Körpənin diş çıxması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir və valideynləri xoşbəxt edər. Lakin eyni vəziyyət körpəni narahat edərsə, iştahsız günlərə səbəb olarsa ailələr üçün çətinlik yaranar. Körpənin diş çıxarma dövründə necə davranmaq, nələr etmək lazım olduğunu bilmək lazımdır. Körpələr 6-cı aydan diş çıxatmağa başlayirlar. Bəzən bu proses daha tez 2-ci aydan etibarən, bəzənsə hətta 1 yaşından sonra baş verir. Nadir olaraq bəzən körpələr bir və ya daha çox diş doğulurlar. Ümumiyyətlə ilk çıxan diş ön tərəfdəndir. Diş, diş ətinə yaxınlaşdıqca o bölgədə qızarıqlıq, şişlik, həssaslıq görülə bilər. 20 ədəd süd dişinin hamısının çıxması 3 yaşa qədər davam edir. Daimi dişlər 6 yaşdan çixmağa başlayır .Bəzi dişlər çıxarkən digərlərilə müqayisədə daha ağrılı ola bilər. İlk çıxan diş, bəzən ən çətini ola bilər. Bəzənsə böyük azı dişləri çixarkən çətinlik yarana bilər. Bir anda birdən çox dişin çıxması da mümkündür.
Diş çıxarma əlamətləri bunlardır:
1. Artan tüpürcək
2. Yuxu nizamsızlığı
3. İştahsızlıq
4. Narahatlıq
5. Əllərini ağzına aparması
6. Ağız ətrafında yüngül töküntü
7.Tempraturun qalxması
Diş çıxaran körpələrə evdə baxım necə olmalıdır?
Diş çıxaran körpələrdə ağrıları azaltmaq üçün satılan diş halqalarindan istifadə edilir,ancaq bu kömək etmirsə
körpənin ağrılarını yüngülləşdirmək üçün valideynlər əllərini yuduqdan sonra bir barmağıyla o bölgədəki diş ətinə yüngülcə masaj edə bilərlər. Əgər diş çıxarma iştahsızlığa gətirib çıxarırsa, bəzən bəsləyərkən fərqli bir əmzik ucu və ya ağızlı stəkan istifadə edilsə körpə daha rahat qidalanar.Yaxşı olardı ki, bu dövrdə valideynlər körpələrinə daha çox nəvaziş göstərsinlər.Onu daha çox qucağa alsınlar,ona xoş sözlər söyləsinlər, sevdiyi oyunları oynasınlar.Bunlar Diş çıxarma prosesini daha yüngül keçirməyə kömək edər.
Ağrı kəsici istifadə edilməlidirmi?
Əczaxanadan satılan bəzi dərmanlaar ağrı kəsmək məqsədiylə diş ətlərinin üstünə sürtülür. Tərkibində diş ətlərini müəyyən bir müddət üçün keyidən maddələr vardır. Qısa müddət üçün kömək edərlər, ancaq bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri bəyənməyə bilərlər.
Bu dərmanlayarın körpənin boğazına dəyməməsini diqqət etmək lazımdır, çünki o bölgənin keyiməsi böyürmə refleksini yüngülləşdirə bilər və yeməklərin boğazında qalmasına səbəb ola bilər.
Tərkibində parasetamol olan dərmanlardan da ağrınının azaldılmasında istifadə etmək olar.Ancaq diş çıxararkən çox dərman istifadə etməmək daha uyğundur, çünki bilinməyən başqa bir xəstəliyin yaratdığı tempraturu sala biləcəyindən valideynlər və həkim o xəstəlikdən xəbərsiz qala bilər. Körpələrə aspirin ehtiva edən dərmanlayar verilməməlidir.
Diş çıxarmaq normaldır.Təbiət edəbarilə uşaqlarda 20 süd dişi çıxmalı və bu dişlər düşdükdən sonra yerinə 32 daimi diş gəlməlidir, ana ataların bu müddət boyunca həssas və diqqətli olmaları kifayətdir.
Diş çıxaran körpəni rahatlaşdıracaq təkliflər;
* Körpənizə çeynəyəcək bir şeylər verin. Körpənin çeynəyərək diş ətlərini qaşıya biləcəyi, xüsusilə soyuq (soyuq bir banan və ya kök, rezin bir diş halqası vs.) şeylər verilə bilər, həmin əşyaların boğazında qalmaması üçün ona nəzarət olunmalıdır.
* Körpənizin diş ətlərinə təmiz və soyuq bezlə masaj edin.
* Diş ətlərini yüngülcə keyitmək üçün həkim təklifiylə verilən diş jellərindən qidalanmadan əvvəllər diş ətlərinə sürün.
* Maye içməsini təmin edin. Bu dövrdə körpənin çox tüpürcəyi axdığı üçün maye ehtiyacı da artar.
* Diş halqası seçərkən məhsulun plastik və boyalı olmamasına diqqət yetirin.
* Digər tədbirlərlə birlikdə körpənizin çox çətinliyi varsa, parasetamol vermək üçün həkiminizə məsləhətləşin.
* Körpənizin diş çıxararkən yaşadığı kənar təsirləri də xəstəlik olaraq qəbul edin və müalicəsi üçün həkimə göstərin.
* Körpənin tempraturu 38 dərəcə və üstündədirsə vəishalı varsa, eləcə də diş də çıxarırsa həkiminizə məsləhətləşin. İshal, tempratur diş çıxartma ilə eyni anda başlamış fərqli bir xəstəliyin əlamətləri ola bilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Soğan suyunun faydaları
Biskivit tortu
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Ən sürətli saç uzadan maska
Rihannadan 2 milyonluq yardım
Depressiyadasınız?
Bu gün Xəyalə Muradın ad günüdür!
Ölkələr həyəcan təbili çalır
Tarkan prezidentin valyuta çağırışına cavab verib
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Hava haqqında
“Dostluq” ordeni aldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
"Sovetski"də yaşayanlara ev verildi
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Saçları tez-tez yumaq zərərlidirmi?
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Qarabaşaq pəhrizi
Kartof haqqında bilmədiklərimiz
Nişasta şirniyyatı (foto resept)
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Sabahın HAVAsı
Məsləhətinizə ehtiyacım var
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Milli Şura dağılacaq?
Köhnəlmiş əşyaları dəyərləndirin
O da "Sefirin kızı"nda olacaq
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Uğurlu piroq (foto resept)
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bu gecə ƏN UZUN Gecə olacaq
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Sadə tərəvəz salatı (foto resept)
Gerçək eşqin 50 göstəricisi
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpələrin boy və çəki cədvəli
Sabahın HAVAsı
Qan analizinin daha bir sirri
Nar suyundakı möcüzələr
- ŞƏRHLƏR