Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda nəzarət edir.
Bu davranış forması uşaqlar üçün məcburedicidir. Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmaların yaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir.Uşaqlar söz dinləməz, çünki uşaqlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.Uşaqların istəkləri, maraqları, hərəkət etmə və qayğı görməyə ehtiyacı vardır. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Əllər yuyulmalı, çirkli paltarlarla gəzməməli, evdə qaçmamalı, əlləriylə bir şey yeməməli, yalan danışmamalı, oyuncağını paylaşmalı, zamanı yaxşı istifadə etməli, sürətli geyinməli, ev tapşırıqları vaxtında edilməli, qardaşla yaxşı dolanılmalı kimi bol miqdarda nəzarəti qarşılamaq bir uşaq üçün məcburedicidir. Bu səbəblə qarşıdurmalar yaşanır. Qısası, ana- atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır.Uşaqların yetkinin gözlədiyi istəklərə uyğun davranmağa razı salmanın tək yolu, onlara bir şeyləri əmr etmək deyil, söyləməkdir. Ana- atalar bunun başa düşsələr, söz dinləməyən uşaq imici də ortadan qalxar. Hər uşağın ehtiyacına uyğun intizam anlayışı ilə hərəkət etmək kifayətdir. Ümumiyyətlə, uşaqların ehtiyacları nələrdir deyə düşündüyümüzdə, əsas amilləri bu şəkildə sıralaya bilərik:
Özlərinə qarşı inam ehtiyacı: Uşağın çətinlik çəkdiyi bir davranışı dəyişdirə biləcəyinə əvvəl ana -atanın inanması lazımdır. Əgər yetkinin bu mövzuda ümidi yoxdursa, uşaq bunu hiss edəcək. "Nə də olsa bir şey düzəlməz, nə desəm boşdur" düşüncələriylə uşaqda istədiyiniz davranışı yaradıla bilməz.
Şərtsiz qəbul edilmə ehtiyacı: Nə etmiş olursa-olsun hər halıyla qəbul edilmə və sevilmə ehtiyacı ödənilməyən uşaq, ana- ata ilə əməkdaşlıq etmə mövzusunda çətinlik çəkir, davranışını dəyişdirməkdənsə müqavimət göstərər və ya bunu heç əhəmiyyətli də hesab etmir.
Əsaslı və qərarlı yanaşma: Hər gün eyni gözlənilən tələb içində olmaq əhəmiyyətlidir. Bir gün dişini fırçalamamasına əhəmiyyətli bir şey deyilmiş kimi yanaşıb, sabahısı gün unutmamasını gözləsək, davranış dəyişikliyi meydana gətirməkdə heç nə əldə etməyəcəyik.
Bacara bildiyini görmə ehtiyacı: Nə edirsə -etsin, yaxşı olmadığını hiss edən bir uşaq dəyişmək üçün səy göstərməyəcək. Bu səbəblə kiçik səylərini belə ona hiss etdirməli və bunu uşağa deməlisiniz. Həftənin hər günü yatma saatını gecikdirən bir uşaq həftədə bir gün zamanında yatmağı bacarırsa, bu əhəmiyyətli bir inkişafdır. Bunu həftənin iki gününə çıxara bilmək əhəmiyyətlidir.
Ehtiyac duyduğu zamanı verə bilmək: Uşağın sürətində irəliləmək əhəmiyyətlidir, yetkinin tələsik gözləməsinin uşağın dünyasında yeri yoxdur. Qısa müddətdə hər istəyə uyğunlaşma təmin etməsini gözləmək ana -ata ilə uşaq arasında qarşıdurmaların artmasına səbəb olacaq.
XƏBƏR LENTİ
Azərbaycan coğrafiyasının inkişaf tarixi-6
Sağalmaz dərdin dərmanı tapıldı
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Bakıda bir düymə ilə hərəkət dayanacaq
Etibarnamə ilə maşın sürənlərə dərs olsun
Günün qoroskopu:Səfər etməyin!
Körpə masajı
Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO
ABŞ-da koronavirusun “Tramp kokteyli” ilə müalicəsinə icazə verildi
Adobe Photoshop (Dərs-15)
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Cadu varmı? Ondan necə qorunmaq olar?
Ermənilər Qəbələyə gələ bilərlər
Maraqlı faktlardan (2)
Tovuzda xəzinə tapıldı
Anomal soyuqlar ABŞ-ı dondurub
Kerem Bürsin saç əkdirib
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Bakı bir səyyahın dilindən
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
Mülüzdə mədəniyyət mərkəzi
Toyuq salatlı taco (foto resept)
Hər kəsin qoxu reseptoru fərqlidir
Hamilə olduğunu zənn etdi, əslində isə-ŞOK Görüntü
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Evsizlər üçün xüsusi palto hazırladı
Qan qrupunuza görə bunları bilməlisiniz!
Üz formasını dəyişən qidalar
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Salyanda 2 koronavirus xəstəsi həbs olunub - VİDEO
Soyuq qışın donmuş xəstəlikləri
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı
Pələngə qızıl diş qoydular-FOTO
"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi
Pişiklər sevgilərini necə göstərir
Susuzluğun bədənə təsirləri və nəticələri
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Məşhur modeldən qalmaqallı açıqlama
Uğurlu piroq (foto resept)
Xəbərdarlıq: Yeni il bayramında ehtiyatlı olun !
Azərbaycanda vahid yanıq mərkəzi yaradıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 119 yeni yoluxma
Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı
Şakira mərasimə həyəcan qatdı - FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Bunu necə qəbul edim?
- ŞƏRHLƏR