Mərə tutdu
Yaş: 10-16
Oyunçuların sayı: 5-10
Ləvazimat: oyunçuların sayı qədər çubuq və bir top.
Hər uşaq özünə balaca çuxur çala qazır və əlindəki çubuğunun bir ucunu çalaya qoyur, o biri ucunu əlində tutur və çubuğu dik saxlayır. Uşaqlar bu minvalla həm də dairə təşkil edirlər. Uşaqlardan biri dairə içərisində dayanır. Dairənin mərkəzinə iri bir top və yaxud da doldurulmuş top qoyulur.
Uşaqlardan biri yerindən çıxaraq əlindəki çubuqla topu vurur və həmin dəqiqə öz yerinə qayıdaraq çubuğunun ucunu öz çalasına qoyur. Başqa uşaqlarda həmin hərəkəti təkrar edirlər. Dairənin mərkəzində dayanmış uşaq çalışır ki, topu vuranın yerinə qayıdıncaya qədər öz çubuğunu onun çalasına qoysun. Əgər mərkəzdəki uşaq buna müvəffəq ola bilirsə, bu zaman yeri tutulan uşaq mərkəzə gəlir və
həmin oyunçunu əvəz edir.
Oyunda çalasının tutulmasına imkan verməyən uşaqlar qalib hesab olunur və oyun bu minvalla əvvəlki qayda ilə davam edir.
Çiling ağac
Yaş: 10-16
Oyunçuların sayı: 2-6 nəfər
Ləvazimat: 60-70sm uzunluğunda və iki barmaq yoğunluğunda bir ağac və 15-20 sm uzunluğunda və nazik barmaq yoğunluğunda çiling (kiçik bir ağac). Oyunu başlamazdan əvvəl oyun nöqtəsi çala, kiçik bir çuxur qazılır. Bura oyunun mərkəzi adlanır. Oyunçular iki dəstəyə ayrılırlar. Oyunda hər tərəfdən bir uşaq iştirak edir.Uşaqlar "yaş", "quru" atırlar (püşk) qalib gələn tərəf oyuna başlayır.
Oyunun gedişi: Oyunu başlayan tərəfin uşaqlarından biri ağacla çilingi vurur və ağacı çalaya qoyur. İkinci dəstənin uşaqlarından biri isə çilingi havada ağacla vurmağa çalışır. Əgər ağac çilingə dəysə oyun bununla bitir və dəstələr yerlərini dəyişdirirlər. Çiling dəyməzsə, oyun əvvəlki qayda üzrə davam edir.
Birinci dəstə çilingi üç dəfə vurur və onu digər dəstəyə tərəf yönəldir. 2-ci dəstənin uşaqlarından biri isə öz çalalarının qabağında ayaq üstündə durur və öz bədəni ilə və əlində tutduğu ağacı ilə "uçub" gələn çilingi çalaya düşməkdən qoruyur. Bunun üçün çalanın kənarında çöməlir və əlindəki ağacı çala ətrafında gəzdirir, çiling çalaya doğru gəldikdə ağac ilə vurub qaytarır. Bu qayda ilə çilingi 6 dəfə vurulur və onu digər dəstəyə tərəf yönəldir və bununla da oyun bitir. Bütün oyun müddətində əgər ikinci oynayan tərəf çilingi "göydə tuta bilirsə yaxud çilingi çaladan bir ağac məsafəyə sala bilirsə, oyun bitmiş hesab olunur. İkinci tərəf oyunu yenidən başlayır.
Dayan
Yaş: 12-16
Oyunda 6-12 uşaq iştirak edir.
Ləvazimat: top
Uşaqlar sıraya düzülürlər və birincidən başlayaraq sıra ilə sayırlar: 1, 2, 3, 4, 5, 6. hər bir uşaq öz nömrəsini yadında saxlamalıdır. Say qurtardıqdan sonra uşaqlardan biri sıradan kənara çıxır, topu atır və uşaqlardan birinin nömrəsini səsləyir. Çağırılan uşaq qabağa çıxır. Başqa uşaqlar isə qaçırlar. Birinci uşaq olduqca sürətlə topu tutmağa çalışır. Topu tutan kimi "dayan" - deyə çığırır. Bu zaman bütün qaçan uşaqlar dayanırlar.
Birinci uşaq topu yanında duran uşaqlardan birinə vurur və yerindən tərpənmir. O, yalnız o tərəf bu tərəfə əyilə bilər, yaxud yerində tullana bilər. Əgər top oyunçulardan heç birinə dəyməzsə, yenə birinci uşaq topun dalınca gedir, o biri uşaqlar isə qaçmağa başlayırlar.
Qovan uşaq topu ələ götürdükdə, dayan deyə çağırır və yaxındakı uşağı vurur; bu qayda ilə oyun davam edir. Əgər birinci uşaq oyunçulardan birini top ilə vura bilirsə, vurulan uşaqla öz yerini dəyişir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Sevginin qarşılığında qazandıqlarımız
Qazlı içkidənsə, zəhər için
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
Diqqət! İnfeksion xəstəliklər yayılır
Elmdə sensasiya: Ay məhv ola bilərdi
Koronavirusun asimptomatik gedişinin səbəbi bəlli oldu
Batareya texnologiyasında inqilab olacaq
Vineqret (foto resept)
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Avqustda ilan sancmaları artıb
Ordumuz itki verməyib
Hazal Kaya gəlin olacaq-FOTO
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Səbət modelləri
Baletin ruhu
Prezident: “Düşmən şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdı”
Vanda tullantılardan rəsm əsərləri
Model 57 gündür koronavirusdan sağala bilmir-FOTO
İrem Derici pilləkənlərdən yıxıldı
Yeni ipoteka təklifi
Berkay tənqid olundu - FOTO
“Instagram” da bu funksiyanı aktivləşdirdi
Məşhur reperin saç stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Nikol Paşinyan: “Mən bacarmadım”
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: "Vaxt çatıb"
Texnologiyanın uşaqlara zərəri
Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Uşaq otağı dekorasiyası üçün maraqlı nümunələr
Burak Özçivitin 150 minlik maşını-FOTO
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Qadın.net ulduzlarının tarixi kökləri (I hissə)
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Rəngarəng geyimlər
Məşhur cütlüyün Toy Tarixi Bəlli oldu-FOTO
Kəvərli kolbasalı piroq(foto-resept)
Bu yol 25 gün bağlı olacaq
Məşhur aktrisadan gözlənilməz cavab
Facebook-dan Azərbaycana zərbə
“Bakı-2015” əhali arasında fotomüsabiqə elan edir
Məşhur alim 120 yaşa qədər sağlam yaşamağın sirlərini açdı
Saat neçədir?
Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO
Sənsizəm...
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
- ŞƏRHLƏR