Gəlin getdiyim 9 ay idi. Bu müddət ərzində hamilə qalmamışdım. Bir gün qaynanam dedi ki, "Gəl qarnını çəkdirək. Elə də etdik. Üstündən 1 ay keçməmişdi ki, yıxıldım və ağır zədələr aldım. Ayağım çıxdı, onurğa sümüyüm sındı. Ilk növbədə evə sınıqçı gətirdilər. Ayağımı saldı, belimi isə həkimə göstərməyi məsləhət gördü. Həkimə getdik. Həkim rentgen kağızlarına baxdı və bircə kəlmə işlətdi: “Sən Allaha şükür et ki, ayaqlarını hiss edirsən. Ayaqların işləməyə bilərdi”. Əməliyyatdan öncə həkimə bildirdim ki, menstruasiya olmalıydım, lakin olmamışam. Buna görə də test etdilər və hamilə olduğum bildim. Həkim bildirdi ki, əməliyyatdan sonra mütləq abort olmalıdır. Əməliyyat zamanı narkoz ilk növbədə körpəyə təsir edəcək, inkişafdan qalacaq. Artıq heç nə edə bilməzdik, həkimlə razılaşdıq. Əməliyyatdan 10 gün sonra abort etdirmək üçün ginekoloqa müraciət etdik. Onu da bildirim ki, abort etmək üçün gərək idi ki, həkim evə gəlsin. Buna isə heç bir həkim razılıq vermirdi. Çünki abort zamanı qanaxma verə biləcəyini deyirdilər. Nə isə, sonda tanış həkimlərdən biri evə gəlməyə razılaşdı. Bu abortdan sonra çox qorxurdum. Yan-yörəmdə gedən söhbətlərdən belə başa düşürdüm ki, ilk abortdan sonra hamilə qalmaq çox çətin olur. Həm də əməliyyat olunan vaxtdan ən azı 3 il ötməli idi, çünki mənim onurğa sümüyümü fiksatorla (dəmirlə) bağlayıblar. Buna görə də hamilə qala bilməzdim, sümük hər zaman yerindən tərpənə bilərdi. Əməliyyatdan 6 ay sonra özüm də bilmədən yenidən hamilə qaldım. Ancaq həkim doğuşa icazə vermədiyi üçün bu dəfə də abort etdirdim və artıq ümidimi üzmüşdüm. Ancaq onu fikirləşirdim ki, artıq iki abortdan sonra övladım olmaz. Qaynanam mənə çox təskinlik verirdi. Hər dəfə uşaq barədə evdə söhbət açılanda mənə deyirdi ki, "uşaq barədə heç nə fikirləşmə, Allahın qismətidir. Əgər qismətdə övlad payın varsa gec-tez olacaq".
İkinci abortdan altı ay sonra ginekoloqa müraciət etdim. Həkim bütün analizlərin təmiz olduğunu bildirdi və dedi ki, "nə vaxt hamilə qalsan o zaman gələrsən". Artıq yoxlanmadan bir il keçmişdi. Ancaq hamilə qalmırdım. Mart ayı idi, menstruasiyam gecikdi. İki gün sonra test etdim və hamilə olduğumu bildim. Hamilə olduğumu biləndə sevincimdən oturub uşaq kimi ağlayırdım. Yoldaşım biləndə çox sevindi və qız övladını istədiyini bildirdi. Yoldaşım tərəfdə ancaq oğlan uşaqlarıdır. Qaynımın və baldızımın iki oğlu var. Buna görə də hər zaman qaynanam qız övladının olmasını istəyirdi.
Çox şükür, əməliyyatdan 2 il sonra hamilə qaldım. Düzdür, beliminin ağrısı ilə hamiləliyimi çətin keçirdim. Buna baxmayaraq, hamilə olduğum üçün o qədər sevincli idim ki, sevincim ağrılara güc gəldi və qız övladım dünyaya gəldi. Allah hər qadına analıq hissini yaşatsın, inşAllah.
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR