Uşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?
Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, “Sakit dur, yoxsa həkimə apararam”, “Belə etsən, həkimi çağıracağam, iynə vursun”, “Yat, yoxsa həkim gələcək” kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur.
Diqqətli davranın. Övladınızda bu kimi qorxular qalıcı ola bilər ki, bu da həyatı boyu bu hissin onu izləməsinə, travma şəklində yaddaşında qalmasına səbəb olar. Bunun üçün diqqətli olmağınız və həkim haqqında övladınızda qorxulu bir insan təsəvvürü yaratmamağınız tövsiyyə olunur.
Rollu oyunlar oynayın. Övladınızla birlikdə rollu oyunlar oynayın. Bu zaman bəzən onun, bəzən isə sizin həkim rolunda olmanızı təmin edin. Həkim çantası alsanız bu onun xoşuna gələr və həmçinin həkimi bu əşyalardan istifadə edərkən qorxu hissi yaşamaz. Rollu oyunlar zamanı övladınızın həkim barəsində olan təsəvvürünü müsbətə doğru dəyişməyinə yardımçı ola bilərsiniz.
Aldatmayın. Övladınızı həkimə apararkən onu parka, əyləncə mərkəzinə apardığınızı deyərək evdən çıxarmağın yaxşı üsul olduğunu düşünürsünüzsə yanılırsınız. Bu üsulunuz övladınızın sizə olan inamının itməsinə, eyni zamanda həkim haqqında mənfi və yanlış fikirlərinə səbəb olar.
Məlumat verin. Kitabda, jurnalda həkim haqqında verilmiş bilgiləri övladınıza çatdırın. Bu zaman onların şəkilləri (ağ geyimli, gülər üzlü) ilə də tanış etməyiniz və necə bir peşəyə malik olmaları, insanları sağaltmaları və s. haqqında məlumatları verməyiniz övladınızda xoş təsəvvür yaradar.
Həkim dəstəyi. Əgər övladınız hər dəfə həkimə gedərkən çox narahatlıq keçirirsə bu məlumatı övladınızın həkiminə bildirməyiniz faydalı olar. Həkimin övladınızla fərqli davranışı onun qorxusunun aradan qaldırılmasında daha yaxından kömək olar.
Həkim fobiyanız varmı? Bildiyiniz kimi, uşaqlar valideynlərini təqlid etməyi sevirlər. Bəzən özləri də fərqində olmadan valideynlərinin hisslərini öz üzərlərinə köçürürlər. Əgər sizin həkim fobiyanız varsa, bunu övladınıza yansıtmamalısınız.
Narahatlığınızı aradan qaldırın. Övladınız həkimə apararkən onun üçün hədsiz narahatlıq hissi keçirisinizsə bu zaman övladınızın da narahatlığına səbəb olacaqsınız. Bunun üçün çalışın ki, övladınızı həkimə apararkən rahat olasınız və övladınızı da bu rahatlıq duyğusu ilə təmin edə biləsiniz.
XƏBƏR LENTİ
Bu qız hər gün Xəzər dənizində çimir: Yay-qış fərq etmir-FOTO
Evlərə 100 meqabitlik internet çəkiləcək
Mərcinin faydaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Dünya gözəlləri səhnədə və real həyatda (2)
Paxla salatı (foto-resept)
Abituriyentlər növbəti sınaqda.
Azərbaycanda ali məktəblərə qəbul olanların nəzərinə
İsveç çörəyi "VETEBRÖD"
Yalançı paxlava (foto resept)
Ətin qiyməti düşdü, alan qaçdı
Tarkan ikinci dəfə ata olacaq?
Toylarda da israfçılığa "müharibə" elan olundu
Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Klinton prezidentlik iddiasında - 2020-ə hazırlıq
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Lenski təcrübəsi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Ölkədə hamı bu sayta girir
Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı
Məhəmməd Peyğəmbərin (s) məzarı köçürülür?
Bu ölkə virtual pulu tanımadı
Həftənin ulduz falı
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Çil-çıraqlar
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi -Siyahı
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
Stil ikonu olmaq üçün 7 qayda
Qızıl alanların diqqətinə!
Neftdə kəskin bahalaşma
Biləsuvarda şəhid gizir dəfn edilib
Sabah hava necə olacaq?
Məşhur aparıcı koronavirusa yoluxdu
Hamiləlikdən sonra 25 kq arıqladı-FOTO
Cücərmiş kartofu tullamayın
Azərbaycanın ürək dərdi
Nepal müdriklərindən 30 məsləhət
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr
Uşaqlarla düzgün davranış qaydası
Mən arıqladım!
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Məşhur aktyor tanınmaz halda - FOTO
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Münasibətdəki soyuqluğun səbəbləri
Dodaq boyanıza görə xarakteriniz
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Şahzadə Diananın üzüyü ikinci gəlini Megana verilib-FOTO
- ŞƏRHLƏR