Həkim doğuş tarixini müəyyən etmişdir, körpə isə bu tarixlə razı deyil... Nə etməli? Hər şeydən əvvəl bilməlisiniz ki, narahatlığa və həyəcana heç bir səbəb yoxdur. Lakin əli qoynunda oturmaq da olmaz.
Hər şeydən əvvəl ümumi vəziyyətə diqqət yetirin: A/T, ifrazat və sidik sisteminin fəaliyyəti, qan və sidiyin analizi. Əgər normadan kənar hallar varsa, vaxtından əvvəl xəstəxanaya yata bilərsiniz. Əgər heç bir narahatlığınız yoxdursa, xəstəxanaya yatmağa tələsməyin. Xəstəxanada körpənin deyil, həkiminizin istəyi ilə doğmaq məcburiyyəti qarşısında qala bilərsiniz.
Ciftin fəaliyyət xüsusiyyətlərinə diqqət yetirin. Cift dölün tənəffüsünü, qidalanmasını və mübadilə maddələrinin kənar edilməsini təmin edən ən vacib orqandır. Öz inkişafında cift bir neçə dövrdən keçir: formalaşma, artma, yetkinlik, qocalma. Hər bir dövrdə cift müvafiq vəzifə və funksiyalarını yerinə yetirir. Ciftin qocalması uzun sürən hamiləlik zamanı baş verir. Uzun sürən hamiləlik təyin olunmuş doğuş tarixindən sonra 10-14 gün və daha çox çəkə bilər. Belə halın rast gəlmə tezliyi 2-14 %-dir. Həqiqi və yalançı uzun sürən hamiləliyi bir-birindən ayırmaq lazımdır. Həqiqi və ya bioloji uzun sürən hamiləlik 290-294 gün olur. Döl normal hamiləlikdə olduğundan daha yüksək inkişaf səviyyəsinə çatır. Cify isə geri inkişaf edir. Onun toxuması piy toxuması ilə əvəz olunur. Bu da döldə hipoksiya və maddələr mübadiləsinin pozulması əlamətlərinin yaranmasına səbəb olur. USM müayinəsi zamanı uzun sürən hamiləlikdə dölyanı suların azalması, ciftin qalınlığının azalması, dölün ölçülərinin iriliyi, konturların daha dəqiq olması və kəllə sümüklərinin qalınlaşması aşkar edilir. Yalançı uzun sürən hamiləlik və ya uzanmış hamiləlik, müddətin 10-14 gün üzanması deməkdir. Dölün artıq yetişməsi və ciftdə dəyişikliklər müəyyən olunmur. Üzanmış hamiləlik normal hamiləliyin bir variantı kimi nəzərdən keçirilir!!! Bu hal dölün inkişafının ləng getməsi ilə əlaqədardır və bu əlavə müddət dölə tam yetişmək üçün lazımdır.
Qidalanmanıza fikir verin. Ayrılmış qidalanmaya üstünlük verin. Böyük miqdarlarda ət, yağlı kəsmik, pendir, mayalı xəmirdən hazırlanmış və şirin məmulatları qəbul etməyin. Sizə o qədər də kəskin olmayan vegetarian pəhrizi çox yaxşı təsir edə bilər. Belə qidalanma oynaq və əzələlərinizi daha elastik və plastikalı edər və bu da doğuşda Sizə kömək edə bilər. Kalorisi az, bioloji enerjisi yüksək olan məhsullara üstünlük verin. Məsələn: meyvələr, qurudulmuş meyvələr, bal, tərəvəzlər, suda bişirilmiş sıyıqlar, cücərmiş dənli bitkilər, buğda cücərtisi, dəniz məhsulları, soya məhsulları, paxlalar, qoz, yağsız süd məhsullar, göyərti.
Bu dövrdə körpə ilə unsiyyətdə olmaq çox vacibdir. Öz körpənizi seyr etməkdən zövq alın, onunla fəxr edin. Körpə Sizi hiss edir və başa düşür. O, Sizin əhvalınızı hiss edir, ürək döyüntülərinizi, səsinizin titrəyişini eşidir. Onun sevinc və ya stres hormonu alması Sizdən və yenə də Sizdən asılıdır. Körpənizi səsləyin, lakin tələsdirməyin. O, dünyaya nə zaman gələcəyini hamıdan yaxşı bilir. Doğum 40 həfətədə baş verməlidir (38-42 həftə arasında ola bilər). Körpə doğulmağa hazır olduqda ananın orqanizmi xüsusi maddələr ifraz
etməyə başlayır. Bu maddələr doğuş mexanizmini işə salır. Bu tamaşanın ən kiçik iştirakçısının - körpənin həm fiziki, həm də psixoloji hazır olması vacibdır.
Dartılma məşğələlirini yerinə yetirməkdə davam edin, oynaq gimnastikası edin və sərbəstləşməyi öyrənin. Hamiləlik zamanı iki növ məşğələlər vacibdir: 1. ümumi inkişafetdirici - əzələ və digər toxumaları doğuşa hazırlayan; 2. aerob (tənəffüs) məşğələlər urək və tənəffüs fəaliyyətini möhkəmləndirən. 1-ci növ məşğələləri hamiləliyin sonuna qədər yerinə yetirməyiniz tövsiyyə olunur. Sona doğru tənəffüs məşğələlərinə üstünlük verin.
Tənəffüs məşğələlərindən istifadə etməklə özünüzə kömək edin. Bu məşğələlərə həmçinin açıq havada gəzintilər, üzmə, su prosedurları da daxildir. Sakit musigi dinləyin, gözəl təbiəti, ümumiyyətlə gözəllikləri seyr edin, rəssamlıq edin.
Emosional vəziyyətinizi analiz edin. Hansı sahədə hazırlıqsız olduğunuzu müəyyən etməyə çalışın. Sizə doğuş haqqında sevimli rəfiqələrinizin söylədiyi inanılmaz dəhşətli nağılları yaddan çıxarın, ancaq müsbət söhbətlərə qulaq verin. Özünüzü ancaq saf bulaq suyu ilə doldurmaq lazım olan qiymətli qədəh kimi təsəffür edin. Bütün cirkabı, mənfi halları özünüzdən uzaqlaşdırın, Siz çirkli vedrə deyilsiniz. Hər kəsi bağışlayın, qoy onlar da Sizi bağışlasın. Qadın doğuma saf, aydın, mənəvi təmiz olaraq daxil olmalıdır. Allah köməyiniz olsun!
Yadda saxlayın ki, doğuş zamanı kənar adam yoxdur. Həkiminizlə doğuşun gedişi, anesteziya variantları haqqında söhbət edin, onun nöqteyi-nəzərini öyrənin. Körpəni doğuşdan sonra nə zaman görəcəyinizi soruşun. Həkim də Sizin həm doğuşa həm də körpənizə məsuliyyətlə yanaşdığınızı hiss etsin.
Doğuş ev şəraitində olacaqsa, buna hazırlaşın və əvvəlcədən mama-ginekoloqla bütün təfsilatlar haqqında söhbət edin.
Indi ədəbiyyatda asan, sevinc dolu doğuşlar haqqında çox yazılır. Bu nağıl deyil. Əgər belə doğuş keçirmək istəyirsinizsə, məşğələlərə gedin və ana olmağa hazırlaşın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Brent markalı neft 44 dollara satılır
Nanəli şarlotta (foto resept)
Masa arxasında edə biləcəyiniz idman hərəkətləri
Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? - AÇIQLAMA
Qadın.Netlilərin evlilik təklifləri (Son)
İPad Air daha yaxşıdır
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
Özümə qavır seçerəm
Şifon donlar
Məşhur serialın aktyorları sevgili oldular
"Qara siyahı"ya 435 nəfər düşdü
Teymur Rəcəbov mübarizəni dayandırdı
Cinayət Məcəlləsində dəyişikliklər edildi
"Ustad" dərgisinin 27-ci sayı işıq üzü gördü!
Bir neçə rayonda qaz kəsiləcək
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Sabahın HAVAsı
“Azerspace”də yeni kanallar
"Sevinc" tortu (foto-resept)
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Hava haqqında - 17.08.2013
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
Müəllimlərlə bağlı yeni qaydalar
Kosmetikamızı özümüz hazırlayaq
Yaxşı evdar xanımsınızmı?
Ən bahalı və ən ucuz ixtisaslar
Qeyri-adi otellər
Sabah yay havası olacaq
Kartofdan hazırlanan börek (foto resept)
Dünyada ən bahalı 10 ev
Çingiz bu gün sonuncu oxuyacaq
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Emina artıq onunla yaşayacaq-FOTO
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu - VİDEO
Günün ulduz falı
Toyuğun dərisini yeməyin! ZİYANLARI
Bir gün internet olmazsa...
Sukerberqin sərvəti 23 milyard azaldı
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Koreyalılar koronavirusu əvvəlcədən PROQNOZLAŞDIRIBLAR
"Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir"
E vitaminindən çox istifadə sümük toxumasına ziyandır
Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
Ana piroqu (foto resept)
Tələbələrə uçan aparatlar veriləcək
Aspirinin bilinməyən faydası tapıldı
Yeni Təhsil nazirimiz kimdir? - DOSYE
- ŞƏRHLƏR