Bakıda hava
USD AZN
EUR AZN
07:15Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41447

Daşıyıcı analıq

Daşıyıcı analıq anlayışı ölkəmizdə qanunla qadağan olmasına baxmayaraq xaricdə geniş şəkildə tətbiq olunmaqdadır. Daşıyıcı analıqda körpə sahibi olmaq istəyən ailələrin öz yumurta və sperma hüceyrələrini istifadə edirlər, ancaq körpə başqa bir qadının bətnində daşınır. Ananın hamiləliyə uyğun uşaqlığı olmadığı üçün (və ya uşaqlığı heç olmadığı üçün) cütlüklərin yumurta və sperma hüceyrələri döllənərək əldə edilən hamiləlik başqa bir qadının uşaqlığına nəql edilir. Bu hamiləliyi daşıyan və doğan qadına "daşıyıcı ana" deyilir. Burada körpə genetik olaraq öz ana və atasının genetikasını daşıyır, yəni onu sahiblənən valideynləri bioloji ana-atası olur. 

Nadir hallarda uşaqlığı olmayan qadının yumurta vermə tutumu olmadığı zaman daşıyıcı ana eyni zamanda "yumurta verən" ana da ola bilər. Bu vəziyyətdə daşıyıcı ana körpənin eyni zamanda bioloji anası da sayılır və bu zaman  körpəni sahiblənən ananın körpəylə genetik bağı olmur. Bu cür vəziyyətlərdə yumurta daşıyıcı anadan deyil, üçüncü bir qadından da (istəyə uyğun qohumlardan da) alına bilər. Amma  bu, nadir hallarda olur, ən çox rast gəlinən yuxarıda izah edilən ananın öz yumurtasının və başqasının bətnindən istifadə halıdır.

Daşıyıcı analıq

Kimlər daşıyıcı analıq üsuluna müraciət edir:

- Doğuşdan uşaqlığı olmayan qadınlar;

- Sonradan əməliyyat ilə uşaqlığı alınmış qadınlar;

- Uşaqlıq var, lakin uşaqlıq içərisinin hamiləliyə uyğun olmadığı hallar (Asherman sindromu kimi;)

- Təkrarlanan hamiləlik itkisi yaşanan bəzi hallarda;

- Ananın ciddi ürək və başqa xəstəliyi səbəbiylə hamilə qalmasının və doğum etməsinin həyati risk yaradacağı vəziyyətlərdə.

Daşıyıcı analıq bəzi ölkələrdə qadağan deyil. Hətta bəzi ölkələrdə çox məşhurdur və daşıyıcı analıq edərək pul qazanmağa çalışan qadınlar vardır. Bəzi ölkələrdə isə bu hadisənin gəlir mənbəyi olmasının qarşısını almaq üçün yalnız qohumlardan birinin daşıyıcı ana olmasına icazə verilir.

Daşıyıcı analıq tətbiqində iki alternativ vardır. Birincisi, əgər ailələrdən qadının yumurtası keyfiyyətlidirsə, yumurtasından istifadə edilə bilər. Əgər aybaşıdırsa, bu zaman xəstəliyin ikinci günündə hormon analizləri aparılır. Əgər xəstə müxtəlif səbəblərdən aybaşı olmursa, o zaman xəstə follikulyar fazada ikən hormon profili çıxardılır. Xəstədən əldə edilən yumurtalar yoldaşının sperması ilə birləşdirilir. Yaranan embrionları daşıması üçün daşıyıcı anaya köçürülür.

Digər bir alternativ belədir: əgər yumurtanın keyfiyyəti aşağıdırsa, o zaman gənc və sağlam, həmçinin fiziki xüsusiyyətləri sizə uyğun olan yumurta donoru tapılır və donordan əldə edilən yumurtalar kişinin sperması ilə döllənərək daşıyıcı anaya köçürülür.

Bütün hallarda daşıyıcı ana ilə müqaviləyə ehtiyac duyulur. Buna görə ixtisaslaşmış vəkillə əlaqə saxlanılır. Vəkilin hazırladığı müqavilə sizin hüquqlarınızı qorumaq üçün etibarlı olacaq. İlk mərhələdə sizə uyğun daşıyıcı ana tapılır. Daşıyıcı ana tapılandan və onunla razılığa gəlinəndən sonra müqavilə hazırlanır. Onun sayəsində körpənin bütün qanuni haqları sizə aid olur, daşıyıcı ana uyğun gəlməsi lazım olan şərtlərlə razılaşır və sizə oxumaq, imzalamaq üçün göndərilir. Siz də diqqətlə oxuyub imzaladıqdan sonra müalicə mərhələsinə keçilir.

