Statistikaya görə artıq qadınların çoxu 30 yaşdan sonra hamilə olur. Avropa ölkələrində 4 qadından biri 35 yaşdan sonra hamiləliyə üstünlük verir. Buna səbəb maddi və mənəvi cəhətdən hələ də hazır olmamaları, hamiləlik üçün testlər, analizlər və müalicələrdir. Mütəxəsislər hesab edirlər ki, tibbin bu qədər inkişafı qadınlarda arxayınlıq yaradır. Onlar 30 yaşda belə asanlıqla ana ola biləcəkləri halda, hamiləliyi 30 yaşdan sonra düşünürlər. Bununla belə hər bir qadın 30 yaşdan sonra hamiləlikdə yarana biləcək fəsadlardan məlumatlı olmalıdırlar.
Əgər qadın sağlam həyat tərzi keçirirsə, keyfiyyətli qidalarla qidalanır, aktiv həyat tərzi sürür, zərərli vərdişlərdən uzaqdırsa, bu zaman 30 yaşlı qadın 20 yaşlı qadının keçirdiyi hamiləliyi yaşayacaq və asanlıqla körpəsini dünyaya gətirəcək. Bununla belə bu yaşın öz fəsadları da var. Məsələn, 30 yaşdan sonra döllənmə aşağı düşür və hər zaman hamiləlik baş tutmur. Hamilə olduğunu bilən hər bir qadın yaşından asılı olmayaraq həyəcan və qorxu keçirir. 30 yaşlı qadın mütləq ilk öncə hamiləlikdən əvvəl həkimə müraciət etməli, bir müddət müalicə almalıdır. Sonra isə uşağın sağlamlığı və inkişafı daim həkim nəzarətində olmalıdır. Mütamadi olaraq bütün yaranan problem və risklər həkim tərəfindən xüsusi sənədlərə qeyd edilir. Bir çox analar çox həyəcan keçirir və əsəbləşirlər. Düşünürlər ki, yaranan problemlər bütün hamiləlik boyu davam edəcək.
Əksinə sakit və şən olmalıdırlar ki, bu da körpəyə yaxşı təsir göstərir. Lakin ana olmağa hazırlaşan qadınlar əsəbləşməməli, həyəcan keçirməməlidirlər. Bu o demək deyil ki, indi olan problem bütün hamiləlik boyu davam edəcək. Həkim bunun olmaması üçün müxtəlif üsullarla və müalicələrlə həm ananın, həm də körpənin sağlamlığının qayğısına qalır.
30 yaşından sonra hamilə qadınlarda 2 koteqoriyda risk mümkündür. Potensial, yəni faktiki risk qadın sağlamlığının pozulması hər hansı xroniki formada olması göstərilir. Əgər qadın bu günə kimi heç bir xəstəlik və pis vərdişlər yaşamayıbsa, yenə də qorxmağa dəyməz.
Lakin qəbul etməliyik ki, yaşla əlaqədar olaraq bədənin immuniteti aşağı olur, bir çox qadınlarda qan təzyiqi artıq yaranır. Qan təzyiqi olan xanımlar isə hamiləliyi çox çətin keçirir. 30 yaşlı qadınlarda artıq çəki, şəkərli diabet və digər xroniki patologiya varsa, hamiləlik çox risklidir. Buna görə də mütləq həkim məsləhəti ilə hamiləlik davam etməli, mütamadi həkim nəzarətində olmalıdırlar. 90 faiz 30 yaşdan sonra qadınlar qeysəriyyə əməliyyatı ilə körpəsini dünyaya gətirmək məcburiyyətində olurlar. Buna səbəb yuxarıda qeyd etdiyimiz problemlərdir.
XƏBƏR LENTİ
Biskivitli rulo peçenye (foto resept)
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Dünyanın ən populyar smartfonu açıqlandı
Ayaqqabılar
NATO Rusiya ətrafında həlqəni daraldır
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz - 3
Yaz havası davam edəcək
Eminanın ayrılıq xəbərləri yayıldı
Facebook-da yenilik var
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
"Ayasofya" 86 ildən sonra ibadətə açıldı
Hər kəs bu toydan danışır!-FOTO
Tarkan qızı üçün mahnı yazdı-FOTO
"22-ci əsrin memarlığı"-FOTO
6 aya 142 kq arıqladı!-FOTO
20 il sonra anasını tapdı-ŞOK NƏTİCƏ
Ünsiyyət problemi: hər kəsə onu sevdiyini deyə bilməzsən...
İdman salonuna getmədən necə formada qalmalı?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Problem sənsən!
Ad günündə 10 nəfər koronavirusa yoluxdu: "Böyüdəcək heç nə yoxdur"
Hazal Kaya alış-veriş mərkəzində problem yaşadı - FOTO
Xoşbəxt olmağın 8 yolu
Günün qoroskopu:Bədxərclik etməyin!
Mehriban Əliyeva məzunları təbrik edib
Bu qidaları əsla yeməyin!
Server istehsalı artır
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi
Məktəblərdə namaz otaqları yaradılacaq
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Bakalavrların nəzərinə
Ermənilər Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər
Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər
Rusiya maşınlarının Azərbaycana yolu bağlanır
Ayaqların donması və tərləməsi
Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO
Qadın beyin əməliyyatı zamanı dolma hazırladı - VİDEO
Məktəblər nə vaxt açılacaq? - Nazir deputatlarla müzakirələr aparır
Zibillikdəki Xəzinələr Muzeyi
İranlı ekstrasensdən şok proqnoz
Bu ilin trendləri nə oldu?
150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək
On yaşlı qız hər kəsi heyrətləndirdi-FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Hava haqqında - 04.10.2013
Toyuq ciyərindən qəlyənaltı(foto resept)
Burak Özçivit doğulacaq körpəsindən danışdı-FOTO
Hava xəbərdarlığı - Bakıda çovğun olacaq
Gökhan Tepedən xoş paylaşım-FOTO
Ağ donu nə ilə geyinməli?
- ŞƏRHLƏR