Şamı söndürmə
Yaş: 8-13
Oyunçuların sayı: 5-10 nəfər
Otağın bir başında stul üzərində bir şam qoyulur. Şamı yandırırlar. Uşaqlardan birini şamın qarşısına gətirib gözünü bağlayırlar. Bu uşağa geri dönmək əmrini verirlər. Geri döndükdən sonra 7-8 addım irəli gedir, sonra yenə geri dönmək əmri verilir, geri dönür. Sonra uşağa əmr verilir ki, gəldiyi qədər getsin və şamı söndürsün. Uşaq bir neçə dəfə şama doğru deyil otağın başqa tərəfinə yönəlirsə və şamı söndürmək üçün boş yeri üfürürsə, bütün uşaqlar ucadan gülürlər. Bu minvalla bütün oyun iştirakçıları şamı üfürüb söndürməyə çalışırlar.
Şapan gülü
Yaş: 8-12
Oyunçuların sayı: 8-15 nəfər
Uşaqlar dairə vurub otururlar. Biri ayaq üstə dairə xaricində durur. Uşaqlar doldurulmuş və yaxud ağır bir əşyanı gətirib bir- birlərinə ötürürlər. Dairə xaricində duran uşaq əlində top olan uşağı əllərini onun çiyninə qoymaqla tutmalıdır. Topu tutulan uşaq topu tutan oyunçu ilə yerini dəyişməlidir.
Hərflər
Yaş: 10-13
Oyunçuların sayı: 5-10 nəfər
Ləvazimat: kiçik hərflər
Kiçik kağız parçaları üzərinə bir çox tək-tək hərflər yazılır. Hərflər bir torbaya, ya qutuya tökülür. Oyunçulardan hər biri 6 hərf götürür. Hər bir uşaq götürdüyü hərflərdən kəlmə düzəltməlidir. Kim kəlmə düzəldə bilmirsə, oyunda məğlub sayılır.
Qoyma otursun
Yaş: 10-15
Oyunçuların sayı: 6-12 nəfər
Ləvazimat: bir neçə stul
Bir neçə stul dairə halında yan-yana qoyulur. Stulun sayı oyunçuların sayına bərabər olur. Oyunçulardan biri ayağa qalxır və dairə içərisində dayanır. Bir stul boş qalır. Oyun başlanır. Ayaq üstə duran uşaq çalışır ki, boş qalan stulda otursun. Elə bu zaman sol
tərəfdə oturanlardan biri boş stulu tutur. O biri uşaqlar da yerlərini dəyişdirirlər. Ayaq üstə duran uşaq yenə boş stulda oturmağa çalışır.
Yenə sol tərəfdə oturan yoldaş stulu tutur, oyun bu qayda ilə davam edir. Əgər ayaq üstə duran uşaq boş stulu tuta bilirsə, onun sol
tərəfində oturan uşaq ayağa qalxır və dairəyə daxil olur. Oyun yenidən başlanır.
Hə, yox
Yaş: 10-15
Oyunçuların sayı: 5-10 nəfər
Uşaqlar tapılması məqsədilə 3-4 görkəmli tanınmış şair, alim və yazıçıların adını qabaqcadan özləri üçün müəyyənləşdirir. Sonra isə onlardan biri bayıra çıxır. Otaqda olan uşaqlar tapılması üçün həmin adlardan birini müəyyənləşdirir və öz aralarında səsləndirirlər. Çölə çıxan uşağı geri çağırırlar. Uşaq nəzərdə tutulan adı tapmağa çalışır və bunun üçün suallar verir. Digər uşaqlar isə yalnız "hə", yaxud "yoxв…¦ sözü ilə cavab verirlər. Tutalım ki, otaqdakı uşaqlar öz aralarında görkəmli satirik şair Sabirin adını dilə gətirilməsini nəzərdə tutmuşlar. Adın tapılmasına çalışan uşaq yoldaşlarına belə bir sualla müraciət edir.
- Canlıdırmı?
- Hə.
- İnsandırmı?
- Hə.
- Kişidirmi?
- Hə.
- Müəllimdirmi?
- Yox.
- Şairdirmi?
- Hə.
- Sağdırmı?
- Yox.
- Sabirdirmi?
- Hə.
"Hə" sözündən sonra növbəti uşaq bayıra çıxır. Otaqdakılar yenidən məsləhətləşir, yeni adlar müəyyən edir. Bundan sonra o otağa
gəlir və suallarını verməyə başlayır. Beləliklə, bütün uşaqlar növbə ilə adların tapılmasında fəal iştirak edirlər.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
Həftənin ilk iş günü yağış yağacaq
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Koronavirusla bağlı son STATİSTİKA
Qan analizinin daha bir sirri
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
“Google”un intellekti süni intellektlər yaradacaq
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Qış geyimləri
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Karaokedə yüksək notda oxumaq istədi, beyin damarı partladı - FOTO/ VİDEO
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Saç tipinə görə daraq seçimi
Hərbi çağırışla bağlı Səfərbərlik Xidmətindən açıqlama
Gümüş xərçəngə qarşı effektiv vasitədir
Günün qoroskopu: deyilənlərdən yararlana bilərsiniz
Alen Delona "Qızıl palma budağı"ı təqdim olundu- FOTO
Esra Erol əməliyyat olundu
Smartfonların bu ziyanını bilmirdiniz
Robot "Sofiya" Azərbaycan haqqında danışdı-FOTO
Azərbaycanda hava yenidən sabitləşəcək
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Bu 4 yaşlı qızın 78 min izləyicisi var
“Xarı Bülbül”ə kino çəkilir
Bal,qoz və aloe ilə xərçəngə QALİB Gəldi
HAVA necə olacaq?
Hazal Kaya kafe açır
Uşaqlarda ağız və diş sağlamlığı (2)
Günün ulduz falı
Sony Xperia ZL2 göstərildi
Viza rüsumu ləğv olunur
Yıldız Tilbe musiqiçilərə hər kəsin içində QIŞQIRDI
Saç düzümləri
İlin transfer bombası partladı - 31.5 milyon avro
İnternat evlərində göstərilən sosial xidmətlər genişləndiriləcək
Ərdoğanın xərclədiyi pullar
Sellülit əleyhinə vasitələr
Balıq piroqu (foto resept)
Ağ südün qara üzü
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
825 uşaq Yeni il ağacı "oldu"
Ərdoğan Bakıya ikigünlük səfərə gəlir
Dəfnə sabununun faydaları
Bu şəkillər dünyanı heyrətə salıb
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Magistr olmaq istəyənlər üçün xəbər var
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
Yaxın gələcəkdə “öləcək” peşələr açıqlandı