İki şəhər
Yaş: 10-14
Oyunda 10-20 uşaq iştirak edir.
Oyun yerində bir düzbucaqlı çəkilir. Düzbucaqlının ortasından və kənarlarından düz xətlər çəkilir. Kənar hissələrdəki xətlər ortadan çəkilmiş xəttin sağ (sol) hissəsindən kiçik olmalıdır. Bu şərti olaraq "şəhərcik" adlanır. Beləliklə, hər iki tərəfdə bir "şəhər" yaranır.
Uşaqlar iki bərabər dəstəyə bölünür və ortadakı xətt üzrə hər iki tərəfdə arxa- arxaya dururlar. Hər dəstənin bir rəhbəri olur. "Yaş" "quru" deyib püşk atırlar. Uduzan tərəf qaçır, o biri tərəf qovur. Bir dəstənin uşaqları qaçarkən o biri dəstənin uşaqları onları tutub "əsir" almağa çalışırlar. "Əsir" almaq üçün əl ilə toxunmaq kifayətdir. Əsir düşənlər oyundan çıxarılır. İkinci dəfə püşk atırlar və oyun əvvəlki qayda ilə davam edir.
Bir tərəfin uşaqları tamam "əsir" alındıqdan sonra oyun bitir. Şəhərə çatdıqda və ya şəhər xəttini keçdikdən sonra əsir götürmək
olmaz. Oyun yerinə və iştirakçıların sayına uyğun olaraq dördbucaqlı çəkilir.
Qaçdı tutudu
Yaş: 10-14
Oyunda 10-20 uşaq iştirak edir.
Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.
Gözbağlıca
Yaş: 10-16
Oyunda 10-30 uşaq iştirak edir.
Oyun ləvazimatı: fit və qayış (dirə).
Uşaqlar əl-ələ tutub dairə düzəldirlər. İki uşaq ortaya çıxır. Birinə fit, o birinə dirə (qayış) verilir. İkisinin də gözü öz yaylıqları ilə bağlanır. Uşaqların biri fit çala-çala qaçır. O biri qayışla onu vurmağa çalışır. Dairədə olan uşaqlar onları dairə xaricinə buraxmırlar. Fit çalan uşağa qayış dəyirsə, bu vaxt uşaqlar yerlərini dəyişdirirlər. Bu oyunu dirəsiz qayışsızda oynamaq olar: bu halda ikinci uşaq birinci uşağı tutmağa çalışır. Uşaq tutulduqda yerlər dəyişir. Oyun beləliklə davam edir.
Balıq ovu
Yaş: 10-14
Oyunda 16-20 uşaq iştirak edir.
Oyun meydançada aparılır, meydançanın bir tərəfində dairə çəkilir, bu dairə "balıqçı evi" adlanır. Uşaqlar iki dəstəyə bölünürlər: "balıqlar" və "balıqçılar".
"Balıqlar" meydançada o tərəfə, bu tərəfə gəzişirlər. "Balıqçılar" əl-ələ tutub dairə təşkil etməklə gəzişərək "balıqları" tutmağa başlayırlar.
Dairə ilə hərəkətdə olan uşaqlar balığa yaxın gəldikdə qəflətən onu əhatə edib dairəyə alırlar. Balıq "çırpınaraq" dairəni yarıb çıxmağa
çalışır. Dairədən çıxa bilməyən balıqlar tutulmuş hesab edilir. Tutulmuş balığı meydançadakı dairə içərisinə "balıqçı evinə" salırlar. Tutulmuş balıqlar balıqçı evindən kənara çıxmamalıdır. Oyun bu qayda ilə davam edir.
Bütün balıqlar tutulduqdan sonra uşaqlar yerlərini dəyişdirirlər. Balıqlar balıqçı yerinə, balıqçılar isə balıqların yerinə keçirlər.
Oyun qaydalarında dəyişikliklər etməklə həmin oyunu başqa variantda da təşkil etmək olar. Yəni tutulanları "balıqçı evi"-ndə saxlamaq deyil, onların balıqçı uşaqlara qoşulub ovla məşğul olmaları nəzərdə tutulur. Bu variant oyun müddətində bütün uşaqların hərəki
fəallığının yüksəldilməsi üçün çox vacibdir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
1 iyun-Uşaqların beynəlxalq müdafiəsi günü
Yadplanetlilərin mövcudluğu təsdiqləndi – FAKTLAR/Video
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Bakının məşhur məktəbi niyə sökülür?
İmtahanların vaxtı bilindi
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Sabiq müdafiə naziri: "4 növ yadplanetli gəlmişdi, güllələdik"
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...
Sadə salat (foto resept)
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
82 yaşlı ulduz estetik əməliyyatlardan imtina etdi-FOTO
Qurban Qurbanovdan qələbə şərhi
Nüsrətdən şokolad şousu - VİDEO
HAVA necə olacaq? 28-yanvar
Azərbaycanda daha 27 nəfər koronavirusdan öldü: 685 yeni yoluxma
Dərinizi oxuyun
Saçlarınız qırılır?
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Bakıda saxta pul çap edənlər tutuldu
Tarixin ən cazibədar qadını açıqlandı
Ürək üçün 5 faydalı qida
Yun köynəklərlə necə tərz yaratmalı?
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Məşhurlar Aslı Enveri təbrik edirlər-FOTO
Bakıda bukinislər niyə azalıb?
Tibetin cavanlaşdıran 5 idman hərəkəti
İş axtaranların nəzərinə!
Metropoliten gücləndirilmiş rejimə keçdi
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO
WhatsApp-da yeni yasaq
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Bel ağrılarını necə azaltmalı?
Saçların qabarmasının qarşısını necə almaq olar?
Qəribə geyim və aksesuarlar
Vəsiqəlik şəklimizi niyə sevmirik?
Dırnaqları tez uzadan maska
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Pulun iyinə komadan oyandı
Ving Çun
Tərəvəzli plov (foto resept)
Milli xörəklərin kolorisi məlum oldu
Arıqlamaq üçün alma sirkəsi içdi, öldü...
Britni Spirs uşaqların alimentini artırmalı oldu-FOTO
- ŞƏRHLƏR