Allah övladı olmayanların hər birinə bu şirin paydan qismət etsin... Amin! girl_ang

Səslərin sayı: 10
87
13184
Şərhlər
Offline
Ilahe A-va
ALLAH bilen meslehetdi olsada olmasada xeyirlisi ALLAHdan onnansa uwaq evinnen uwaq goturub baxmaq savabdi ALLAH xeyirlisiyle uwaq qismet etsin amin ALLAH
1 may 2014 21:44
Offline
♥NiLuFeR♥
ALLAH HAMİYA KOMƏK OLSUN
30 dekabr 2013 20:39
Offline
Nigar
Allah her kesin ozune qismet etsin evlad sahibi olmagi amin bele etmek duzgun deyil xebere gore cox sagolun
10 noyabr 2013 15:44
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ibrahimova Gulya♥S♥
 ๑۩ ˙● KapRiz Kaa˙●๑۩ ,
Nergiz Aliyeva,
ANGELICKA,
give_ros give_ros give_ros
10 noyabr 2013 15:38
Offline
NotAlone (niwanli)
Ovlad hesreti cox pis weydi,Allah hec bir valideyni ovladla sinaga cekmesin.
Dawiyici analigin da ki terefdari deyilem.Insan 9 ay qarninda gezdirdiyi,oz dogma ovladini nece qiyar? sorry
10 noyabr 2013 05:47
Offline
Nergiz
Allah hec kesi bele sinaga cekmesin,hec vaxtda etmerem demeyin,cunki belke vaxti ile etmerem deyenler bu gun bunlari yawayir,ALLAH ovlad isteyenlerin her birine ovlad nesib etsin,AMIN!Qaldiki dawiyici anaya pis baxmiram,en azindan bir aile ovlad hesretinde olmaz.twk
10 noyabr 2013 01:07
Offline
S
her kesenin oz evladi olsun qaninan caninan bawqalarini neyinese ehtiyclari olmasin hemde bele birwey neye lazim
8 noyabr 2013 22:55
Offline
hekim qiz
Nilufer Meherremova,
gelsede basima elemiyecem ele bir sey haramdisa dinnde menede haramdi bu is
5 noyabr 2013 20:10
Offline
Ibrahimova Gulya♥S♥
allah herkese komek olsun

Aminnnnn
5 noyabr 2013 19:58
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
men pis baxmiram amma qebul ede bilmerem bunu..allah herkese komek olsun
5 noyabr 2013 10:13
Offline
Nilufer Meherremova
hekim qiz,
hekim qiz,
Ele demeyin, bawina gelmeyen bilmez.
30 oktyabr 2013 18:50
Offline
Hacət-i Vuslat
men pis baxiram gunahdiiiiiiiiiiii usaq basqasindandi oz erinden deyil uzur isteyirem er ve arvadda evli olanda onlarinda yumurtahuceyresi spermatozoid ile mayalanir ne ferq var basqasin dan olan spermatozoidde basqa qadinla mayalanirda menim fikirmce dinnde de gunahdi

Tam razıyam sizinlə, öz ərindən başqasının sperması ilə mayalanan uşaq zinadan olmuş sayılır, günahdır.

Xəbərin mövzusu sadəcə SÜNİ MAYLANMA deyil əziz xanımlar. DAŞIYICI ANALIQDA da süni mayalanma istifadə olunur, amma fərq odur ki, Daşıyıcı analıqda ər-arvadın öz cinsi hüceyrələri mayalandırılaraq 3-cü insana (2-ci qadına) köçürülür-bu zaman daşıyıcı ana ilə uşaq arasında heç bir genetik bağlılıq olmur. Adi süni mayalanmada da ər-arvadın öz cinsi hüceyrələri mayalandırılaraq arvada köçürülür. Qaldı halallığa-1)daşıyıcı ana kişiyə kəbinlə halal olmalıdır. 2) adi süni mayalnmadırsa yalnız və yalnız kişinin valeynlərin öz hüceyrələri istifadə olunmalıdır. - başqa qadına kəbin kəsdirib onun yumurta hüceyrəsindən istifadə etmək olarmı olmazmı- nə dərəcədə qəbul olunandır hər kəsin özünə qalmış, amma məncə gələcəkdə problemlər yarana biləcəyi üçün edilməməsi yaxşıdır- olmursa olmur da. hökmən deyil ki, dünyada hər kəsin hər şeyi olsun. Keçid dünyada yaşayırıq və başqa şeylər də daxil olmaqla evlad da sadəcə dünya zövgüdür, aldadıcıdır...
30 oktyabr 2013 18:02
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ibrahimova Gulya♥S♥
aska,
Hacət-i Vuslat,
duzdu bacilar stress herden cox weye engel olur, kaw ki valdeynler bir az sebrli olsa, uwagi olmayan qadinlara tezyiq etmeseler, bu cox gozel olardi

aygul,alizade,
Tamamile dogrusur, men sizin fikrinizle de raziyam ,Allah her weye qadirdir, O istese , O ol dese her wey olacaq , Allah haminiza komek olsun girl_ang
30 oktyabr 2013 17:27
Offline
hekim qiz
Nilufer Meherremova,
men pis baxiram gunahdiiiiiiiiiiii usaq basqasindandi oz erinden deyil uzur isteyirem er ve arvadda evli olanda onlarinda yumurtahuceyresi spermatozoid ile mayalanir ne ferq var basqasin dan olan spermatozoidde basqa qadinla mayalanirda menim fikirmce dinnde de gunahdi
30 oktyabr 2013 17:26
Offline
Ibrahimova Gulya♥S♥
Happiness lady,
beli suni mayalanma ile dawiyici analiq arasinda cox ferq var

chox sag olun

siz sagolun xanim give_ros
30 oktyabr 2013 17:24
Offline
Nilufer Meherremova
Ibrahimova Gulya,chox sag olun.

Aytac Mammedova, elbetteki her kes ozunun uwaginin olmasini ister. analiq duygusu uwaq betndeyken bawlayir. her kes bu gozel hissleri dadmaq ister. inwAllah butun qadinlara qismet olar, mende onlarla birge.

l

suni mayalanmada donor bankasindan istifade etmek niye gunahdi axi. o adamla birlikde olmursanki. hech hemi adami tanimirsan bele. donor bankasindan eyer tereflerden hansisa 0%dirse, o zaman istifade olunur. neyer azda olsa faiz varsa donora ehtiyac qalmir.
30 oktyabr 2013 15:29
Offline
Happiness-lady
DASIYICI ANA O DEMEKDIKI KIMINSE UZAG OLSUN USAGI OLMUR SEN ONA DASIYICI ANALIQ EDIRSEN BUNUNDA QARSILIGINDA PUL QAZANIRSAN VE DOGDUGUN USAGI O AILEYE VERISEN BIR KINO VERIRDIYA BEBEYIM KINOSU ORDA QIZIN USAGI OLMURDU REFIQESI DASIYICI ANA OLDU SOHBET BUNDAN GEDIR SUNI MAYALANMADAN DEYIL
30 oktyabr 2013 13:25
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
aska
Hacət-i Vuslat,
TSK EDIREM CUMLEMIZIN OVLADLARINI ALLAHIM XEYIRLI-OVLAD EDIB,VALIDENLERININE GOZU DOLU GOSTERER INSALLAH!BIZIMKILERDE BUTUN GUL BALARIN TIMSALINDA...
OZUM OVLAD HESRETI CEKMISEM DEYE -BIR QADININ BU EZIYYETINI COX GOZEL BASA DUSUREM...
ALLAH ILK ONCE SEBR-SONRA XEYIRLI-SAGLAM VERSIN HESRETINDE OLANLARA...
SIZIN GOZEL SERHINE GORE DE TSK..
30 oktyabr 2013 11:01
Offline
Hacət-i Vuslat
aska,
Allah saxlasın evladlarınızı. Düz vurğuladız- psixoloji faktor da önəmlidir. Həyatdan o qədər misallar gətirə bilərəm ki buna aid... Məs: Qohumumuzun 10 ildən artıq evladı olmurdu, qardaşından bir oğlan götürdü- 1 il tamam olmamış öz oğlu oldu. Və ya qonşumda 4 ilin gəlni, sizin kimi daim müalicələrdə idi. Axır baldızı insafa gəlib demişdi ki, əl çəkin gəlindən. heç nə etmə daha, olar olar. olmaz da Allah bilən məsləhətdir. Qız rahatlaşmışdı, deyir elə özüm üçün yaşayırdım uşaq düşünmədən- 3-cü ay hamilə qaldı, iki evladı var min şükür.
Bunun adı əslində TƏVƏKKÜLdür. Allahın təqdirinə tam tabe olmaq, nə olacaqsa xeyrimədir düşüncəsini unutmamaq...
30 oktyabr 2013 10:32
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
aska
ALLAH EVLADI OLMAYAN VALIDEYNLERE ILK ONCE SEBR VERSIN-OVLADIN OLMAMASININ ILK SEBEBLERI MENCE QOHUMLARIN VALIDEYNLERI STRESE SALARAQ NIYE OLMUR?-BASQISIDI.VALIDEYNLERE OVLADININ OLMAMASINI HER DEQIQE YADLARINA SALARAQ STRESE SALARAQ KORPENIN OLMAMASINA IMKAN YARADIRLAR...2 IL MENDE BU CUR EZIYYET CEKMISEM DEMEK OLAR KI, 2 IL HER AY MUALICE ALMISAM-AMMA MENE SADECE MUHITIMI DEYISMEK KOMEK OLDU SADECE YOLDASIMIN ISIYLE BAGLI BASQA OLKEDE GEDESI OLDUQ VE ORDA MEN SADECE BIR AYDA HECNE DUSUNMEDEN MENI SIXAN MUHITDEN UZAQLASDIGIM UCUN-HEMIN AYDA OVLADIMIN OLACAGINI OYERNDIM...SUKURLER OLSUN ALLAHIMA INDI 2 GUL BALAM VAR.ALLAH ARZUSUN DA OLAN BUTUN XANIMLARIMIZA TEZLIKLE OVLAD PAYI VERSIN!ALLAH HEC KESI OVLADLA SINAMASIN...TSK. give_ros
30 oktyabr 2013 10:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )