Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur.
Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq.
Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir.
Sevginizi ifadə edin!
Övladınızı dünyadakı hər şeydən çox sevə bilərsiniz, lakin bunu ona hiss etdirməlisiniz. Onu qucaqlayaraq, nəzakət ilə təqdir edərək və ya yalnız üzünə baxıb gülümsəyərək onu nə qədər çox sevdiyinizi və dəyər verdiyinizi sözlərinizlə, davranışlarınızla göstərin. Sevilməyə hər uşağın, hətta hər canlının ehtiyacı vardır.
Ünsiyyət qurun
Danışmaq, ünsiyyət qurmaq ana və uşaq arasındakı əlaqəni quran ən güclü körpüdür. Açıq və aydın danışın, uşağınız münəccim deyil ki, sizin qəlbinizdən keçənləri bilsin! Qaydalarınız və tələbləriniz dəqiq olsun, uşağınız nə istədiyinizi anlasın. Zzaman ayırıb onları dinləyin və siz də duyğularınızı onlarla paylaşın.
Onlara vaxt ayırın
Yaxşı ana olmaq istəyirsinizsə, onlarla vaxt keçirmək, zaman ayırmaq əsl vəzifəniz olmalıdır. Onların bahalı oyuncaqlara deyil, sizə ehtiyacı var. Əgər işləyən anasınızsa, ilk sırada uşaqlarınız olsun! Onlarla keyfiyyətli zaman keçirmək uşaqların xarakterinin formalaşmasında çox təsirlidir.
Dəstək vacibdir
Nə zaman ehtiyacları olsa, onların yanında olun. Müvəffəqiyyətlərini təqdir edin və uğursuzluqlarında isə səssizcə təsəlli verin.
Onları gözəl hədəflərə çatmaq üçün cəsarətləndirin.
Yaxşı nümunə olun
Yaxşı ana olmağın 10 sirrindən biri ona yaxşı nümunə olmağınızdır. Ana uşağı üçün bu həyatdakı ən qiymətli varlıqdır. Bu vəziyyət uşaqlara pisi və ya yaxşını öyrətmək üçün qızıl fürsətdir. Onlara daim doğrunu, yaxşını öyrədin, bunu öyrədə bilmək üçün davranışlarınıza diqqət edin. Unutmayın, davranış hər zaman sözdən çox daha təsirlidir. Uşağınızın yalan söyləməyən, dedi-qodu etməyən, sevgi dolu bir uşaq olmasını istəyirsinizsə, siz belə olun ki, uşağınız bunları sizdən görsün və tətbiq etsin.
Uşağınızın görüş və fikirlərinə hörmət edin
Ailəylə əlaqədar hər hansı qərarı qəbul edərkən onların da düşüncələrini öyrənin. Onlara hörmət etməyiniz sizə güvənmələrini təmin edəcək və aranızdakı əlaqəni gücləndirəcək.
Səbrli olun
Uşaqlarınıza hirslənərkən belə ona sevginizi hiss etdirin. Övladınız bilsin ki, onun faydası üçün hirslənirsiniz. Uşaqların səhvləri, yaramazlıqları qarşısında hirslənmək çox asandır, lakin səbrlə və sakit yaxınlaşmaq ən yaxşısıdır.
Məsuliyyət sahibi olun
Analıq nələri tələb edirsə, bunu bilin və üzərinizə alın. Sərhədlərinizi də aşmayın. Qoyun uşağınız ayaqqabısını özü bağlasın,
yeməyini özü yesin. Belə etsəniz, məsuliyyət sahibi, öz ayaqları üzərinə möhkəm duran bir övlad yetişdirmiş olarsınız. Bundan əlavə, uşaqlarınızın xüsusi günlərini yaddan çıxarmayın və bu günləri onlarla gözəl bir şəkildə keçirin.
Səhvlərini anlamalarına fürsət verin!
Onların bir səhvini gördükdə dərhal əsəbləşməyin. Bu cür davranış sizi uşağınızdan uzaqlaşdırar. Hər zaman əsəbiləşib danlasanız, uşağınız arsızlaşar. "Nə etsəm hirslənəcək" deyib, özünü pis vərdişə aludə edər. Böyük səhvlər deyilsə, bəzi şeyləri görməzlikdən gəlin və uşaq bir səhv etdikdən sonra həmin səhvin pis cəhətlərini və nəticələrini açıqlayın ki, uşaq bir daha həmin səhvi etməkdən uzaq dursun.
Özünüzü inkişaf etdirin
Özünüzü uşaq təhsili haqqında oxuyaraq inkişaf etdirə və uşağınıza necə davranmanız lazım olduğunu öyrənə bilərsiniz. Uşağınızdan sizin uşaqkən etdiklərini istəməyiniz yersizdir. Çünki hər dövrün özünün tələbləri var. Əsas odur ki, vicdanlı və tərbiyəli bir övlad böyüdəsiniz.
XƏBƏR LENTİ
Azərbaycan üçün böyük qorxu
Günün qoroskopu: Uğurlu gündür!
Metro sərnişinlərinə şad xəbər
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Say və əvəzliyə aid sınaq sualları
Yazda bədənə canlılıq
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Diqqət! Diqqət! Danışır Bakı!
Qız olmaq asandır?
Makiyaj çantanızda nələr var?
Yelena görənləri heyrətləndirir-FOTO
Sevən şəxsin 8 davranışı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sevgi dünən və bu gün
Cennifer yenidən Diqqət Mərkəzindədir
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
İstanbulda əsrin kəşfi
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
“İşsizlik terror problemi qədər ciddidir”
Evlilik sonrası kökəlmədən qorunun!
Günün ulduz falı
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Şakira AYRILIQ xəbərlərini bu cür Yalanladı-FOTO
Misirdə mağara məbədi
İnsanı kökəldən qidalar
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
Uşağın yuxusunu qoruyun
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Qladiatorlar haqqında
Cəlilabad rayonu
Türksayağı tomat şorbası (foto resept)
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
“WhatsApp”a yaşıl işıq
Küncütlü paxlava (foto resept)
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yazmağa başlayıram - 4
Kukla sənəti
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Bəzi rayonlarda qaz olmayacaq
Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)
Mətbəx pərdələri
İranda boşanma halları artıb
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Zövqlü geyim nümunələri
Çay ağacı yağının dəriyə faydaları
Koçaryan yenidən hakim qarşısına çıxarılır
- ŞƏRHLƏR