Bakıda hava 10°
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..

 

 

Ana və körpənin, D vitamini üçün günəşə ehtiyacı var

Günəş və təmiz hava, hamilələr üçün olduqca faydalıdır. Günəş işığının azlığı D vitamini çatışmazlığına səbəb ola bilər. Hamilələr gün işığı ehtiyacını qarşılamaq üçün istinin çox olmadığı səhər və axşam saatlarında yürüşə çıxa bilər. Saat 11:00 - 16:00 aralığında mümkün olduqca gün altında olmayın. Evdən çıxarkən şlyapa taxmağı unutmayın.

Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..

Rahat ayaqqabılar

Yay aylarında hamilələr, günəş şüalarını çəkməyən açıq rəngli geyimlərə üstünlük verməlidirlər. Pambıqlı geyimlərlə dərinin nəfəs almasını təmin edə bilərlər. Ayaqqabı seçiminə də diqqət etməlidirlər. Ayaqlarınızın rahat olması üçün böyük ölçülü ayaqqabılara üstünlük verə bilərsiniz.

Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..

Maye qəbulu

Yay aylarında bədənin mayeyə ehtiyacı artır. Hamilələr hər gün  2-3 litr su içməlidirlər. Bundan əlavə, şorba, meyvə suyu, ayran kimi qidalara üstünlük verməlidirlər. Bol maye qəbulu yorğunluq və halsızlıq problemlərini aradan qaldırmağa kömək edəcək.

Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..

İstinin təsiri ilə xarab olan qidalardan uzaq olun

Ağır yeməklərdən, qızartmalardan və tez xarab olan qidalardan uzaq olun. Mağazadan aldığınız məhsulların istiyə məruz qalmadığından əmin olun. İstidən tez xarab olan qidalar körpə və ana üçün təhlükəlidir.

 

Səslərin sayı: 0
0
828
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )