduğu vurğusunu hiss etdirməyinizdir.Evdə kiçik və asan imtahanlar etməniz də uşağınızın özünə olan etibarını gücləndirəcək.
6.Uşağınızı axtarmağa təşviq edin.
Rəqəmsal şifahi və ya hər hansı bir dərs ilə əlaqədar bir mövzuya işə başlamazdan əvvəl, uşağınıza əvvəl o mövzunun ümumi olaraq nə haqqında olduğunu anlaması üçün araşdırmağa təşviq edin.Daha sonra mövzudakı başlıqlar haqqında öz özünə suallar çıxarması lazım olduğunu, bir sonrakı aşmada bu suallara verilən cavabları oxumağın faydasını izah edin və təbii ki ən sonunda da bu cavabları öyrənməsi və öyrəndiklərini də təkrar etməsi lazım olduğunu öyrədin. Yaradıcı və araşdırmaçı xüsusiyyətlərə sahib hər uşaq müvəffəqiyyət yolunda əmin addımlarla irəliləyir.
7. Televiziya izləmə mövzusunda diqqətli davranın.
Uşağınızın hər həftə neçə saatını TV qarşısında keçirəcəyinə qərar verin. TV rəhbərindən, proqramları və şoular uşağınızın əvvəldən seçməsini təmin edin.Uyğun zamanlarda təkrar izletmek üçün xüsusi proqramları yazın. Uşağınızla birlikdə televiziyası izlemeniz, uşağınızın ekranda gördüklərindən sağlam şəkildə faydalanmasını və ola biləcək mənfi təsirlənməyə uzaq qalmasını təmin edəcək.Ailə olaraq bir qərar alın və ildə ən azı bir həftə müddətlə heç televiziya izlememeye qərar verin. Televiziyanın bağlı olduğu zamanlarda, həmişə birlikdə edə biləcəkləriniz, uşağınızın televiziyaya qarşı mövqeyini dəyişdirəcək.
8.Təlimçi oyunlar oynayın.
Hər hansı bir yerdə, hər hansı bir şeyi gözləyərkən və ya digər boş vaxtlarda, uşağınızın düşünməsini hərəkətə keçirmək üçün ağılınızda bir oyun hazır olsun.Müəyyən bir əşyanın harada olduğunu tapmaq üçün, əşyalara suallar soruşma oyunları, ətrafınızda gördüyünüz hər obyekti müəyyən bir kateqoriyaya salma oyunları, hətta keçən avtomobilləri sayma oyunları belə ola bilər.Yetər ki,yaxşı vaxt keçirmənizi təmin edəcək və təlimçi oyunlar olsun. Uşağınızı ən yaxşı tanıyan adam sizsiniz. Uşağınız nəyi etməkdən fereh hissi duyursa onunla əlaqədar bir oyun olsun.
9.Sualları cavablandırın
Öyrənmə saat 3-də bitməz. Uşağınızın soruşduğu sualları, ağılındakı sual işarələrini məlumata çevirin.Əgər uşağınızın problemlərinin cavabını bilmirsinizsə, qaynaq ola biləcək kitablara müraciət etməkdən çəkinməyin. Məsələn daha əvvəl getmədiyiniz bir yerə gəzintiyə gedirsinizsə, əvvəlcədən dərsinizə hazırlanmağı unutmayın və bu yerlə bağlı məlumatlar toplayın ki, gələcək çətin suallara hazırlıqlı olun.
10. Riyaziyyatı həqiqi hala gətirin
Riyaziyyat çox uşağın çətinlik çəkdiyi bir dərsdir, çünki mücərrəd anlayışlardan ibarətdir. Ancaq riyaziyyatın real həyatdakı qarşılığını gördükləri uşaqlar üçün əzbərdən çıxıb, asan öyrənilə bir mövzu halına gəlir.Oturma otağınızı addımla ölçərək nə qədər olduğunu tapmaq əyləncəli olacaq. Riyaziyyatı real həyatda əlaqələndirmək, uşağınızın öyrənmə üçün qanunları və səbəbləri anlamasını asanlaşdıracaq.Riyaziyyatı gündəlik həyatın içində nə qədər tez-tez istifadə etdiyimizi hər fürsətdə göstərin. Çəngəlləri saydıraraq, peçenyeləri topladaraq, materialların ölçülərini verdirərək, termostat nizamlayaraq və s. uşağınızın riyaziyyatın əhəmiyyətini fərq etməsini təmin edin.
11.Yaxşı bir dinləyici olun.
Uşağınızın öyrəndiklərini izah etməsi, onun üçün son dərəcə təlimçi bir iş olar. Uşağınız sizə, bildiklərini oxuduğu ya da izah etdiyi zamanlarda, onu yalnız səhv oxuduğu ya da izah etdiyi sözləri düzəltmək üçün dinləməyin.Biri ilə əlaqəli anlayışlar haqqında o vəziyyətdə xarakterlərin başqa nələr etmiş ola biləcəyi haqqında, daha sonra nə ola biləcəyi haqqında danışın. Uşağınızın, bənzər mövzularda oxumuş olduğu hekayələri xatırlamasını, bənzər məlumatlarını izah edib, müqayisə etməsini təmin edin.
12. Danışmağa təşviq edin.
Kiçik uşaqlar danışmağa başladığı zaman onlara baş yelləyərək ya da tək sözlük cavab verməyin. Uşağınızın söz bazasını genişləndirmək və onları düşünməyə sövq edəcək cavablar verin. Sonralar uşağınızın uzun cümlələr qurmasına və düşüncələrini detallarıyla şərhinə kömək edin.
XƏBƏR LENTİ
Köhnəlmiş ayaqqabıları yeniləyək
Hollivudun məşhur siması vəfat etdi
Yataq örtükləri
Maraq zəkası - yaradıcı zəkanız
Bakıda avtobuslar yenilənir
Alcaqdabanlı rahat ayaqqabılar
Azərbaycanda torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı yenilik
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilmə qaydası müəyyənləşib
Qurama (Dərs-5)
Günün ulduz falı - 26.08.2013
Uşaqlarda məktəb fobiyası
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
Qara nöqətələrə qarşı ən effektli maska
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Qısa dırnaqlar üçün ideyalar
Smartfondan kiçik kondisioner hazırlandı
Fahriye hələ də xəstəxanadadır-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Yaz saç düzümü üçün 15 ideya
Yerə asteroid yaxınlaşır
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Zeytun yağlı badımcan (foto-resept)
Möcüzə içki, ağ çay
Qeyri-adi üzüklər
İrina və Bredli AYRILIR-FOTO
Ancelina Coli xəstəxanadan çıxdı - FOTO
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Dünyanın ən cazibədar nənəsi sirrini açdı - FOTO
Fuad Poladov vəfat etdi
Bəstəboy kişilər daha yaxşıdır?
Kişi gözünə sürmə çəkə bilərmi?
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Maradonanın vəsiyyəti açıqlandı: Bədəninin balzamlaşdırılmasını istəyib
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Hava necə olacaq?
HAVA necə olacaq? 30 İyun
Bakıda satış yarmarkaları təşkil ediləcək
Karantində olanların sayı açıqlandı
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Filippində güclü zəlzələ olub
Stresin sonsuzluq müalicəsinə təsiri
Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb
Müasir internet qorxusu
Azərbaycanda çaylar kükrəyir - SEL TƏHLÜKƏSİ
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Ətli pirojnalar və suxarili pendir çubuqları
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
- ŞƏRHLƏR