Bakıda hava 18°
USD AZN
EUR AZN
15:48Feride Ay camaat cole cixib yoluxmuyun yazigig 10:54Xəyalə Murad Evdə qalın, sağlam olun! 10:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41577

Bəlkə bir şans verək?

 

        

  Əziz xanımlar! Madam Səbinənin həyatı ilə sizi bu qədər kədərləndirdim, onda icazə verin soyuqlayaraq xəstəxanaya düşməsi ilə mənim onunla (Səbinəylə) rastlaşmağıma səbəb olan başqa bir qızcığazın hekayəsi ilə bunu kompensasiya edim.

          Əslində onun da hekayəsi bir xəstəxana palatasında başlayır.

          Hələ bir gün əvvəl uzun sürən ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Bu gün isə çarpayımın ətrafında bir qrup həkim və tibb bacıları çaşqın-çaşqın hamilə olduğumu göstərən test çubuğuna baxaraq susurdu. Axı bu necə ola bilərdi? Heç kim inana bilmirdi. Keçirilən əməliyyatdan sonra hamilə olsam belə uşağın düşməməsi mümkün deyildi. Uzun çəkən sakitlikdən sonra nəhayət ki, cərrah xanım dilləndi:

    -Doğrusu bu cür əməliyyatdan sonra hamiləliyin qalmasını mümkünsüz hesab edirdik. Demək, belə də olurmuş. Nə isə, olan olub. İndi hələki mümkün deyil, Allah qoysa 1.5 aydan sonra tikişlər oturuşacaq,  sonra götüzdürərsən.

          Çaşqınlıq içində idim. Necə yəni “götüzdürərsən”? Sakitcə:

    -Doktor, mənim elə bir fikrim yoxdur. – dedim.

          Bayaqdan davam edən susqunluğu pozmağa elə bu lazım imiş sanki. Hərə bir tərəfdən etiraza başladı. Araya qoyan kim, qınayan kim, başa salmağa çalışan kim...

    -Sən nə danışırsan, ay qız?- cərrah qətiyyətli tonla dilləndi, - Necə yəni götüzdürməyəcəm? Elə bilirsən ondan sənə uşaq olacaq? Heç xəbərin var ki, 2 saatlıq əməliyyat boyunca sənə nə qədər narkoz verilib? O heç inkişaf da etməyəcək! Üstəlik sənin özünə də olmaz axı. Bu cür əməliyyatdan sonra...  saxlasan, mən heç nəyinə təminat vermirəm.

          Susurdum. Nəhayət abort qərarı verib, hərə öz işinə dağılışdı.

          Artıq 2 övladım vardı. Ana idim. Övlad nədir, bilirdim. Doğulmamış övladımı öldürməmək üçün çarə axtarırdım. Mənə dəstək olacağına ümid etdiyim ginekoloqumu xatırladım. Tibb bacısını çağırıb, ondan mənim üçün istifadə olunmuş narkotik vasitələrin adını xahiş etdim. Nəhayət uzun bir siyahını axır ki, gətirib çıxardılar. Lakin böyük ümidlə zəng vurduğum ginekoloq siyahını eşidib, dəhşətə gəldi! Uşağın görünüşü normal olsa belə, əqli zəkasında mütləq çatışmazlıq olacağından əmin idi.

          Yolum hər tərəfdən bağlanmışdı. Çarəsizdim. Ancaq ümidimi kəsmirdim. Birdən, sanki, Allah mənə zehin açıqlığı verdi. Düşündüm və anladım ki, test daha çox zəif göstərdiyi üçün bu uşaq ən çoxu 3 həftəlik ola bilər. Uşağın isə ana ilə bağı yalnız 3 həftədən sonra yaranır. Yəni uşaq narkozun təsirinə məruz qalmamalı idi. Bəlkə də səhv xatırlayırdım, ancaq bu fikir mənim ümidim oldu, ona sarıldım və saatlarla dua etdim...

          Artıq 12 həftəmi tamamlamışdım. Pis xəbər eşitməkdən çəkinsəm də UZİ-yə getdim. Uşağın sağlamlığı haqda az-çox məlumat almaq istəyirdim. Və burada daha bir sürprizlə qarşılaşdım: uşaq qız idi! Qız... Evdə daha 2 qızım vardı. İndi mən çıxıb bu da qızdır desəm, onsuz da hamının götüzdür dediyi bir şəraitdə israrlar daha da artmayacaqmı? Və qərara gəldim: uşağın cinsiyyətini gizləyəcəm, və  nə olursa olsun onu dünyaya gətirəcəm. Səhv etməmək üçün çox düşünürdüm. Başa düşürdüm ki, bu qərarımla bütün qalan həyatımı əqli çatışmazlığı və ya hər hansı başqa şikəstliyi olan bir uşağa həsr etmiş ola bilərəm. Nə etməli idim? Bu qız mənim sınağım idimi? Bəlkə cəzam idi? Bəlkə mükafatım idi? Ona baxmaq savabı mənə yetəcəkdi, bəlkə? Bütün bu suallara tək bir cavab tapdım: istər sınağım olsun, istər cəzam, istər mükafatım, hər nə olur olsun, onu mənə Rəbbim verir. Rəbbimin verdiyindən imtina etmək nə həddimə? Buna haqqım varmı? Əlbəttə ki, YOX! Və həmin gün bir ŞANS VERMƏK qərarına gəldim. Yox, uşağa yox! Özümə! Məhz özümə bir şans vermək istədim: ÖVLAD QATİLİ OLMADAN YAŞAMAQ ŞANSI!

          Aylar keçdi. Həkimlərin və yaxınlarımın bütün nigarançılıqlarına baxmayaraq, ağlıma belə gəlməyəcək qədər rahat hamiləlik keçirdim. Rəbbim mənə nur topu kimi sağlam və gözəl bir qız lütf etdi. Şirinliyi ilə hər kəsin sevimlisi olan Əsmərimi mənə əmanət etdi!

          Bu gün artıq bütün qəlbimlə inanıram: həyatımda özümə etdiyim ən böyük yaxşılıq idi bu! O gün mən fərqli qərar vermiş olsaydım,

 

bu körpə can dünyaya gözünü heç açmayacaqdı, 

 

 

ətrafında baş verənləri bu cür təəccüblə seyr edə bilməyəcəkdi 

 

 

bu şirin üzünü heç görməyəcəkdim.

 

 

Bir gün beləcə oynayarkən yuxulamayacaqdı.

 

 

Bu gözəl gözlərlə mənə baxmayacaqdı.

 

 

Pəncərədən boylanaraq dünyanın belə böyük olduğunu görməyəcəkdi.

 


  O olmasa idi bacısının yazı masasını kim dağıdacaqdı?

 

 

 Sevimli ayaqqabıları ilə həm bayırda, həm də evin içində kim gəzəcəkdi?


 

 

 Hər “olmaz” eşitdiyində küsərək mənə arxasını kim çevirəcəkdi?

  

 

  Və nəhayət bu yazıya yerləşdirməyə 1 tək gözəl kadr çəkə bilmək üçün bütün günü məni arxasından qaçdırıb, sonda yenə də köhnə şəkillərə kim möhtac qoyacaqdı?

Sizcə də bütün bunları yaşamağa dəyməzdimi?

          Əziz xanımlar! Abort stoluna çıxarkən bir daha düşünün:

Mənim və övladımın yaşadığı bu gözəllikləri nə siz, nə də həyatına son verməyə hazırlaşdığınız körpəniz görməyəcəksiniz!  

          Sonda bütün qadınlara müraciət edərək demək istəyirəm:

GƏLİN ÖZÜMÜZƏ BİR ŞANS VERƏK!

BALA QATİLİ OLMADAN YAŞAMAQ  VƏ YARADANIMIZIN QARŞISINA ÇIXMAQ ŞANSI!

 

Səslərin sayı: 27
181
15868
Şərhlər
Offline
Qəribə
Uşş nə şirindir. Allah saxlasın.
Allah saxlasin gul balalari... girl_ang
7 noyabr 2014 18:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Uşş nə şirindir. Allah saxlasın.
7 noyabr 2014 18:03
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Bu heyat hekayevizi oxuyub aglmaq tutdu meni,hem pis oldum hemde sevindimki gozel balaniza bu gozel dunyani yasamaq gormek sansi verdiz deye,xanimlar aborta yox deyin
27 oktyabr 2014 02:16
Offline
Ali
Allah butun balari qorusun Insallah.egersaglamliqla elaqeli bir prablem varsa tekce onda aborta olar yoxsa basqa seye ay qizdi ay maddiyatdi ay istemirem kimi fikirlere gore aborta gedenler varsa onlar boyuk gunh sahibi olurlar.kim abort elemek istee dusunsunki belke o,yasamaq isteyir bizim buna qarismaq haqqimiz yoxdu.secim onundu o,istese onsuzda bizi terk edecek
16 avqust 2014 23:04
Offline
Sevgi
Allah saxlasin gul balalarimzi...
5 iyun 2014 12:44
Offline
Deniz N-va
Kovreldim cox gozeldir
27 aprel 2014 18:59
Offline
Ruhəngiz
Çox düzgün hərəkət etmisiniz.ALLAH balalarınızı saxlasın Amin inşaAllah.
12 mart 2014 23:38
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
sehla gozlum
allah balanizi saxlasin.yazinizi oxuyanda goz yaslarimi saxlaya bilmedim.men de aborta getmisem.ancaq usaq inkisaf etmediyine gore mecbur oldum.allah gunaha yazmasin.allah butun analara ve balalara komek olsun.
17 oktyabr 2013 15:12
Offline
sevgi
allAH BUTUN BALALARI SAXLASIN SIZEDE HALAL OLSUN
3 sentyabr 2013 12:50
Offline
Seva
Dərdimi təzələdin eee mən ələr çəkirəm 1 Allah bilir mən sənin kimi möhkəm ola bilmədim hamı mənə təzyiq etdi çox düşünürəm səhvmi etdim deyə belə yazıları da oxuyanda lap dəli oluram heç kimə rəva bilmədiyim çoxlarını bu yoldan daşınmağa nail olan mən özüm aborta getdim istəmədən. Dərdimi düşünməyə ağlamağa belə qorxuram görən Allahın acığına getmərəm ki deyə mənim də başıma çox bəla gəldi mən saxlasaydım həkimlərin dediyinə görə indi nə o nə mən həyatda idim mən qalsam belə 1 də ana olmayacaqdım...
2 sentyabr 2013 14:09
Offline
Gultekin Yusubova
Allah saxlasin balanizi,cox cesaretli qadinsiz Heqiqeten:. :)
27 avqust 2013 16:05
Offline
Xeyale Yariyeva
Allah saxlasin,amma tuklerim biz-biz oldu
22 iyul 2013 17:18
Offline
ilahe elizade
Allah saxlasin balani.cox sirin korpen var.sen necede duzgun qerar vermisen.Insallah Allah bunun evezin sene mutleq odeyecek.Insallah her kes senin kimi duzgun qerar versin.Allah yardimcin olsun bacim. girl_ang girl_ang girl_ang
22 iyul 2013 17:13
Offline
ilayda nuri
ALLAH saxlasin cani da saglamligi da veren ALLAHDIR bende kimdir ki ancaq baci dogrudan da cox boyuk risk etmisen ALLAH da seni mukafatlandirib ALLAH her uc qizina can sagligi xosbextlik versin heyatda yalniz gozel gunlerin goresen AMIN deyirler uc qizi boyudub yerbeyer ananin yerini ALLAH cennetde hazirlayib sen de bu dunyada cennetini qazanmisan
22 iyul 2013 16:58
Offline
Aygun ibrahimova
Eziz bacim,men de asagi yuxari senin yasadigini yasamisam.Senin melek kimi qizini gorende kovreldim,cunki menim oglum Turana cox oxsayir.Men de balami dunyaya getirene qeder ne qeder menevi ezab cekmisem.Amma bizi yoxdan xelq eden Allaha sukurler olsun milyon defe.Oglum artiq menimledir.Allahim ,bundan gozel xosbextlik var ,goresen ,heyatda.Balalarin bir gulusune biz analar dunyalari vermeye haziriq.Gozel gul balani menim evezimden öp.
20 iyul 2013 00:09
Offline
rustemova nurane
UCA YARADANIN BEXW ETDIYI O CANI NE BIZIM NEDE HEKIMLERIN IXTIYARI YOXDUR.ALLAH SIZI SINAGA CEKIB.ALLAH BALANIZI SAXLASIN
19 iyul 2013 23:27
Offline
fatime
ALLAH SAXLASIN ALLAH GOZEL BEXT QISMET ETSIN.ABORT ETDIRIB USAQ QATILI OLANLARA ORNEY OLSUN.QIZDI DEYIB ABORT ETDIRENLERE ALLAH INSAF VERSIN SIKEST USAGI ABORT ETDIRIB OLDUREN ANALAR SAGLAM USAQ DUNYAYA GETIRSENIZ SONRADAN SIKESTLIK YARANSA ONLARI DA MI OLDURECEKSINIZ?....
14 iyul 2013 20:43
Offline
Asra1717
Allah balalarinizi saxlasin!Atali anali boyuyub qocalsinlar. Man da Sizin yerinize olsam eyni hereketi ederdim. Balama qiymaram hec vaxt. Boyuk ureyiniz var, Allah hemise ureyinizi balalrinizla yoldasinizla sevindirsin. Qizlarin ana siz ise nene olasiz, netice sahibi olasiz. Amin!
14 iyul 2013 01:26
Offline
shehla abbasova
oxuyarken tesirlenmedim desem yalan olar :/ hemde kovreldim
29 iyun 2013 20:57
Offline
eliyeva naz
aferin.rebbim bizi qorusun.sukur allaha.
7 iyun 2013 18:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 16:05 - Müəllif: Feride
    Bir-birindən fərqli makaronlar (1)

    Bir-birindən fərqli makaronlar

    Qesengdilər amma yemərəm o qədər əl dəyib
  • İnsan bədəni haqqında maraqlı məlumatlar

    Ən həssas olanlar dodaqlarda və barmaqlarda, ən az həssas olanlar isə kürək bölgəsində yerləşir
  • Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

    Çixmiyin da evden bele cetindi???
  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 859 338 nəfər koronavirusa yoluxub.
  • Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?

    Qeyd olunan nümunələrin təhlili üçün real zamanda polimeraz zəncirvari reaksiyadan istifadə edilib.
  • Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi

    Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.
  • 09:46 - Müəllif: Keepvid747aHY
    Hüquqşunas məsləhəti (530)

    Hüquqşunas məsləhəti

    Hello there, I would like to introduce a handy online tool. The Best YouTube to mp4 converter. youtube converter Support all web browsers to Download YouTube to MP3 & MP4 MP3 is mainly for audio files, whereas MP4 is for multiple digital files. If you want to listen to music only, a tool that converts YouTube to MP3 is your choice. If you have enough space on your devices, you can download YouTube videos in MP4 format so that you can enjoy both music and videos. No matter which one you need, this tool is a good choice. You can download videos here and convert YouTube to MP3 to only enjoy the audio. This free online solution to YouTube download can assist you to download YouTube to MP3 and MP4. How to download from YouTube? Just give this tool a try.
  • 05:06 - Müəllif: CyberXPhilmMF
    Hüquqşunas məsləhəti (530)

    Hüquqşunas məsləhəti

    Eskadron is among the very appreciated equestrian brands on the world that focuses primarily on the creation of high quality design clothing and equipment. This Italian concern has been set by Pikeur trying to fit up with the jockeys' needs, who were searching for professional but also stylish equestrian accessories. Thus, what makes Eskadron therefore special and why their selections are so popular with passengers?Eskadron Why do bikers from all around the world love this new brand? Eskadron continues to be tremendously popular among horseriding lovers for twelve or even more years today. This brand's products are characterized by their own high quality attention to detail. Eskadron can be valued for their unique viability, elegance, innovativeness in their projects, contemporary design, and accessibility. The brand's offer has both professional ones and items for recreational riders. So, you'll discover basic design clothes, expert equestrian, and assorted accessories necessary for your proper saddling of a horse. Eskadron offers saddle fabrics, halters, rugs, bell boots for horses, boots, fly hats, drapes, however also hoodies, t-shirts, breeches, also reveal jackets. All products include the European Union, which additionally verifies their quality.Eskadron's collections Eskadron has many selections. Some are seasonal, others are constantly accessible their own offer. The very Well-known collections of this brand are: Vintage Sports - established twice a year, this line is composed exclusively of horse riding equipment. Products out of this collection are very straightforward, in conventional soft colours but at precisely the same time very elegant. Platinum Card - starts once annually for those who prefer conventional solutions. You'll mostly find black and gray colors along with delicate image motifs. Young Star - lineup for children that begin their experience with horse riding. It's basic horseriding accessories in bright colours and exceptional designs. Equestrian Fanatics - clothing line created for riders that like to stand out. Available coats, hoodies, and backpacks successfully unite casual clothing with equestrianism. Vintage offer - Their constant offer of clothing, equipment, and accessories. You can find products used for training and regular rides but additionally elegant reveal clothing. Eskadron can be a fresh used by riders from all over the world. For the comfort of riding and safety both yours and your horse's, it might be well worth purchasing supreme quality articles, which may permit you to fully appreciate this sport that is exceptional.
  • Gözlərinizin böyük görünməsini istəyirsinizsə...

    Gözlərinizi olduğundan iri göstərmək istəyirsinizsə, layner sizə kömək edəcək. Bundan əlavə mütləq gözünüzün alt hissəsinə nude qələm çəkin.
  • Məşhur cütlük BOŞANIR-SƏBƏB

    Eşitdiyimə gorə çox kobud adamdı
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış