Bakıda hava
USD AZN
EUR AZN
25 yanvar 14:04aysel hesenli Yasamala yağdı da suluydu
41350

Rahat doğuş üçün nəfəs məşqləri

Rahat doğuş üçün nəfəs məşqləri
Hamiləlik zamanı nəfəs çatışmazlığı ən çox rast gəlinən narahatlıqlardan biridir. Bu dövrdə aylar keçdikcə uşaqlığın böyüməsi ilə əlaqədar olaraq qarın və döş boşluqlarını ayıran diafraqma əzələsi yuxarıya doğru qalxır və döş boşluğu sıxılır. Buna görə də hamilələrin bir çoxu yeridikdə, hətta oturduğu yerdə də təngnəfəs olurlar. Hamiləlikdə nəfəs məşqlərinin əhəmiyyəti tam bu nöqtədə özünü göstərir.
Hamiləlik dövründə edilən nəfəs məşqlərinin faydalarına baxaq.
Nəfəs məşqləri kürək ağrılarını azaldır. Hamiləlik zamanı uşaqlığın böyüməsi və bədən ağırlığının artması ilə əlaqədar olaraq bədənin forması da dəyişir. Belə dəyişiklik bel və kürək ağrılarına səbəb olar.
Rahat doğuş üçün nəfəs məşqləri
Buna görə də hamiləlik zamanı ortaya çıxan narahatlıqları aradan qaldırmaq, kürək ağrılarını azaltmaq, doğuş əsnasında lazım olan nəfəs alıb-vermə qaydasını öyrənmək, qarın əzələlərinin elastiklik və qüvvətini artırmaq, psixoloji olaraq doğuşa hazırlaşmaq və doğuşu asanlaşdırmaq məqsədilə məşq edilməlidir.
Rahat doğuş üçün nəfəs məşqləri
Məşqlərə hamiləliyin 3-cü ayından başlanmalıdır. İlk üç aydan sonra nəfəs alma-vermə proqramına başlanır. Bu məşqlər gündə bir dəfə olmaqla doğuşa qədər davam etməlidir.
Hər qadın psixoloji və fiziki baxımdan fərqlidir. Buna görə də hər bir hamilə qadın fizioterapevt tərəfindən müayinə edilməli və onun üçün xüsusi məşq proqramı hazırlanmalıdır.
Doğuşdan əvvəl edilən məşqlər tənəffüs məşqləri, dərin qarın tənəffüsü, dərin döş tənəffüsü, qırtlaq tənəffüsü, kürək və bel ağrılarını azaltmaq üçün edilən rahatlama məşqləridir.
Rahat doğuş üçün nəfəs məşqləri
Nəfəs məşqləri hamiləlik zamanı meydana gələ biləcək bel ağrısı, qəbizlik, ayaqlarda şişkinlik problemlərini ən az səviyyəyə endirir. Hamiləlik zamanı inkişaf edə biləcək şəkər xəstəliyindən qoruyur. Hamilələrin duruşunu düzəldir. Mənəvi olaraq hamilələri analığa hazırlaylr və onlarda olan doğum qorxusunu azaldır. Gərginliyi və stresi azaldır. Əzələ gücünü, elastikliyi və dözümlülüyü artırır. Ana namizədinin enerjisini artırır, tarazlığını qoruyaraq yıxılmaq riskini azaldır. Tənəffüs məşqləri hamiləlik müddətində ana namizədini fiziki və psixoloji olaraq rahatlaşdırır. Xüsusilə də doğuş başladığı zaman ananın sakit olmasını təmin edərək stressiz bir doğuşun həyata keçməyinə kömək edir.
Səslərin sayı: 3
20
5033
Şərhlər
Offline
2 iyun 2014 17:03
Offline
♥NiLuFeR♥
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm give_ros
27 may 2014 15:13
Offline
Deniz N-va
Tesekkurler canim maraqli melumatdirr love
27 may 2014 12:52
Offline
. : . Sonta_Xatun . : .
mence cox vacib xeberdir bu

seva aliyeva,
Allah sene guc quvvet versin
23 may 2014 11:21
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Arzu
Amin amin 1000 defe amin.mende 9cu aydayam hele vaxtima var ama cooox qorxuraam girl_cray ilk hamileliyimdi deye agrilari tesevvur ede bilmirem hami dad qilir ama mama deyir qorxma haminin bawina gelir hekimin dediklerine emel eliyim. Allah butun hamilelere komek elesin
23 may 2014 11:15
Offline
seva aliyeva
Mende hamileyem 9ayin icindedi cox qorxuram girl_cray allah hamiya komek olsun mende icinde
5 may 2014 11:29
Offline
Qedirova Mətanət
Maraqlidir təşəkkür
2 may 2014 22:09
Offline
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
Allah olmayanlara qismet etsin amin
2 may 2014 11:56
Offline
AFET
Hamileler ucun faydali xeberdi tesekkurler.
1 may 2014 09:09
Offline
Qəribə
ALLAH ana olacaq xanımlarımıza yar olsun Amin.

Xəbərə görə təşəkkürlər,bacı. give_ros
29 aprel 2014 22:03
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xedice Aliyeva
Çox yaxşi xeberdi girl_cray nefes meşqlerin xeyri var iş orasindadi ki, hemen vaxti nefes, yada duşmur unknownteşekkuler
29 aprel 2014 18:37
Offline
♥NiLuFeR♥
Men bele mesqlerin dogusu asanlasdirdigini dusunmurem.Cunki men de vaxt ile etmisem hec de asan olmayib.

Xanım siz yəqin düzgün etməmisiniz məşqləri sad
29 aprel 2014 18:06
Offline
Nigar
Allah arzusunda olan her kese qismet etsin amin hamilelerde sag salamat evladlarin dunyaya getirsin amin
GulenaY,
Amin inwAllah
29 aprel 2014 17:57
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ayan 95
Maraqlidir mende hamileyem allah butun darda olanlara komek olsun!
29 aprel 2014 17:56
Offline
GulenaY
ALlah olmayanla qismet elesin,ushaq gozleyenler ise sag salamat
29 aprel 2014 17:41
Offline
איסון ממדוב.
Allah tala tum saytimizin xanimlarina bu xeberdeki xanimlarin ton tonluqundan qismet etsin insallah amin Allah
29 aprel 2014 16:15
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ruhəngiz
ALLAH ana olacaq xanımlarımıza yar olsun Amin.
Xəbərə görə təşəkkürlər,bacı.
29 aprel 2014 15:50
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Seninle Bir Omur
Men bele mesqlerin dogusu asanlasdirdigini dusunmurem.Cunki men de vaxt ile etmisem hec de asan olmayib. recourse
29 aprel 2014 15:31
Offline
Ceylan Mumoğlu
Nəfəs məşqləri normal doğuş üçün vacibdir. Ümumiyyətlə, hamiləlikdə yüngül idmanlar etməkdə fayda var.
29 aprel 2014 14:50
Offline
Gunel GE
Çox yaxsi xeberdi,mende hamileyem,bunlari bilmek faydalidi,
29 aprel 2014 14:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )