Qonaq getdiyim dostumun hirsli səsi dükanının çöl qapısından belə eşidilirdi:
- Səndən adam olmaz. Ustanın yanına verim, gör gününü...
İçəri girdiyim zaman bu sözləri məktəbli oğluna söylədiyini gördüm. Özündən soruşdum:
- Xeyir ola, nə olub?
- Heç soruşma, bunların yedikləri qarşısında, yemədikləri arxalarındadır, buna baxmayaraq, doğru-düzgün məktəbə belə getmirlər. Dünən məktəbə getməyib, müəlliməsi bunu axtarırdı. Onun üçün əsəbiləşdim. Belə davam etsə, ustanın yanına verəcəyəm. Pulun necə qazanıldığını öyrənsin.
- Sən hansı zamanda olduğumuzu unutmusan dryəsən. Arxayınlıqla "Əti sənin, sümüyü mənim" deyib şagird kimi verə biləcəyin bir yer varmı? "Əti də, sümüyü də mənim" dövrü başlayıb artıq. Sən 30 il əvvəldə ilişib qalmısan.
- Niyə qalmasın? Sən çox pessimistsən!
- Sən özündən nümunə götür. Yanında işləyən uşaqlarla lazım olduğu qədər maraqlana bilirsənmi? Təbii ki, maraqlana bilmirsən. Sən necəsənsə başqaları da elə...
- Yaxşı, o zaman nə edəcəyik?
Bəli, nə edəcəyik? Budur, bütün məsələ bu problemin cavabını tapa bilməkdə və tətbiq edə bilməkdədir... Əvvəllər uşaqların düşməni bir idisə, bu gün yüzdür, mindir. Düşmən çoxaldıqca insan hansıyla baş edəcəyini bilmir. Bu gün edəcəyiniz ilk iş öz uşaqlıq zamanımızı bir tərəfə buraxıb, bu günki şərtlərə görə tədbir görmək olmalıdır.
Köhnə vaxtlara ilişib qalsaq, nəticə əldə etmək mümkün olmaz. "Biz uşaqkən eləydik, beləydik..." demək zamanı keçdi artıq. Çoxumuz telefonu 15-20 yaşımızda gördük. Bu gün uşaqlar gözünü internetlə açır. Belə bir uşağı öz şərtlərimizə görə yetişdirmək, uşaqlığımızdakı davranışları ondan da eynilə gözləmək səhv olar.
Əvvəllər uşağı küçə, yəni onun daxil olduğu dairə yetişdirərdi. İndi isə uşağı pozan ətrafıdır... Bunun üçün hansı yolla olursa-olsun, uşağı küçədən qurtarmaq məcburiyyətindəyik. Çünki küçə uşağı canavarlaşdırır. Bunun canlı misalını hər gün qəzetlərdə oxuyuruq.
İstifadə etdikləri içkinin, narkotik maddələrin təsiri ilə utanma duyğuları yox olduğu üçün ən iyrənc işləri çəkinmədən edə bilirlər. Bunları edənlər 15-16 yaşlarındakı uşaqlardır. Əvvəllər evdə özünə qarşı çox pis rəftar edilmiş olsa belə, uşaq evi tərk etməyi düşünməzdi. Çünki küçədə ona qucağını açacaq kimsə yox idi. İndi küçə canavarları ağızlarını açaraq uşaqları udmaq üçün gözləyirlər.
İndi uşaqları bu təhlükələrdən qurtarmaq üçün ailələrin bu üç məsələyə diqqət yetirmələri lazımdır:
1. Uşaqları mənəvi dəyərlərdən uzaq tutmayın! İnanma ehtiyacı insanın yaradılışında vardır. Biz daha kiçik yaşlarda bunu təmin etməsək, uşaq hansı yollasa bu boşluğu dolduracaq. Maddiyyatın bunu doldurması mümkün deyil. Satanist uşaqların vəziyyətini fikirləşin. Hər cür imkana baxmayaraq, onlar qane olmurlar, şeytana inanmaq surətiylə bu boşluğu doldurmağa çalışırlar.
2. Xoş rəftar edin! Məsələn, tutaq ki, oğlunuz saçını uzadıb. "Sən qızsanmı? Qohum-qonşu arasında məni biabır edəcəksən!" kimi sözlərlə dərhal reaksiya verməyin. Bu davranışı onun dünyasına və axirətinə bir zərər verməz. Əks halda, zərərli şeylərə yönələ bilər. Onu daha mülayim, sakit şəkildə bunun doğru olmadığına inandırmağa çalışın.
3. Yaxın əlaqə və sevgidən məhrum etməyin! Sevgi və diqqətdən məhrum uşaqda kompleks yaranır. Özünü istəməyən ailədən, cəmiyyətdən intiqam almaq istəyir. Nəticə olaraq, gəncləri başıboş buraxmaq bu zamanda çox risklidir. Bunun üçün gəncləri sıxmadan, onlara nəzarət altında olduqlarını hiss etdirmədən uzaqdan nəzarət altında tutmalıyıq. Xüsusilə yoldaşlarına diqqət yetirməliyik. Səhvlərini incəliklə, qayğıyla, lazım olsa sevdiyi kəsləri də bu işə cəlb edərək düzəltməliyik. Şiddət və güclü təzyiq zamanı deyil...
Həddən artıq sevgi, şəfqət dövrü... Uşağın ailəsinə və cəmiyyətə faydalı halda yetişməsi üçün bədən və ruh sağlamlığının yerində olması lazımdır. Təəssüf ki, ruh sağlamlığına çox fikir vermirik. Bu gün orqanizmin sağlamlığına və təhsilə verdiyimiz əhəmiyyətin dörddə birini uşağın ruh sağlığına versək, bu problem həll edilmiş olar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Milyarder sağlam olmasına baxmayaraq ÖLDÜ -FOTO
Azərbaycanda koronavirusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
Rəsmi Bakıdan sərt bəyanat: Böyük dövlətlər ...
Serbiya Azərbaycanı seçdi
Azərbaycanda 1000 yaşlı ağac - Heç kim ona...VİDEO
ABŞ defolta hazırlaşır
Hansı daha vacibdir?
Rusiya öz “Skype”nı yaradır
Gözəl ev dizaynları
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Hava haqqında
Selenanın üz-gözü şişdi-SƏBƏB-FOTO
Bakıda yeni keçidlər tikiləcək
Amerikansayağı dərsliklər
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Hind toyuğu ilə raqu (foto resept)
Arizona (Glen Canyon)
Bakıda 35 dərəcə isti olacaq
Bu dərdi biganə anlamaz!!!
Rusiyaya qara qar yağdı
KXCP Müsavat Partiyasının təklifini rədd etdi
Cəbhədə şiddətli atışma
İlham Əliyev hərbi əməliyyatların bəzi təfərrüatını açıqladı
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
Fərqli manikür nümunələri
Azərbaycan gimnastları Lissabonda Dünya kubokunun mərhələ yarışında iki qızıl medal qazanıblar
Arıqlamağa nələr mane olur?
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
Fahriye Evcen makiyajsız FOTOsunu paylaşdı
Heyvali piroq (foto resept)
Hamı bu dili öyrənəcək
Təhlükəsizlik Şurasının katibi: “Əfqanıstan hər zaman Azərbaycanla həmrəyliyə sadiq olacaq”
Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!
Tənha, rahat istirahət üçün
İlham Əliyev bəyanat verdi
Beləsini görmədiniz
Gülüş-4
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Əhəmiyyətli nöqtə - yataq sirlərinin kəşf edilməsi
"İntimissimi"dən alt geyimlər
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Cem Yılmaz Serenaya olan sevgisini BELƏ ETİRAF ETDİ - FOTO
Putindən nüvə zərbəsi hədəsi
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Buraxılış gecəsi pəhrizi
Bizim üçün yeni təhlükə
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Məşhur cütlük evlənir!-FOTO
- ŞƏRHLƏR