Bakıda hava
USD AZN
EUR AZN
09:30Xəyalə Murad Sabah;n;z xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41593

Daşıyıcı analıq

Daşıyıcı analıq anlayışı ölkəmizdə qanunla qadağan olmasına baxmayaraq xaricdə geniş şəkildə tətbiq olunmaqdadır. Daşıyıcı analıqda körpə sahibi olmaq istəyən ailələrin öz yumurta və sperma hüceyrələrini istifadə edirlər, ancaq körpə başqa bir qadının bətnində daşınır. Ananın hamiləliyə uyğun uşaqlığı olmadığı üçün (və ya uşaqlığı heç olmadığı üçün) cütlüklərin yumurta və sperma hüceyrələri döllənərək əldə edilən hamiləlik başqa bir qadının uşaqlığına nəql edilir. Bu hamiləliyi daşıyan və doğan qadına "daşıyıcı ana" deyilir. Burada körpə genetik olaraq öz ana və atasının genetikasını daşıyır, yəni onu sahiblənən valideynləri bioloji ana-atası olur. 

Nadir hallarda uşaqlığı olmayan qadının yumurta vermə tutumu olmadığı zaman daşıyıcı ana eyni zamanda "yumurta verən" ana da ola bilər. Bu vəziyyətdə daşıyıcı ana körpənin eyni zamanda bioloji anası da sayılır və bu zaman  körpəni sahiblənən ananın körpəylə genetik bağı olmur. Bu cür vəziyyətlərdə yumurta daşıyıcı anadan deyil, üçüncü bir qadından da (istəyə uyğun qohumlardan da) alına bilər. Amma  bu, nadir hallarda olur, ən çox rast gəlinən yuxarıda izah edilən ananın öz yumurtasının və başqasının bətnindən istifadə halıdır.

Daşıyıcı analıq

Kimlər daşıyıcı analıq üsuluna müraciət edir:

- Doğuşdan uşaqlığı olmayan qadınlar;

- Sonradan əməliyyat ilə uşaqlığı alınmış qadınlar;

- Uşaqlıq var, lakin uşaqlıq içərisinin hamiləliyə uyğun olmadığı hallar (Asherman sindromu kimi;)

- Təkrarlanan hamiləlik itkisi yaşanan bəzi hallarda;

- Ananın ciddi ürək və başqa xəstəliyi səbəbiylə hamilə qalmasının və doğum etməsinin həyati risk yaradacağı vəziyyətlərdə.

Daşıyıcı analıq bəzi ölkələrdə qadağan deyil. Hətta bəzi ölkələrdə çox məşhurdur və daşıyıcı analıq edərək pul qazanmağa çalışan qadınlar vardır. Bəzi ölkələrdə isə bu hadisənin gəlir mənbəyi olmasının qarşısını almaq üçün yalnız qohumlardan birinin daşıyıcı ana olmasına icazə verilir.

Daşıyıcı analıq tətbiqində iki alternativ vardır. Birincisi, əgər ailələrdən qadının yumurtası keyfiyyətlidirsə, yumurtasından istifadə edilə bilər. Əgər aybaşıdırsa, bu zaman xəstəliyin ikinci günündə hormon analizləri aparılır. Əgər xəstə müxtəlif səbəblərdən aybaşı olmursa, o zaman xəstə follikulyar fazada ikən hormon profili çıxardılır. Xəstədən əldə edilən yumurtalar yoldaşının sperması ilə birləşdirilir. Yaranan embrionları daşıması üçün daşıyıcı anaya köçürülür.

Digər bir alternativ belədir: əgər yumurtanın keyfiyyəti aşağıdırsa, o zaman gənc və sağlam, həmçinin fiziki xüsusiyyətləri sizə uyğun olan yumurta donoru tapılır və donordan əldə edilən yumurtalar kişinin sperması ilə döllənərək daşıyıcı anaya köçürülür.

Bütün hallarda daşıyıcı ana ilə müqaviləyə ehtiyac duyulur. Buna görə ixtisaslaşmış vəkillə əlaqə saxlanılır. Vəkilin hazırladığı müqavilə sizin hüquqlarınızı qorumaq üçün etibarlı olacaq. İlk mərhələdə sizə uyğun daşıyıcı ana tapılır. Daşıyıcı ana tapılandan və onunla razılığa gəlinəndən sonra müqavilə hazırlanır. Onun sayəsində körpənin bütün qanuni haqları sizə aid olur, daşıyıcı ana uyğun gəlməsi lazım olan şərtlərlə razılaşır və sizə oxumaq, imzalamaq üçün göndərilir. Siz də diqqətlə oxuyub imzaladıqdan sonra müalicə mərhələsinə keçilir.

Allah övladı olmayanların hər birinə bu şirin paydan qismət etsin... Amin! girl_ang

Səslərin sayı: 10
87
13262
Şərhlər
Offline
aygul,alizade
Mende suni mayalanmaya pis baxmiram tebii ki oz erinden oz qadininin bedenine daha basqa qadina yox.Ama size bir sey deyim Allah teala Zekeriyya eleyhisselama 90-yasinda ovlad verdi.Siz tesevvurunuze getirin onun qadinida o yaslarda idi.ama Allah onlara gec de olsa ,tibii cehetden mumkun olmasada onlara ovlad verdi.Dualarini ibadetlerinin behresini gorduler.Ye'ni Allah istese das ustunde gul bitirer.Teki Allahdan israrla isteyin.Allah neye ol dese o olar.
30 oktyabr 2013 09:11
Offline
hekim qiz
Ibrahimova Gulya,
he o duzdu.Duz deyirsiz. Amma men ozumden gotururem men sexsen etmeremmmm allah haram buyurubsa menede haramdi ozum haram seylerden qaciram indiye qederde haram seylerden uzaq durmusam mende ele sey olsa allah elemesin oldurselerde meni etmerem
29 oktyabr 2013 22:14
Offline
Ibrahimova Gulya♥S♥
hekim qiz,
duzduye ama onda dini terefe baxmirsan , cunki dini terefden fikirlewmeye ne vaxtin olur , ne de ki aglin iwlemir , onda ele bir zaman durur ve ani qerar verek razilawirsan ki teki ovlad sahibi olasa

hekim qiz,
bawimiza gelmeyene qeder qebul ede bilmirik , etmek istemirik baci ama Allah elemesinde gelsine, ama ne bilim dash
29 oktyabr 2013 21:36
Offline
hekim qiz
Ibrahimova Gulya,
men pis baxiram yeni heqiqeten eledide basqasindan olan usaq haramdida bayaq bir xanimimiz dediye kebin olmaya olmaya nameheremdi her hansi bir qadina amma o biri usul cox yaxsidi he bax o olar
29 oktyabr 2013 21:32
Offline
Ibrahimova Gulya♥S♥
garibe mamedova,
cooox sagooll canim menim give_ros

Aytac Mammedova,
hec kim istemez xanim ama ovlad hesreti mence cox cetin weydi, ona gore insan caresizlikden cox weye mecbur qala biler recourse
hekim qiz,
canim o da mayalanmadi, ele insanlarda varki o cur ovlad sahibi olurlar, mence indiki dovrumuzde bele weylere pis baxmaq lazim deyil
Nilufer Meherremova,
give_ros give_ros

Allah hec birimizi ovlad acisi sinagiyla sinamasin xanimlar, bele sinaga cekilen bacilarima Allah sebr < dozum versin, ovladi olmayanlar bu yollar hec de pis yol deyil, men ozumde pis yanawirdim bu movzuya ama ovlad sahibi olmaq isteyib ola bilmeyen xanimlarimizin yazdigini oxuyanda bu fikrimden dawindim, Allah elemesin eger menim ovladim olmasa men demiwem bu yolla elemesem de mutleq korpeler evinden uwaq goturub saxlayacam,cunki bu yollar gunah deyil, her kes arzulayirki evinden korpe sesi gelsin, gelin hec kimi qinamayaq, pis baxmayaq girl_ang
29 oktyabr 2013 21:28
Offline
Nilufer Meherremova
Meni bawa duwenler, chox sag olun. Allah ureyinize gore versin.
29 oktyabr 2013 21:01
Offline
Aytac Mammedova
Heç bir xanıma övladsız qalmağı arzulamazdım.Bizim qohumlarda 2 nəfərin 13 ildən sonra hamilə qalıblar,sağ əli olmayanların başına.Ama mən heç vaxt daşıyıcı olmazdım nədəki,öz övladımı başqa uşağı olmayana verməzdim
29 oktyabr 2013 20:24
Offline
meryem eliyeva
allah hec kesi hec bir evi ovladsiz qoymasin bunu bilmirem ama yeqinki cox cetin bir meseledir allah ozu komek olsun ovladi olmayanlara en xeyirli ve halal yoldan onlara ovlad payi versin amin
29 oktyabr 2013 19:52
Offline
Qəribə
Her zamanki kimi gozel xeber hazirlamisan.
29 oktyabr 2013 18:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
hekim qiz
menim fikirmice burda gunah sayilan bir sey yoxdu amma gunah baska kisinin spermatozoidi ile her hansi bir evli qadini yumurtahuceyresi mayalansa he bax o gunah sayilir amma oz heyatyoldasinin olarsa gunah deyilllllll
29 oktyabr 2013 18:30
Offline
Ibrahimova Gulya♥S♥
burda baxiram suni mayalanmani gunah sayirlar. her kes isteyerki qisa muddetde ovlad sahibi olsun. ama olmayandan sonra insan ovladi her yola el atir,biride men. siz gunah saya bilersiz, ama ovlad isteyib, ovlad sahibi olmamagin acisini belkede bilmirsiz.suda bogulan saman copunden yapiwan kimi, bizde her yolu yoxlayiriq. elbetdeki Allahin izni olmadan ovlad sahibi ola bilmerik. suni mayalanmadada Allah izin vermezse tutmur. bir meselide unutmayaq senden hereket menden bereket

yazdiqlariniz tamamile dogrudur, Allah inweAllah tezlikle size de ovlad qismet eder girl_ang

lala mamedova,
Amiiinnnn
29 oktyabr 2013 18:14
Offline
Nilufer Meherremova
burda baxiram suni mayalanmani gunah sayirlar. her kes isteyerki qisa muddetde ovlad sahibi olsun. ama olmayandan sonra insan ovladi her yola el atir,biride men. siz gunah saya bilersiz, ama ovlad isteyib, ovlad sahibi olmamagin acisini belkede bilmirsiz.suda bogulan saman copunden yapiwan kimi, bizde her yolu yoxlayiriq. elbetdeki Allahin izni olmadan ovlad sahibi ola bilmerik. suni mayalanmadada Allah izin vermezse tutmur. bir meselide unutmayaq senden hereket menden bereket
29 oktyabr 2013 18:09
Offline
lala mamedova
ALlah komek olsun bundan eziyyet ceken baci qardashlarimiza
29 oktyabr 2013 15:46
Offline
Ibrahimova Gulya♥S♥
Hacət-i Vuslat,
Cann baci give_hea

Almaz S.,
duzdu baci give_ros give_ros give_ros
29 oktyabr 2013 15:42
Offline
Almaz S.
Surroqat analar...Uşaq üçünə həsrət qalan insanların ən böyük sahibi övlad sahibi olmaqdır.Təbabət indi inkişaf edib,süni mayalanmadan da çoxu istifadə edir.Pis baxmıram(öz yoldaşından,bankdan yox)Allahın işinə qarışmaq deyil bu,onsuz da əgər Allah istəməsə yenə əmələ gəlməyəcək.Süni mayalanma da həmişə uğurlu olmur.Hamı təbii yolla övlad sahibi olmaq istəyir,əgər təbii yolla olmursa,insanların müxtəlif yollara əl atması çarəsizlikdəndir.
29 oktyabr 2013 15:10
Offline
Hacət-i Vuslat
narahat olmuyun xala dalawmirdiq sadece agli bawinda iki xanim sohbet edirdik

Uyhhş, qurban olaram sizi verənə, saytımızın şirin qızları kiss
29 oktyabr 2013 15:06
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aida M-ova
Onlinede olanlara baxirdim bir bacimin burda olub olmadigini gormekcun,bir profil var qaydalardan kenar sekili var
29 oktyabr 2013 15:01
Offline
Fatma xanım
agli bawinda iki xanim sohbet edirdik

mənim ağıllı balalarım kiss
29 oktyabr 2013 14:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ibrahimova Gulya♥S♥
Fatma xanım,
narahat olmuyun xala dalawmirdiq sadece agli bawinda iki xanim sohbet edirdik request
29 oktyabr 2013 14:43
Offline
ToRmEnTo
Men suni mayalanmanin da her terefli gunah oldugunu dusunurem.iki yolu var da suni mayalanmanin.ya oz erinden olur,ya da bankdan.iksi de gunahdir.1cisi Allahin isine qarisilmis kimi sayiram bu isi men,Allah istese bu mayalanmani senin orqanizminde yaradacaq da,istemirse demeli bir hikmeti var.2cisi ise bankdan hamile qalmaq ozu boyuk gunahdir.hansisa kisiden hamile qalirsan.o usaq da namehrem usaq sayilir.kebinsiz qurulmus bir ailenin usagi kimi.
29 oktyabr 2013 14:42
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

    1918-ci ildə 100 milyona yaxın insanın ölümünə səbəb olan “ispan qripi”nin də öhdəsindən gəlməyi bacaran Zanusso koronavirusa qalib gələn ən yaşlı insan hesab edilir.
  • İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu

    Allah şəfa versin görək necə olur axrımız
  • Zirəddin Rzayev koronavirusla bağlı danışdı - VİDEO

    O, bu müddət ərzində virusa yoluxan şəxslərin sayının da tədricən azalacağını qeyd edib.
  • Rusiya koronavirusdan ölənlərin sayını gizlədir?-VİDEO

    Lakin həmin vaxt onun arxasındakı ekranda 5389 yoluxan və 45 ölü barədə məlumat yazılıb.
  • Kartoflu çörək (video-resept)

    Şəkərbura içliyini qoyub bişrmək olar
  • Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO

    Hərracda adı mətbuata açıqlanmayan şəxs Maykl Ceksonun əlcəyini 104 031 dollara əldə edib.
  • İllərə görə ən çox qazanan filmlər (1971-2000)

    En gozel kinolar o vaxt cekilib ele
  • 07:06 - Müəllif: PeteridextDQ
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    график анализ беременных : когда сдавать анализы при беременности когда сдавать анализы при беременности График посещения врачей и сдачи анализов 26 недель
  • 03:14 - Müəllif: karinfakyTV
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Здравствуйте, открыли магазин по продаже техники за 40 процентов от цены! Кому интересно пишите мне. ?ли смотрите профиль @rabotadropom882
  • 23:40 - Müəllif: EugenejedJN
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Всем привет я встретила тут магазин по пряже домпряжи.рф В чем собственно мой вопрос: Хотела тут кое-что купить купить шерстяной плед Подскажите пожалуйста кто что знает об этом маказине ? ?м можно доверять? Кто где пряжу еще берет?
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )