Dərinin canlı və sağlam görünməsini istəyirsinizsə, kartof maskasından istifadə edin.
Kartof maskası necə hazırlanır?
Kartofun qabıqlarını soyun və sürtgəcin incə tərəfi ilə sürtgəcdən keçirin. Sürtgəcdən keçirdiyiniz kartof suyunu sıxaraq qaba qoyun. Bu su ilə quru olan üzünüzü yuyun, qalıntılarını gözaltınızı və burun üzərinə qoyaraq bir müddət gözləyin.
Sonra üzünüzü bol su ilə durulayın. Bu maskanı həftədə 3 dəfə tətbiq edə bilərsiniz. Kartof maskasının bilinən zərəri yoxdur, ancaq həssas dəriyə və alergik dəriyə sahibsinizsə, maskanı istifadə etmədən əvvəl həkimlə məsləhətləşin.
Kartof maskasının dəriyə faydası:
- Təbii pilinq təsiri ilə ölü dərilərdən təmizləyir. Dərini nəmləndirdiyi üçün quru dəriyə sahib olanlar üçün çarədir. Gözaltı qaraltılarından və dəri ləkələrindən xilas olmağa kömək edir. Gözaltı şişlərini aradan qaldırır.
- Antibakterial xüsussiyəti ilə sızanaqlardan xilas olmağa kömək edir. Məsamələri sıxlaşdırır. Dərinin rəngini açaraq günəş ləkələri kimi problemlərini həll edir.