Qadınlar 3 qrupa ayrılır:
1. Ana olanlar
2. Ana olmayanlar
3. Yeni ana olanlar
Əgər siz,üçüncü qrupa daxilsinizsə,onda əmin olun ki,başınıza qəribə,qeyri-adi və gülməli hadisələr gələcək.
1. Hamilə olduğunuzu eşidən kimi ətrafınızdakı qadınlar özlərinin hamiləlik,doğuş və s. tarixçələrini az qala başdan-ayağa və bütün xırda detalları ilə sizə danışmağa başlayacaqlar.Və siz buna qulaq asmaq məcburiyyətində qalacaqsınız.
2. Körpənizin bapbalaca corablarını paltaryuyan maşında itirəcəksiniz.
3. On dəqiqədən az vaxtda həm çiməcək,həm saçlarınızı qurudacaq, həm də paltarınızı dəyişəcəksiniz.
4.Sizdən əvvəl övlad sahibi olmuş rəfiqələrinizin nəyə görə sizə vaxt ayıra bilmədiyini başa düşəcəksiniz.
5. Səkkiz saatlıq davamlı və gözəl bir yuxunun xəyallarını quracaqsınız.
6.Körpənizin artan çəkisinin hər bir qramı və uzanan boyunun hər bir sm-i ilə qürur duyacaqsınız.
7.Körpənizin dırnaqlarını tutarkən əlini kəsməkdən qorxacaqsınız.
8.Çox marağında olduğunuz jurnalın yeni bir səhifəsini oxuya bilmək və ya yeni bir seriala baxa bilmək üçün sadəcə dua edəcəksiniz.
9.Körpənin ağladığını göstərən monitoru eyvandan yerə tullamaq istəyəcəksiniz.
10.Ən sevimli donunuzu yuduqdan sonra onu ütüləməyə nə vaxtınız qalacaq,nə də həvəsiniz
11.Yeni ana olmuş xanımın enerjini haradan aldığını heç cür anlaya bilməyəcəksiniz.
12.Özünüzü başqaları ilə müqayisə edib,belə qərara gələcəksiniz ki,dünyada sizdən yaxşı ana,övladınızdan şirin bala yoxdur.
13.Uşağınızın gələcəkdə öskürən və burnu axan uşaqlarla bir məktəbə gedecəyini düşünüb narahat olacaqsınız.
14.Bir daha başqasının uşağının əlinə və üzünə toxunmayacaqsınız,çünki başqaları sizin uşağınıza toxunduqda keçirdiyiniz hisslər yadınıza düşəcək.
15.Körpəniz gecələri rahat keçirməyə başlayanda,əvvəlki yuxusuz gecələri tyadınıza salmaq istəməyəcəksiniz.
16.Bəzi sabahlar körpənizi qucağınıza almaq üçün tələsərək yatağınızdan qalxacaqsınız.bəzən isə sizi yuxudan güclə oyandırmaq lazım olacaq.
17.Kafeinin kəşf edilməsinə şükür edəcəksiniz,Yoxsa yuxusuz gecələr qeyri-mümkün.
18.Atası burnunu tutanda,siz də körpənizin altını təmizləyəndə,özünüzü elə aparacaqsınız ki,guya ondan heç iy gəlmir
19.Qış aylarında evdən çıxanda körpənin az qala bütün paltarlarını geyindirmək istəyəcəksiniz.
20.Həyat yoldaşınız uşaqla gəzintiyə çıxanda ,onun cib telefonunun yanında olduğundan əmin olmaq istəyəcəksiniz.
21.Özünüzü hər zaman “heç nəyə vaxtım çatmır,hələ nə qədər iş görməliyəm” deyən görəcəksiniz.
22. Küçədə tək gedəndə sanki qol-qanadınızın olmadığını və ya nəyisə itirdiyinizi hiss edəcəksiniz.
23.Başqa bir uşağı öz uşağınız qədər çox istəməyin mümkün olub-olmadığını düşünəcəksiniz.
24.Körpənizin keçəl başından tük çıxmağa başlayanda sevindiyinizdən uçacaqsınız.
25.Dincəlməyə gedəndə uşağınızın ehtiyacı olan və olmayan bütün əşyaları götürəcəksiniz-amma öz diş fırçanız və günəş gözlüyünüz yadınızdan çıxacaq.
26.Körpənizin ilk dəfə rəqs etdiyini görəndə sevincdən az qala dəli olacaqsınız.
27.Körpənizi parka apara bilmək və yelləncəkdə yelləndirmək üçün axşam yeməyini kolbasa və pendirlə də keçinməyə razı olacaqsınız.
28.Həyat yoldaşınızı xoşbəxtlikdən gözləri dolmuş halda yaxalayacaqsınız.
29.Körpənizin şəkillərini elektrin poçtla dostlarınıza yollamaqdan və ya telefonda göstərməkdən yorulmayacaqsınız.
30.Körpənizin geyim ölçüləri böyüdükcə həyəcanlanacaqsınız.
31.Uşağı olmayan rəfiqələrinizlə görüşmək sizə o qədər də maraqlı olmayacaq.
32.Körpənizə yemək yedizdirərkən üst-başınızın yeməyə batmağına alışacaqsınız.
33.Körpənizin ilk kəlməsi “ata” olsa,buna acığınız tutmayacaq.”Hər halda “ata” demək onun üçün çox asandır” deyə özünüzə təskinlik verəcəksiniz.
34.Körpənizin şəkilini çərçivədə az qala həyat yoldaşınızın şəkilinin üzərinə qoyacaqsınız.
35.Körpəniz bir yaşına çatdıqda xoşbəxtlikdən nə edəcəyinizi bilməyəcəksiniz.Onu bir yaşına problemsiz çatdıra bildiyiniz üçün.
36.Həyatda ən böyük qazancın övlad olduğunu düşünəcəksiniz.Elə ən böyük həqiqət də budur.
Əzizlərim,bu xəbəri yazarkən bir bilsəniz necə xoş təəssüratlar yarandı məndə.Necə xoş duyğular bəxş etdi...Bütün subay qızlarımıza özümə də həmçinin gözəl ailə qurub,övlad sahibi olmağı arzu edirəm.Ailə qurub, övlad həsrətində olan bütün xanımlarımıza da Uca Tanrıdan övlad bəxş etməsini diləyirəm amin inşallah.
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR