Top kimə dəysə
Yaş: 10-14
Oyunçuların sayı: 10-20 uşaq
Meydançada böyük bir dairə çəkilir. Uşaqların bir hissəsi dairənin içərisinə doluşurlar. O biri hissəsi dairənin kənarında bir birindən bir metr məsafədə dayanırlar. Dairədən kənarda olan uşaqların əllərində top olur. Oyun başlanır. İstər dairə daxilindəki uşaqlar və istərsə də dairə xaricində olan uşaqlar var-gəl edirlər. Bir-birinə ötürməklə (rəqibi aldatmaq məqsədilə) hücum təşkil etməyə cəhd göstərirlər. Dairə içərisində olan uşaqlar isə əksinə hərəkət edirlər, özlərini müdafiə etməyə, topun dəyməsindən qorunmağa çalışırlar.
Dördbucaq ("Yer tutma")
Yaş: 10-14
Oyunda 5 uşaq iştirak edir.
Həyətdə bir dörd bucaq şəkli çəkilir. Uşaqların hər biri bir bucaqda dayanır. Beşinci uşaq ortada dayanır. Bucaqda duran uşaqlar yerlərini dəyişdirirlər. Bu zaman ortada duran uşaq bucaqlardan birini tutmağa çalışır. Yeri tutulan uşaq və oyunu uduzmuş hesab edilir və ortaya çıxır. Oyun bu qayda ilə davam etdirilir.
Bayrağı tap görüm
Yaş: 10-13
Oyunda 8-10 uşaq iştirak edir.
Oyun ləvazimatı: gözü bağlamaqdan ötrü hər bir uşaq üçün bir yaylıq.
Yaylıq uşağın özününkü olmalıdır. Uşaqlar dairə təşkil edirlər. Dairənin ortasında 8-10 addım məsafədə bayraq sancılır. Uşaqlar gözlərini yaylıqları ilə bağlayırlar. Rəhbər komanda verir: sağa, sola dön! İrəli addımla marş! və s. Uşaqlar həmin komandanı icra
edirlər. Rəhbər yenidən komanda verir: bayrağa doğru marş! Uşaqlar 8-10 addım bayrağa doğru addımlayırlar. Yeni komanda verilir: dur və gözəlrini aç! uşaqlar gözlərini açır və mərkəzdəki bayrağa baxırlar.
Kim addımlayaraq bayrağa daha yaxın gəlibsə, həmin uşaqlar qalib hesab olunur. Beləliklə, oyun bir neçə dəfə davam edir. Bayrağı görməmək şərti ilə dəsmal gözə bağlanmalıdır.
Gizlən, səni görməsinlər
Yaş: 10-13
Oyunda 10-20 uşaq iştirak edir.
Oyun kol-koslu, kələ-kötürlü, enişli-yoxuşlu, dərəli-təpəli yerlərdə oynanılır.
Uşaqlar bir kənarda sıraya düzülürlər. Bir rəhbər və bir "aparıcı" seçirlər. Aparıcı 50-100 addım qabağa keçir və arxası uşaqlara durur. Rəhbər fit verir, uşaqlar hərəsi bir kolun, ya təpənin dalında gizlənirlər. Rəhbər ikinci dəfə fit verir, aparıcı çevrilir və bir dəqiqə müddətində baxır. Görə bildiyi uşağı adı ilə çağırır. Gizlənə bilməyib görünən uşaqlar oyundan çıxarılır. Sonra rəhbər yenə də fit çalır, uşaqlar isə qaçıb ağacların, kol-kosun, daşların arxasında gizlənirlər. Bu qayda ilə oyun davam edir. Gizlənmə müddətində gizlənən uşaqlardan biri top ilə aparıcını vura bilirsə, o uşaq aparıcı rolunda çıxış edir. Bütün uşaqlar tapıldıqdan sonra oyun bitir.
Oyunun daha da səmərəli təşkili və keçirilməsi başlıca şərtlərdən sayılır. Burada oyunçu aparıcı tərəfindən tapıldıqda o cığallıq etməməli, könüllü olaraq uduzduğunu etiraf etməli və digər oyun. İştirakçılarının narazılığına şərait yaratmamalıdır.
Oyunda başlıca məqsəd hər hansı bir xoşagəlməz hadisə baş verdikdə (fövqalədə vəziyyət, müharibədə düşməndən özünü qoruyub
ona zərbə endirmək) cəldlik göstərib tam olaraq qaçıb gizlənmək, özünü təhlükədən qorumaq, lazım gəlsə, gizləndiyi yerdən çıxıb
düşməni məhv etmək və s. keyfiyyətləri aşılamaqdan ibarətdir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Sabahın HAVAsı
Putin nefti bahalaşdıracaq
Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO
Sosial şəbəkələrdə paylaşılan şəkillərə inanmayın!
Hamiləlikdə ishal
Palma yağı haqqında həqiqət
Qarpızdan zəhərlənməmək üçün...
Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişdi
Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Qrip bizə ən çox necə keçir?
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
"Qaynana" filminin Afətindən etiraf: "Xoş xatirələrdən danışa bilmərəm"
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Sabahın hava proqnozu
Gülüş günü
Hava haqqında
Saçınız sağlam olsun
Günün ulduz falı
Bu çimərliklərə getməyin!
Bir milyon bir qızılgülü Bakıda restoranın qabağına səpdi
Qızımın bağçada öyrəndikləri
Yemək otağı modelləri
Bu gündən I sinfə qəbul başlayır
5 yaşlı qız ayda 500 min qazanır
HAVA necə olacaq? 19 Mart
Güvənmədiyiniz adamlara zamin durmayın
HAVA necə olacaq?- 14 MART
Bengü hamiləliyin 8-ci ayında konsert verdi-FOTO
Nazirdən sahibkarlara xəbərdarlıq
"Çarıq" badımcan yeməyi (foto resept)
Yağış geri qayıdır
Leyla Əliyevanın oğlu klip çəkdirdi-VİDEO
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Bu dərmanlardan UZAQ DURUN - Zəhərlənməyə səbəb olur
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
İsrail yenə raket zərbələri endirdi
Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var”
Yediyimiz toyuqlar belə şişirdilir
Hamiləlik diaqnozu və testləri
Damla şokoladlı keks (foto-resept)
HAVA necə olacaq?- 13 APREL
Günün qoroskopu: Pozitiv gündür!
Meydana atılan modeldən AÇIQLAMA
Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu
Sadə tutmac (foto-resept)
- ŞƏRHLƏR