"Sən məni başa düşmürsən!", - bu ifadəni analar və uşaqlar bir-birilərinə tez-tez deyirlər.
Ana və qız arasında problemlər müxtəlif səbəblərdən yaranır. Ananın təhsili, milli mənsubiyyəti, yaşı, böyüyüb boya-başa çatdığı coğrafi ərazi, işlədiyi mühit, dünyagörüşü və s. gələcək ailədaxili məsələlərdə əsas rol oynayır. Xüsusilə yaş fərqinin və təhsil səviyyəsinin aşağı olduğu ana-qız əlaqələrində qarşıdurmaların yaranması qaçılmazdır. Qadın erkən yaşda nikaha girir, dünyagörüşü formalaşmamış, özünü dərk etməmiş övlad sahibi olur. O, ailə həyatına və ana olmağa psixoloji olaraq hazırlıqlı olmur, ailə məsuliyyətini dərk etmır. Beləliklə gələcək münasibətlərdə yarana biləcək problemlərin özülü qoyulur. Ananın dediklərini qız, qızın dediklərini ana həzm edə bilmir.
Qız üçün övladını hər addımda tənqid edən ana dözülməz olur. Övlad valideyndən getdikcə soyumağa başlayır, “onsuz da mən dediyimi o başa düşməyəcək, niyə başımı ağrıdım ki?” şüarını əsas götürür.
Ana və qız arasında mübahisə yaradan 7 əsas məsələ
Otağını yığışdırmamaq, ev işlərində anasına kömək etməmək.
Uzun müddət kompüter qarşısında oturmaq.
Dərsə məsuliyyətli yanaşmamaq.
Ana evə gəliş-gediş vaxtlarına ciddi nəzarət edir, gənc qız buna əməl etmir.
Gənc qızın seçdiyi stil, bəyəndiyi geyim ananın xoşuna gəlmir.
Uzun müddət telefonla danışmaq ananın hirslənməsinə səbəb olur.
Rəfiqə, dost və ya həyat yoldaşı seçimi ananı qane etmir, bu da açıq qarşıdurmalara səbəb olur.
Qızlar nələri bilməlidirlər
Qız ananın tənqidlərinə, iradına mülayim yanaşmalıdır. Yaddan çıxartmayın ki, o, ananızdır və sizin yaxşılığınızı istəyir.
Ananızdan nəyisə sizin gördüyünüz kimi görməyi tələb etməyin. Fərqli məqamları açıq şəkildə danışın. Bu daha həlledici olar.
Hər mübahisə etdikdə özünüzü ananızın yerində hiss edin. Sizin də övladınız olacaq. Siz də ana olacaqsınız.
Əsasən də 2-5 yaşarası qız uşaqları cinsi şəxsiyyətlərinin inkişaf etdiyi bir dövrdə ananın ətrafında çox dolanırlar. Ananın etdiklərini təqlid edir, ona kömək etmək istəyirlər. Bu dövrdə analar qızlarının onlara kömək etməsini dəstəkləməlidirlər. Diqqətli olmalıdırlar. Çünki uşaq məktəbə gedəndə xarici aləmlə tanış olacaq. Valideyndən qismən uzaqlaşacaq.
Onunla yoldaş olmağa çalışın. Ana-qız arasında nəsil fərqi var. Sizə həlledici görsənən məqamlar onun üçün axmaq görünə bilər. Bu səbəbdən ağıl vermək yerinə yaxşı dinləyici olun. Hər bir çətinlikdə yanında olacağınıza inandırın.
Cinsi bilgilər mövzusunda açıq danışın. Belə mövzuları qadağan etməkdənsə, ortaq bir sədd seçin, uyğun bir dildə bildiklərinizi paylaşın. Yadda saxlayın ki, qadağan edilən şeylər insanı daha böyük səhvlər etməyə məcbur edir.
Ona dərs vermək yerinə öz təcrübələrinizi və xatirələrinizi paylaşın. Ancaq bu o demək deyil ki, qızınız sizin kimi hərəkət edəcək. Ana və atalar övladlarına doğru bildiklərini öyrədə bilərlər. Ancaq övladlarının necə davranacaqlarını və hansı yolu seçəcəklərini təyin edə bilməzlər.
Unutmayın ki, həddindən artıq nəzarət övladınızı sizdən uzaqlaşdıra bilər.
Ananızla yaşadığınız qarşıdurmalar qızınızla münasibətinizdə davam edə bilər. Ananızda xoşlamadığınız hər hansı bir xüsusiyyəti qızınızda görüb narahat ola və ya özünüzdə xoşlamadığınız bir cəhəti qızınızda görüb tənqid edə bilərsiz. Özünüzdə dəyişdirə bilmədiyiniz bir cəhətə görə qızınızı günahlandırmaq haqsızlıqdır. Axı o hər şeyi sizdən öyrənir. Qızınızın xasiyyətini dəyişə bilmirsinizsə, öz üzərinizdə işləyib ona nümunə olun.
Qızınıza öz xəyallarınızı yükləməyin. Gerçəkləşdirə bilmədiyiniz xəyalları qızınızın gerçəkləşdirməsini gözləməyin. Qoy onun da öz xəyallarını qurmaq və ona çatmaq azadlığı olsun. Axı o ayrıca bir fərddir. Özünə inamlı, güclü bir qız uşağı böyütmək istəyirsinizsə, hər şeydən əvvəl ona inanın, həmişə dəstək olun. İstər uğurlu, istərsə də uğursuz olduğu vaxtlarda yanında olduğunuzu hiss etdirin.
“Niyə başqasının qızı elədir, mənimki deyil” kimi şikayətlər qızda “anasına layiq bir övlad” ola bilməyəcəyi duyğusu yaradır. Onu həvəsdən salır.
XƏBƏR LENTİ
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Nuradan yeni fotossesiya - FOTO
Azərbaycan dili - X dərs
İsrail və Fələstin yenidən danışıqlara başladı
Mətbəx dekorasiyası nümunələri
Bilik var adamı kor edər, bilik də var...
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Gənclər üçün sağlam arıqlama
Çöpçüyə inanırsınızmı?
Hər yerə geyə biləcəyiniz 5 qiyafət
Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı
Öz təbibin ol
Musiqi səhnələri ilə yadda qalan filmlər
Bu gün Qarabağ görüşləri başlayır
Çempionlar Liqası canlı yayımda
Mehmet Ali Erbildən xəbər var
Qış gəldi, xoş gəldi!
YouTube böyük miqdarda cərimə ödəyə bilər
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Dünyanı xilas edəcək yeni güc birliyi
Gecə aclıq hissi ilə mübarizə aparmaq niyə çətindir?
Yer kürəsi həqiqətən düzdür?
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Məşhur serialın qəhrəmanları indi - FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Bir qəpikdə yığılan milyonlarla mikrob xəstəlik saçır
Dərini cavanlaşdıran kivi maskası
Pulu bir-birindən gizli saxlayan cütlüklər
Qadınların varlı kişiləri qəşəng kişilərə nisbətən daha tez sevmələrinin səbəbi bəlli olub
İş axtaranlara ŞAD XƏBƏR
Selena Gomez aparıcılıq edəcək
Həftənin ulduz falı
Yay köynəkləri
Qış fəsli üçün geyim dəstləri
Təyyarədə yatmaq nə zaman təhlükəlidir?
Xalça Muzeyi əhaliyə müraciət etdi
Seda Sayan Bakıya gəlir
İpoteka ilə bağlı yenilik gözlənilir
Xəyal qurun
HAVA necə olacaq?-4 yanvar
Dünyanın ən böyük məscidləri
Şagird və tələbələri maraqlandıracaq proqnoz
Toyuq əvəzinə aptek yeyirik?
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Kokos yaddaşı qaytarmağa kömək edir
21-ci əsrin 10 gözəl qadını
Lionel Messi artıq yeni klubunu seçib
Hərbçilər Sarkisyana qarşı birləşir
Paşinyandan ŞOK ETİRAF: "Uzun illər səhv etmişik"
- ŞƏRHLƏR