Bakıda hava
USD AZN
EUR AZN

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlik nə deməkdir?

Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıqdan kənar orqanda olması anlamına  gəlir. Adətən bu, uşaqlıq borularında olur, amma yumurtalıqda və qarın boşluğunda da olması mümkündür.

Uşaqlıqdan kanar hamiləlik necə baş verir ?

 Qadın yumurta hüceyrəsi  və kişi spermasının mayalanması nəticəsində hamiləlik baş verir. Bu mayalanma sonrası əmələ gələn hüceyrə qrupu ''rüşeym'' və ya ''embrion'' adlanır. Mayalanma uşaqlıq borularında baş verdikdən sonra bu rüşeym uşaqlığa doğru hərəkət edir və orda qalır, inkişaf edir. 

Uşaqlıqdan kənar hamiləlikdə mayalanma baş verir. Ancaq əmələ gələn rüşeym uşaqlığa doğru hərəkət etmir. Uşaqlıq boynunda, uşaqlıq borularında, yumurtalıqlarda və ya qarın boşluğunda qala bilər və burda böyüməyə başlayır.

 Çox vaxt isə xarici hamiləlik uşaqlıq borularında baş verir. Burda rüşeym böyüməyə başlayır. Bu da xəstələrdə ağrı və qanama problemlərinə yol açır.
Bəzi qadınlarda xarici hamiləlik görülmə riski digər qadınlara nisbətən yüksəkdir.

Uşaqlıqdan kənar hamiləlik

Hansı qadınlarda bu risk ortaya çıxar?

- Daha öncə infeksiya və ya əməliyyat səbəbindən zərər görmüş uşaqlıq boruları.
- Daha əvvəl xarici hamiləlik problemi olan xəstə
- Sonsuzluq səbəbindən müalicə almış xəstələr
- Siqaret çəkmək
Spiralı ayrı qeyd etmək istəyirəm.
Spiral ümumiyyətlə qadınlarda hamiləlik şansını azaldır. Ancaq spiralı olan qadında hamiləlik baş verərsə, bu hamiləliyin xarici hamiləlik olma riski daha yüksəkdir.

Uşaqlıqdan kənar hamiləlik özünü hansı əlamətlər ilə göstərir?

- Qarnın alt bölgəsində ağrı;
- Vajinal qanaxma.
Erkən diaqnoz qoyulmayan xəstələrdə rüşeym böyüməsi uşaqlıq borusunun partlamasına, cırılmasına gətirib çıxara bilər. Bu xəstələrdə daxili qanaxmayla bağlı simptomlar görülə bilər:
- Şiddətli qarın ağrısı;
- Şiddətli vajinal qanama;
- Daxili qanaxmayla bağlı təzyigin düşməsi, döyüntü, tərləmə, baş dönməsi.
Ginekologiyada qarın ağrısı, vajinal qanama, aybaşıda gecikmə kimi bu 3 simptom olan xəstəyə xarici hamiləlik şübhəsiylə baxılmaqdadır. Əgərr diaqnoz qoyula bilmirsə, ancaq hələ də xarici hamiləlik şübhəsi varsa, belə xəstələrə 24-48 saat sonra ultrasəs müayinəsi və qanda hamiləlik analizi vacib duyula biler.

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlik necə müalicə edilir?

1) Tibbi müalicə və ya dərman müalicəsi - burda istifadə edilən dərman rüşeymin böyüməsini dayandırır və rüşeymin müəyyən bir zaman içində yox olmasına səbəb olur. Bu müalicə şəkli seçildiyi zaman xəstələrimiz müəyyən zaman sıxlığında qan analizləri üçün yönləndirilir.
2) Cərrahi müalicə - açıq və ya laparaskopik əməliyyatla rüşeymin götürülməsi. Bu əməliyatda həkiminiz əgər ehtiyac duyarsa, uşaqlıq borusunun götürülməsinə də qərar verə bilər.

Uşaqlıqdan kənar hamiləlik

Bu iki müalicənin hansı xəstələrə təyin edəcəyimizi nəyin əsasında qərar veririk?

- Rüşeymin böyüklüyü
- Xəstənin ümumi dinamikası (məsələ daxili qanaxma olan xəstədə, əlbəttə, cərrahi müdaxiləyə üstünlük verilir).
Bir çox hallarda xəstələrdə belə suallar yaranır. "Əvvəl uşaqlıqdan kənar hamiləlik oldu, borumun birini götürdülər, yenə hamilə qala bilərəmmi və ya yenə də hamiləlik olacaq?" Bəli, 
tək boru ilə yenə də hamilə qala bilərsiniz. Sonrakı hamiləliyiniz normal da ola bilər. 

Səslərin sayı: 6
39
62798
Şərhlər
Offline
Rzayeva Guler
Ilk defedi bele bir sey esidirem cox Maraqli idi
13 aprel 2014 15:12
Offline
mh
Salam, men ilyarimdan cox mualice aliram.turbalari yoxlatdiranda mene izvilisti oldugunu dedi hekim.ozume qalmaga meslehet gormedi.ancaq eko.ekoya hazirlasirdiq. iki gundur test musbet gosterir.indi meni narahatliq goturub. boru hamileliyi ola biler mende? onun qarsisini necese almaq mumkundurmu.ve bir de endometriya mende 6mm hal hazirda.yeni ne derecede sansim var? tesekkurler..
25 mart 2014 16:59
Offline
Dr Elvin Əli
Sebishka Heyderli,
tesekkkur ,cerrahin suallariniz varsa buyurun
21 yanvar 2014 00:32
Offline
Sebishka Heyderli
maraqli melumat idi cox sagolun winked herkesin bilmeyi lazim olan bir problemdir
20 yanvar 2014 20:41
Offline
.
Allah hamiya komek olsun icinde de mene Amin!
20 yanvar 2014 18:09
Offline
AYGUN_1981.
LaLe Camalova,
Zor yazmisane_____ ama ela sheydi spiral mocking
19 yanvar 2014 21:28
Offline
Ayka Nəcəf
men birinci defe idi bele xeber esidirem.
19 yanvar 2014 14:57
Offline
Dr Elvin Əli
suallariniz varsa buyurun
19 yanvar 2014 10:40
Offline
Dr Elvin Əli
irane,
buyurun

gorunduyu kimi qadinlarimizin bir cox bu problemle rastlasmisdir, butun qadinlar bunun bilmelidirki eyer hamile olma ehtimliniz ve ya subheniz yaranibsa usm olunun,problemleriniz heyati tehluke heddine catmadan xeberdar olun ve aradan qaldirin
18 yanvar 2014 16:26
Offline
irane
cox tesekkurler
18 yanvar 2014 16:20
Offline
Dr Elvin Əli
irane,
eyer her iki boru gotrulubse hamile qalmasi mumkun deyil,eyer bir boru qalibsa o zaman hamile qalmasi mumkundur
18 yanvar 2014 16:18
Offline
LƏMAN BAYRAMOVA
Mən də sentyabr ayında uşaqlıqdan kənar hamiləlikdəm əməliyyat olundum. Əvvəlləe eşitmişdim amma nə olduğunu dəqiq bilmirdim. Həkim əməliyyat həm də təcili deyəndə şoka düşdüm. Əməliyyatdan hər zaman qaçmışam. Həmma əməliyyata girməmmək üçün 9 ayında qarnımda ölmüş balamı belə özüm dünyaya gətirmişdim. Amma yenə də gəldi tapdı məni. Allah qorusun, ağrıları dəhşətdir. Əməliyyatdansa elə əvvəldən zəhləm gedirdi. Bir də həkim yazınızda risk qrupuna girən qadınları qeyd etdiyiniz üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bundan sonra daha diqqətli olmağa çalışaram.
18 yanvar 2014 16:18
Offline
hekim qiz
Op Dr Elvin Əli,
cox saqolun cox olsun ki neyse orgenim.
18 yanvar 2014 13:11
Offline
Zehra.
HƏLƏ BİZ ÇOX ŞEY GÖRƏCİK.
18 yanvar 2014 10:38
Offline
Dr Elvin Əli
axsaminiz xeyir uzvlerimizin,bu gun emeliyyatlarim oldugu ucun bura girib sualarinizi cavablandirmaq imkani olmadi,amma suallariniz vaxt olduqca cavablandiracam,butun rey yazan xanimlarimiza tesekkur edirem
18 yanvar 2014 00:44
Offline
Dr Elvin Əli
Happiness-lady,
tesekkur xanim,buyurun,yazilarimiz davmli olacaq
hekim qiz,
tesekkur xanim,buyurun,yazilarimiz davmli olacaq
Farida-Asadova,
cox sag ol deymez
17 yanvar 2014 22:44
Offline
BIBIXANIM
SAG OL DOXDUR DEYERLI XEBER IDI yes
17 yanvar 2014 22:12
Offline
AFET
Çox sağolun ettaflı melumat üçün.
17 yanvar 2014 21:40
Offline
AY İŞIĞI
Xeber ucun tesekkur.menim sol yumurtaliq ve borumu emeliyat vaditesile cixartdilar.dermoid kista var idi.sag borum aciqdi amma spiralvaridi.men cox qorxuramki hamile qalsam boruda qalar birden.
17 yanvar 2014 21:30
Offline
Aysel İ.
Çox dəyərli məlumatlarla bizi məlumatlandırırsınız. Sayənizdə savadsız həkimlərlə mübarizə aparmağa gücümüz, savadımız olur. Təşəkkür edirəm həkim.
17 yanvar 2014 21:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!