Hamilələri ən çox maraqlanılan 8 suala xəbərimizdə cavab tapacaqsınız.
1. Ultrasəs uşaq üçün zərərlidirmi?
Mütəxəssislər ultrasəsin uşaqlar üçün yüz faiz zərərsiz olduğunu iddia etmir. Bu üsul körpəni seyr etmək üçün bir nümayişə çevrilməməli, əksinə, yalnız inkişafını izləmək üçün istifadə edilməlidir. Problemsiz keçən bir hamiləlikdə üç dəfə əhatəli ultrasəs müayinəsi edilir. Bunlar 9-12həftə, 19-22 həftə və 29–32 həftə arasında edilə bilər.
2. Avtomobillə səfərdə olarkən nələrə diqqət yetirilməlidir?
Uzun sürən səfərlərdə tez-tez fasilə verməyə çalışın. Ayaq yoluna hər ehtiyacınız olanda gedin. Qollarınızı və qıçlarınızı fasilələr zamanı hərəkət etdirin. Ən yaxşısı qısa bir gəzinti etməkdir. Kifayət miqdarda maye götürməyə cəhd göstərin. Təhlükəsizlik kəmərinin alt hissəsi qarnınızın alt qisimini qucaqlamalıdır. Beləcə ola biləcək bir qəza anında qarnınız təzyiq görməmiş olar. Körpə üçün narahat olmağınıza ehtiyac yoxdur. Çünki plasenta (cift) ona lazım olan qorumanı təmin edəcək.
3. Hansı qidalar yeyilməlidir?
Xüsusilə toksoplazmanı artıran yeməklərdən az yeməli və ya menyudan umumiyyətlə çıxarılmalıdır. Bunların başında çiy qırmızı ət (çiy köftə), çiy yumurta və çiy süd məhsulları gəlir. Hər hamilənin fərdi vəziyyətindən qaynaqlanan fərqlilikləri vardır. Buna görə də həkiminizlə hansı qidaları yeyə biləcəyinizi və hansılarından imtina etmək məcburiyyətində olduğunuzu mütləq məsləhətləşin.
4. Hansı narahatlıqlarla qarşılaşa bilərəm?
Hormonlarınızın dəyişməsi bədəninizdə bəzi fərqliliklərə yol aça bilər. Bunlardan başda gələnlər:
Yorğunluq: Progesteron uşaqlığı rahatlaşdırarkən, eyni zamanda yorğunluğa da səbəb ola bilər. Bu səbəblə xüsusilə hamiləliyin ilk ayları özünüzü tez-tez yorğun hiss edə bilərsiniz. Ən yaxşı həll isə istirahət etmək və yatmaqdır.
Mədə yanması: Hamiləliyin son aylarında körpə mədəyə təzyiq edir. Buna görə də mədə turşusu yüksəlir və ağızınızda acı dad əmələ gəlir. Belə vəziyyətdə su, ya da süd içə bilərsiniz. Qəhvə və şəkərli qidalardan uzaq durun.
Qəbizlik: Ən asan çarəsi təbii qidalardadır. Kəpəkli və ya bağırsaqlarınızı işlədəcək qidalardan istifadə edin. Çoxlu maye qəbul edin və hərəkət edin.
Tez-tez sidiyə çıxma: Ətrafınızda olan bütün ümumi ayaqyoluları əzbərləyibsinizsə, bu vəziyyətə məəttəl qalmayın. Qan dövranı sistemindəki sürətlənmə böyrəklərə də əks olunduğundan ehtiyac aradan qaldırma sayınız artacaq. Körpənin təzyiqinin də təsiri var. Vəziyyət sizə sıxıcı gəlsə də hər hansı bir zərəri yoxdur.
Ürəkbulanma: Hormonların dəyişməsilə əlaqədar ürək bulanma da ola bilər. Əsasən səhərlər qarşılaşacağınız bu narahatlıq gün boyu davam etməz. Yüngül keçirmək üçün mümkün olduqca dərhal yataqdan qalxmayın.
5. İki nəfərin yeməyini yeməliyəmmi?
