İki tərəfli vuruşma
Yaş: 10-16
Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür.
Kənar hədlər 5m orta hissə isə 7 metr olur.
Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar
dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar. Yəni topların onlara dəyməməsinə çalışırlar. 10 dəqiqədən sonra dəstələr növbə ilə yerlərini dəyişirlər. Beləliklə, hər dəstə bir dəfə orta hissədə dayanmış olur. Oyun dövründə hansı dəstəyə daha az top dəymişsə o dəstə qalib sayılır. Hər bir dəstə ona məxsus yerdə oynamalı kənara çıxmamalıdır.
Top yerə düşdükdən sonra uşaqlara dəyərsə, bu hesaba alınmır. Şəraitə uyğun olaraq dəstələrdə oyunçuların sayını müvafiq
şəkildə artırmaq eyni zamanda azaltmaq da olar.
Bu oyunda özünü müdafiə etmək, qorumaq, rəqib zərbəsinə tuş gəlməkdən qaçmaq başlıca şərtdir. Oyunda uşaqlar topla oynamağa
alışır, eləcə də, cəldlik, çeviklik, sürət kimi hərəki qabiliyyətlərini inkişaf etdirirlər.
Kəndiri çək
Yaş: 12-16
Oyunda 4 nəfərdən 20-i nəfərədək uşaq iştirak edə bilər.
Ləvazimat: kəndir və 4 ədəd ağac
Kəndirin ucları bir birinə möhkəm bağlanır və dörd künc formasında ortalığa qoyulur. Hər küncdən bir qədər uzaqda bir
ağac basdırılır. Uşaqlar bərabər sayda dörd dəstəyə bölünürlər. Hər dəstə kəndirin bir ucundan yapışaraq kəndiri özlərinə tərəf çəkirlər.
Oyunda hansı dəstə kəndiri dartıb aparmaq şərti ilə ağaca tez çatarsa, o dəstə oyunda 1 xal qazanmış olur.
Daha çox kəndiri dartaraq ağaca tez çatan dəstə qalib hesab olunur. Aparıcının işarəsi olmadan kəndiri özünə tərəf dartmaq olmaz.
Oyunun qaydalarına bir neçə dəfə riayət etməyən dəstəyə 1 cərimə xalı verilir.
Kəndiri götür
Yaş: 12-16
Oyunda 15-20 uşaq iştirak edir.
Ləvazimat: kəndir
Uşaqlar iki bərabər dəstəyə bölünüb sıra ilə qarşı-qarşıya dururlar. Kəndiri ilan qıvrılmasına bənzər surətdə dolayıb ortaya qoyurlar. Rəhbərin komandası ilə hər iki tərəf eyni vaxtda kəndirə tərəf qaçıb kəndiri götirməyə çalışırlar.
Hansı dəstə kəndiri tez götürə bilirsə, o dəstə də qalib sayılır və bir qələbə xalı qazanır. Oyun 4-5 dəfə təkrarlanır. Daha çox xal
toplamış dəstə qalib hesab olunur. Kəndirlə hər iki üz-üzə dayanmış dəstələrin arasındakı məsafə eyni olmalıdır. Rəhbərin işarəsi olmadan və yaxud da işarədən əvvəl qaçıb kəndiri götürmək sayılmır.
Torbanı qaçır
Yaş: 10-16.
Oyunda 10-20 uşaq iştirak edir.
Ləvazimat: içi qum ya torpaqla doldurulmuş, balaca torba.
Torbaya 12 metr uzunluqda bir kəndir bağlanmışdır. Yerdə bir dairə çəkilir. Uşaqlar dairə boyu düzülürlər. Bir uşaq ortaya çıxır. Ortadakı uşaq kəndirin ucundan tutaraq torbanı dairə boyu fırladır. Və uşaqların ayağına toxundurmağa çalışır.
Hər uşaq diqqətli olmalı, torba ayağına tərəf gəldikdə yerində hoppanmalı ayağını torbanın toxunmasından qorumalıdır. Uşaqlardan
kimin ayağına torba dəysə, o dairənin içərisindəki uşağı əvəz etməlidir.
Dairə içərisində olan uşaq dairənin mərkəzində durmalıdır. Düzgün dairə çəkmək üçün bir ip olmalı, ipin bir ucunu şiş bir ağaca
bağlayıb yerə çalmalıdır. O biri ucuna təbaşir, mıx, yaxud şiş daş bağlayaraq dairəni çəkməlidir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
"Bakıya zəlzələ təhlükəsi..."
Məşhur aparıcı ana olacaq-FOTO
Banklar ipoteka kreditlərindən imtina edəcək
Hava haqqında
Bu oğurluğun dəyəri ölçülə bilmir
Hava haqqında
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
İnstaqramdakı adını belinə döydürdü - FOTO
Problemli kreditlərdən çıxış yolu
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
Sevgi adası
Çoxobrazlı Aygün Kazımova stili
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Olduğu kimi qəbul et!
Məqamında çəkilmiş şəkillər
Tərəvəzli pizza (foto resept)
Azərbaycanda 2 kq-lıq qeyri-adi meyvə yetişdirildi-FOTO
Lazımsız kəşf
Texnologiyanın səbəb olduğu dəri problemləri
Soğan salatı (foto resept)
İnsanlar daha qocalmayacaqlar?
Nüsret Kann film festivalında-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
Azərbaycanda ödəniş kartlarını qorumağın yolları
Ulduz futbolçu Fransanı təhqir etdi
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO
Bakı metrosunda gediş pulsuz olacaq
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Region qeydiyyatında olanlar Bakıya qayıda biləcəkmi?
Uşağın makrozomik olaraq doğulması
Qadın olmaq heç də asan deyil...
SPA rahatlığı
Özünüzü tanıyırsınızmı?
Kişi müəllimlərin sayı niyə azdır?
Sağlam münasibət üçün tövsiyələr
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Boyama - 2
Hindistan qozlu tart (foto resept)
Samsung böhtanın cəzasını istəyir
Hava haqqında
Paytaxt salatı (foto resept)
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Arpacık nədir?
Millət vəkilləri avtoxuliqanlara qarşı
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Harrison Fordun cəzası məlum oldu
Zoe Kravitzin gözəllik sirləri
- ŞƏRHLƏR