Çox qadın ikinci uşaq haqqında bir qədər gec düşünür. Eləsi də var ki "ikisi birlikdə böyüsün deyə ikinci hamiləliyi tez düşündüm" deyir. Nə qədər çətin olsa da bu yolu seçən az xanım yoxdur. Odur ki, ikinci hamiləliyi hər zaman bir bəhanə ilə təxirə salan xanımlarımız üçün yazmağa qərar verdim. Məqaləni beynimdə "ələyərkən" bir tanışın bu haqda olan düşüncəsini araşdırdım. Onun ikinci uşaq barədə niyə düşünmək istəmədiyini soruşdum. Əvvəlcə həqiqət kimi görünsə də sonradan tamamilə bəhanə olduğunu anladım.
Odur ki, o bəhanələri və onlara veriləcək ən doğru real cavabı oxuyun. Əminəm ki, sizlərin aranızda da bu bəhanələrlə ömür sürən az deyildir.
1. İkinci uşaq üçün maddi imkanımız yoxdur.
Bu ilk olaraq real görünsə də dərinliyə getdikcə nə qədər də adiləşir. Axı ilk uşaqdan olan bəzi geyimlər vardır ki, hələ də səliqəli saxlamısız. Onlardan istifadə edə bilərsiz. Qohumlardan yaxınlardan da ala bilərsiz. Burda utanmalı heç bir şey yoxdur. Bacınızın uşaqlarının ya da qardaşınızın uşaqlarının paltarlarından istifadə edə bilərsiz. Yetər ki siz bahalı mebellər və yeni yeni çıxan əşyalara pul xərcləməyəsiz. O zaman ikinci uşağın varlığı o qədər də "bahalı" görünməyəcək.
2. Daha bir neçə il özümüz üçün yaşamaq istəyirik. Gəzintilərdən qalmaq istəmirik.
Bu da bir bəhanə. Siz bir daha özünüz üçün yaşaya biləcəksiz. Lakin xərclənən illəriniz hədər getməsin deyə digər övladınızı da dünyaya gətirməlisiz. Yaş geri qayıtmır. Odur ki, uşaqları nənələrinə ya da dayələrinə tapşırıb gəzintilərinizə davam edə bilərsiz. Uşağı özünüzə maneə kimi görməyin.
3. Elə təzəlikcə yuxusuz, narahat gecələri unutmağa çalışırıq. Yenidən bunlardan keçməyə hazır deyilik.
Kimsə ana olaraq doğulmur. Hər kəs ilk uşaqda çətinlik çəkir. Ona alışana kimi qucaqda tutmaqdan əmizdirməyə kimi hər bir işində ehtiyat edir. İlk uşaq ilk təcrübədir. İkinci uşaqda isə sizlər tərcrübəli ana sayılırsız. Odur ki, ilk uşaqda çətinlik çəkdiyiniz halda ikinci uşaqda asanlıqla öhdəsindən gələ bilərsiz.
4. İşi yenidən bərpa etməkdə çox çətinlik çəkmişik. Bir daha belə əziyyətə qatlaşa bilmərik.
İşinizi sevirsiz əlbəttə ki, bu da həqiqətdir ki, indiki zəmanədə yaxşı iş tapmaq çətindir. Odur ki, siz də ikinci uşağınız üçün götürəcəyiniz məzuniyyətin müddətini qısa edin. İlk uşaqda bir il, ya da iki il götürmüşdüzsə bu uşaqda bu qədər vaxta ehtiyac yoxdur. Əksinə ilk uşağınız baxçada olduğu müddətdə ikincini nənəsinə ya da dayəyə verə bilərsiz.
5. Doğum anında yaşadığım sancını və qorxunu unuda bilmirəm. Yenidən yaşamaqdan qorxuram.
Əslində siz özünüzü buna psixoloji olaraq hazırlaya bilərsiz. Axı ilk uşaqda sizi doğum stolunda nələr gözlədiyini bilmirdiz. İndi isə siz nələr olacağını və sizin öhdənizdə nələr olduğunu yaxşı bilir və dərk edirsiz. Özünüzə inamlı olun. Körpənizi qucağınıza alacağınız anı düşünün. Sizcə dəyməzmi?
Bunu bir çox anadan eşidirik. Lakin onu da qeyd edim ki, bir uşaq digərinə mane olmur. Əksinə uşaqlar arasında qardaşlıq (və ya bacılıq) hissi xüsusi sehrə malik olur. Bu hiss ömrü boyu onları izləyir. Ailədə ikinci uşağın varlığı əlbəttə ki, ilk zamanlar çətin görünəcək. Lakin hər zaman unutmamalısız ki, hər ikisi də sizin balanızdır. Böyük kimi gördüyünüz ilkinizi "sən böyüksən belə etməməlisən" deyərək lazımından çox yük verməyin. O da uşaqdır. Və onun da ana -ata sevgisinə ehtiyacı var. Eləcə də yeni körpənizin anaya əvəzedilməz ehtiyacı var ki, bunu yalnız ana ödəyə bilər. Çalışın hər iki övladınıza yetərli zaman ayırasız. Tədricən böyüyərək bir-birləri ilə oynamağa başladıqda siz də ən dorğu qərarı verdiyinizə sevinəcəksiz. Unutmayın ki, uşaqlar arasındakı yaş fərqi 2 və 7 il arası olmlıdı. Bəzi valideynlər 10 il fərqlə dünyaya gətirirlər bu zaman uşaqlar arasındakı bəzi hisslərdə çatışmamazlıq yaranır. Sanki nəsə tamamlanmır. Odur ki, özünüzə bəhanələr axtarmaqla zaman itirməyin. Əksinə itirəcəyiniz vaxtı növbəti hamiləlik və analıq hissi ilə doldurun. Çünki övladlarımız üçün yaşamağa dəyər.
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR