Təzə doğulan uşaq günün yarıdan çoxunu yatır. Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat yatırlar.
Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar. Çağanın tez-tez oyanması normaldır, yeni doğulan körpələr heç vaxt bir dəfəyə 3-4 saatdan artıq yatmırlar. Və siz oyanan balanıza cəld 30 saniyə ərzində reaksiya verməlisiniz.
Uşağın oyanmasının bir neçə səbəbi var. Çox vaxt onlar acanda ayılırlar. Bəzənsə yerlərinin dəyişdirilməsini istəyirlər. (Çağalar ilk aylarda özləri çönə bilmir. 2-4 ay tamam olanda yerini rahatlamağı körpənin öz ixtiyarına vermək olar.) Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını biləcəksiniz. Balanız gözlədiyinizdən tez, ya gec oyanarsa, diqqətli olun. Ola bilər uşaq xəstələnib, ya dişi çıxır, ya da böyüdüyündən daha çox yemək istəyir.
Otağın temperaturu 20-22 dərəcədən çox olmamalıdır. Soyuqdan qorunmaq üçün uşağı bərk bələməyə ehtiyac yoxdur. Otağın temperaturu 24 dərəcədirsə, körpənin üstünə bir döşəkağı atsanız, kifayətdir. Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın temperaturu 18 dərəcədirsə, yorğana ehtiyac var.
Otağın temperaturu normal olsa yaxşıdır, çünki uşağı yatırdanda baş örtüyünü çıxarmaq lazımdır. 1 yaşına çatmamış uşağın üstünə yun yorğan və ya ədyal salmaq məsləhət deyil. Döşəkağını isə yalnız onun sinəsinə qədər çəkmək olar. Uşağın əl-ayağı sərin olsa belə, qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.
Uşaq olan otaqda heç bir texniki avadanlıq saxlamayın. Onun çarpayısı qızdırıcıdan, pəncərədən aralı olmalıdır. Otağın havasını tez-tez dəyişin. Çarpayının yanında divara heç nə asmayın.
Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, bəziləri gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri isə gözlərini boşluğa zilləyir. Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın. Amma uşağı heç vaxt qarnı üstündə yatırtmayın! Çağa yatağa mütləq arxası üstə qoyulmalıdır.
Çağanın döşəyi bərk olmalıdır. Onu balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində yatırtmaq olmaz! Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.
Gecəylə gündüzü ayırın. İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın (amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin, onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.
Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.
www.bala.az saytından...
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?