Kartof əkirik
Yaş: 10-13
Oyunda 15-30 uşaq iştirak edir.
Ləvazimat: bir neçə torba.
Uşaqlar bir neçə bərabər dəstəyə bölünürlər. Yerdə uzun bir düz xətt çəkilir. Uşaqlar dəstələr ilə xəttin qarşısında dururlar. Xətdən 10-15 m məsafədə hər dəstənin qarşısında bir neçə kiçik dairələr çəkilir. Hər dəstənin bir dənə torbası vardır. Hər torbanın içində bir neçə daş, yaxud da kartof qoyulur (məsələn; üç dənə).
Komanda ilə hər dəstədən bir uşaq çıxır, torbadakı daşları (kartofları) qarşıdakı dairələrin içinə qoyur (kartofu əkir) və geriyə dəstəyə qayıdır. Sonra torbanı sırada duran ikinci yoldaşına verir. İkinci yoldaş isə sürətlə qaçaraq daşları (kartofları) torbaya yığır və torbanı gətirib ucuncu yoldaşına çatdırır. Üçüncü yoldaşda eyni ilə həmin hərəkəti təkrar edərək torbanı dördüncü yoldaşına verir. Beləliklə, oyunda dəstənin bütün uşaqları iştirak edir. Hansı dəstənin uşaqları kartofu tez əkib qurtarsa, o dəstə oyunun qalibi sayılır.
Üçüncü qaç!
Yaş: 10-14
Oyunda 10-20 uşaq iştirak edir.
Uşaqlar iki-iki bir-birinin arxasında durub dairə təşkil edirlər. Həmin uşaqlardan biri qovur. O biri isə qaçır. Qaçan uşaq gəlib uşaqlardan hər hansı birinin qabağında dayanır. Arxada duran uşaq dairədən çıxır və əvvəlki uşağı qovanı qovmağa başlayır. Qaçan uşaq müəyyən vaxt qaçdıqdan sonra başqa bir oyunçunun önündə durur. Bu qayda ilə oyun davam edir. Oyunu bir neçə dəfə təkrar etmək olar.
Oyun olduqca maraqlı və cəlbedicidir. Bu şərtlə o düzgün, qoyulmuş qaydalar üzrə həyata keçirilsin. Yəni yoldaşı qovarkən artıq
hərəkətlər etməməlidir. Qaçarkən bir-birini itələmək, tutub saxlamaq, zor tətbiq etmək, hündürdən qışqırmaq, kimi isə ələ salmaq, idman geyimindən tutmaq yolverilməzdir. Çalışmaq lazımdır ki, oyunda bütün uşaqlar oynasınlar, fəal iştirak etsinlər. Oyun 2-3 iştirakçının üzərində qoyulmamalıdır. Xüsusən, oyunda düzgün qaçmağa və obyektiv olmağa səy göstərilməlidir.
Qaçanı qov
Yaş: 10-14
Oyunda 10-20 uşaq iştirak edir.
Böyük bir dairə çəkilir. Uşaqlar dairənin kənarı ilə bir-birindən 2-3 m məsafədə düzülürlər. Rəhbərin komandası ilə uşaqlar qaçmağa başlayırlar. Hər uşaq qabaqda qaçan uşağa əl ilə toxunmağa çalışır. Toxunulan uşaq oyundan çıxarılır. Oyun bir uşaq toxunulmayıb
qalıncaya (axırıncıya) qədər davam edir. Axıra qalıb heç əl ilə toxunulmayan uşağı qalib sayılır.
Qaçılacaq məsafə uşaqlar tərəfindən qabaqcadan müəyyənləşdirilir.
Topla qaçanı vurmaq
Yaş: 10-14
Oyunda 10-20 uşaq iştirak edir.
Ləvazimat: top
Uşaqlar iki dəstəyə bölünüb dairə təşkil edirlər. Dəstələrdən biri çöməlir, digər dəstə isə onun arxasında ayaq üstə dayanır. Beləliklə, uşaqlar cüt-cüt düzülmüş olurlar. Uşaqların arasındakı məsafə təxminən 3 və ya 4 m olmalıdır. Ayaq üstə duran uşaqlar topu bir-birinə atırlar. Əgər ayaq üstə duranlardan biri topu tuta bilməzsə, onlar dərhal qaçmağa başlayırlar. Səpələnmiş uşaqlar topu götürüb qaçanlardan birini vurmağa çalışırlar. Onlar qaçanlardan birini vura bilsələr, dəstələr yerlərini dəyişirlər. Yəni ayaq üstə duranlar çöməlir, çömələnlər isə ayağa qalxırlar. Oyun əvvəlki qayda da davam etdirilir.
Oyunu keçirməkdən ötrü qaçış sahəsi qabaqcadan müəyyən olunur. Üç dəfə topu salan dəstə digər dəstənin uşaqlarını arxasına mindirib 10 m məsafəyədək aparmalıdır.
Kənarda olanlar topla içəridə onlardan birini vurmağa çalışırlar. İçəridəkilər o tərəfə, bu tərəfə əyilir, atılıb düşür və özlərini topdan
qoruyurlar. Kimə top dəysə, oyundan çıxarılır. İçəridə bir oyunçu qalıncaya qədər oyun davam etdirilir.
Əgər içəridəkilər topu "göydə" tuta bilsələr, oyundan çıxarılmış uşaqlar yenidən dairə içərisinə daxil olur və oyunu yenidən davam etdirirlər.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
Gülüş-3
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Öskürəyə qarşı ballı qəhvə
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Bakıda ilk dəfə
Ramazanın altıncı gününün duası
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Günün qoroskopu: Uğurlu gündür!
Güclü külək əsəcək, temperatur enəcək
Başda və dəridə olan piy vəziləri (lipoma)
"Ananas" salatı (foto-resept)
TQDK-dan müraciət
"Xəstə bina" sindromu
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Qırışların yaranmasının qarşısını alan maska
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
Azərbaycan ombudsmanı mükafat aldı
Avropada koronavirusun yeni dalğası gözlənilir
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Sevgiyə həsrət
10 oğuldan sonra qız anası oldu-FOTO
Mursilər qəbiləsinin qadınları-FOTO
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Müəllimlərə daha bir şad xəbər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Belinizin formasına görə necə geyinməlisiniz?
Məşhur restoranlar şəbəkəsi bağlandı-SƏBƏB
Yaz-yay ayaqqabı modelləri
Pendirli poğaça (video-resept)
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Yeni trend: Saç sırğaları
Məşhur verilişə Kenan aparıcılıq edəcək-FOTO
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Valideynlərə bayram xəbərdarlığı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
62 yaşında ana olmağa hazırlaşan qadın
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Yel Çərşənbəniz Mübarək!
- ŞƏRHLƏR