Hamiləlik müddətində 6-20 kilo artmaq normal sayıla bilər. Doqquz ay müddətində enerji ehtiyacınız çox yüksək olacaq. İlk üç ayda gündə 2400 kalori sizin üçün kafi olacaq. Onsuz da bir hamilənin bu qədər kalori istifadə etməsinə icazə var. İkinci üç ayda gündə 2600, son üç ayda isə gündə 2800 kalori qəbul edə bilərsiniz. Bədəninizin bu dövrdə yüksək miqdarda vitamin və minerala ehtiyacı var. Kalsium (gündə yarım litr süd, süd məhsulları) körpənin sümük və diş çıxması üçün çox əhəmiyyətlidir. Dəmir (qırmızı ət, kəpəkli çörək, yaşıl tərəvəzlər) qanın artmasına kömək edir. Vitaminlər (meyvə, tərəvəz, kəpəkli və südlü məhsullar) dövranı hərəkətə gətirir. Şirin su balığı və yodlu duz yod əskikliyini aradan qaldırar.
6. Çatlar mütləq əmələ gəlməlidir?
Bu, dərinizin quruluşuna bağlıdır. Amma qadınların 70 %-dən çoxu hamiləlikdə çatlarla qarşılaşır. Buna görə narahat olmayın, çünki qarnın diametri 50-60 sm-ə qədər böyüyür və bu vəziyyət dəriniz üçün ağır bir yükə çevrilir. Liflərin maksimum dartılması lazımdır və dəriniz zəifdirsə, cırıla bilər. Çatlaqların rəngi hamiləlikdən sonra tündləşsə də izləri həmişə qalır. Hamiləliyin 18-ci həftəsindən etibarən qarnınıza buğda əsaslı yağlarla masaj etmək sizə kömək edə bilər.
7. İlk dəfə nə vaxt hərəkət edəcək?
Hamiləliyin bəlkə də ən həyəcanlı anı körpənizin ilk təpiyini atmasıdır. İlk hamiləlikdə ümumiyyətlə 20-ci həftədə ilk hərəkətlər hiss edilə bilər. Təcrübəli analar və əkiz gözləyənlər 18-ci həftədən etibarən həyəcanlanmağa başlaya bilərlər.
8. Doğuşun başladığını necə bilərəm?
Əlamətlərdən biri sancıların başlaması və ya suyun gəlməsidir. Belə vəziyyətdə dərhal xəstəxanaya müraciət edin. Bəzi qadınlarda günlər öncədən axıntı başlayır. Bəzilərində narahatlıq və ya ishal görünür.
Allah bütün hamilələri dardan qurtarsın inşaAllah...
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Türkəçarə, yoxsa başa bəla?
Gül rənglərinin mənaları
Romatizmal xəstəliklər
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ailə tərbiyəsi necə olmalıdır?
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 1227 yeni yoluxma
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Yeməklərinizi rəngləndirin
Serdar Ortaç boşanır?
Facebook-da yeni qadağadan xəbəriniz var?
Bakıda bu marşrut kart sisteminə keçdi
Chrome yeniləndi
Unutduğumuz 10 həqiqət
"Eurovision"un püşkatması keçirildi - Azərbaycan neçəncidir?
Kişilər üçün ondan yaxşısı?
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sizin həyat tərziniz (Test)
Qalib idmançılarımıza daha 50 min
Cənnətin ən yüksək zirvəsi
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
Conni Depp Sofi adlı modellə sevgilidir
"Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar"
"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Ebru Şallıdan 10 mükəmməl maska təklifi
Siqaret çəkən və çəkməyən anaların uşaqları arasındakı fərq
İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO
Paşinyan Qarabağdan əlini üzdü
Məktəbimiz həmin gecə 13 şəhid verdi - Azərin
Leyla Yunusun apellyasiya şikayəti təmin edilmədi
Özcan Dəniz keçmiş xanımı ilə BARIŞDI-FOTO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
Manatın məzənnəsi
Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Zamanı az olan analara idman hərəkətləri
Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Parisin nudist restoranı bağlandı-SƏBƏB
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
"Facebook" istifadəçilərinə şad xəbər
Bakı dumana bürünəcək
Üzüklər
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
Qara rəngli donlar (2)
Bakıdan İrəvana sərt cavab
- ŞƏRHLƏR