Salam, əziz xanımlar! Hamı kimi mənim də öz doğuş hekayəm var. İl yarımdır evliyəm, sevərək ailə qurmuşuq. Allah hər kəsi sevdiyinə qovuşdursun. Mən də bu fikrə qatılıram ki, sevgi, ailə öz yerində, ancaq uşağın doğulması həmin ailəni daha da möhkəmləndirir, ailəyə yeni sevinc gətirir. Evliliyimizin 5-ci ayında hamilə qaldım. Oktyabr ayı idi, bu xəbər mənim üçün ad günü hədiyyəsi kimi oldu. Heç inana bilmirdim. Mən ana olacaqdım.
Hər kəs xəbərə çox sevinmişdi, əsas da yoldaşım. Hər gün məni gəzintiyə çıxarır, körpəmizin doğulması ilə gələcək planlar haqqında söhbət edirdik. Körpəmizin ilk tərpənişini hiss etdiyim an düşündüm ki, məndən xoşbəxti yoxdur. Problemsiz bir hamiləlik keçirdim.
Müəyyən müddət keçdikdən sonra çətin günlərimiz başladı. Yoldaşımın işində çətinliklər yarandı və bu xəbər mənə də təsir etdi. Ancaq mən zehnimdə yenə də körpəmizin gələcək planları ilə məşğul idim. Doğuşuma 10 gün qalmış bir möcüzə oldu, mən bunu möcüzə kimi qiymətləndirdim, sanki Allahtaala körpəmizin ruzisini özü göndərdi. Yoldaşım bir iş təklifi aldı və körpəmizlə bağlı xəyallarımızı həyata keçirdik.
Həkim müayinəsinə son getdiyimdə doğuş tarixinin iyunun 28-i olacağı bildirildi. Çox həyəcanlanırdım və daha çox qorxurdum. İyunun 25-i səhər saatlarında qəfildən ağrılarım başladı. Hamama daxil olanda gördüm ki, açılışım var, bilmədim sevinim, yoxsa qorxum, tələsik xəstəxanaya getdik. Xəstəxanda iki saat sancı çəkdikdən sonra, nəhayət 12:45-də körpəm dünyaya gəldi. İlk səsini eşidəndə, dünyalar mənim oldu. Çəkisi 3 kq idi. Balaca gözlərini, burnunu, yanaqlarını öpməkdən doymurdum. Ailəmizdə hər kəsdən çox körpəni görmək istəyən qaynatam idi və yoldaşımla artıq qərara gəlmişdik, körpəyə qaynatamın adını qoyduq. Artıq körpəmiz 7 aylıq olub. Günü-gündən böyüyür, Maşallah.
Arzum budur ki, İnşAllah, bütün analara bu saytda öz doğuş hekayələrini yazmaq qismət olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
C vitaminin vacibliyi
Azərbaycanda əl heykəlləri dəbə düşüb - QİYMƏTLƏR
Uzun yay paltarları
Hicablı xanımlar üçün ziyafət donları
Uşağı belə oturanlar, diqqətli olun!
Kitab rekord qiymətə satıldı
“Qalatasaray” da PSJ-nin halına düşdü
Qat-qat xəmirli albalılı pirojna (foto resept)
Həyatdan öyrəndiyim dərslər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
ƏRƏB TOY GEYİMLƏRİ VƏ MAKİYAJLARI
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN
Bir sual yüzlərlə ev yıxdı!
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Coker” üçün 50 milyon dollarlıq təklif
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO
Google İŞİD-ə qarşı müharibəyə başladı
Zəlzələ binalara ziyan vurdu
Rusiya yenidən saatı çəkir
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Keremdən Serenaya EVLİLİK TƏKLİFİ
Sürətli saç uzadan kök maskası
16 yaşlı qızın dadlı əl işi
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq
Ən sürətli saç uzadan maska
Alla Puqaçovanın növbəti əməliyyat istəyi ürəyində qaldı
Günün ulduz falı
Boyuna buz qoymağın faydaları
Azərbaycanda kütləvi kitabxanaların sayı azalır
Alişan doğulacaq oğlunun adını açıqladı-FOTO
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Günümüzün narkotiki şəkər! (2)
Kartof dolması (foto resept)
Nazirlik rüşvət alan direktorla bağlı araşdırmaya başladı
Qadınların fərqli psixalogiyası(2)
WhatsApp-ın yeni sahibi danışdı
Ləziz salat (foto resept)
Kirayə mənzil: problemdən necə qaçmalı?
2013-2014 mövsümü üçün payız-qış kostyumları
- ŞƏRHLƏR