Kəsmik tərkibli maskalar dərini tonusda saxlamağa kömək edən, vaxtından əvvəl qocalmanın qarşısını alan və hətta ləkə problemini aradan götürə bilən çox gözəl bir kosmetik vasitədir. Bundan əlavə, kəsmik istənilən dəri tipinə uyğundur, istənilən marketdə satılır və ev şəraitində ondan maska hazırlamaq çox asandır.
Quru dəri üçün maska
* 1 xörək qaşığı yağlı kəsmiyə 2 xörək qaşığı isti süd əlavə edib üz dərisinə çəkin, 20 dəqiqə sonra isti suyla yuyun.
* Kökü xırda-xırda rəndələyin, üzərinə eyni miqdarda yağlı kəsmik, 2 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın üzünüzə çəkin və 20 dəqiqə sonra isti su ilə yuyun.
Yağlı dəri üçün maska
* 1 xörək qaşığı yağsız kəsmiyi eyni miqdarda doğranmış turşənglə qarışdırın, ora 1 yumurta ağı, 1 çay qaşığı bal və limon şirəsi əlavə edib yenə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.
* 1 xörək qaşığı kəsmiyi eyni miqdarda doğranmış cəfəri ilə qarışdırın,ora turş süd əlavə edib üzünüzə çəkin,15 dəqiqə sonra ilıq su ilə yuyun.
Qarışıq dəri üçün maska
1 xörək qaşığı kəsmiyi eyni miqdarda duzlu kələmlə qarışdırın və ora bir az qara çörək, 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı gülümbahar çiçəyinin məhlulunu əlavə edib qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə sonra soyuq su ilə yuyun.
Hər növ dəri üçün maska
1 ədəd bananı əzin, 1 xörək qaşığı əzilmiş banan üzərinə 1 xörək qaşığı kəsmik, 2 xörək qaşığı isti süd əlavə edin, qarışdırın. Maskanı üzünüzə çəkin, 20 dəqiqə saxlayın və isti su ilə yuyun.
Hər növ dəri üçün ağardıcı maska.
* 1 xörək qaşığı kəsmiyi 1 xörək qaşığı cəfəri şirəsində qarışdırın, üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
* Cəfəri şirəsi əvəzinə cəfəri dəmləməsi də istifadə edə bilərsiniz. Bunun üçün 2 xörək qaşığı doğranmış cəfəri üzərinə 1 stəkan qaynar su tökün. Yarım saat qaynadın, sonra soyudub süzün.
Ağardıcı effektə malik digər bir maska : 1 xörək qaşığı kəsmik və 1 xörək qaşığı cəfərini ( şirəsi ya da dəmləməsi ) qarışdırın. Yağlı dərili xanımlar yaxşı olar ki, kəsmik əvəzinə turş süddən istifadə etsinlər.
Unutmayın, maskalardan kortəbii şəkildə istifadə etmək olmaz!... İstifadədən əvvəl həkim məsləhəti əsas şərtdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu:Uğurlu gündür!
Hava xəbərdarlığı edildi
Zərbə helikopterlərimiz Füzuli istiqamətində cəbhə boyu uçuşlar həyata keçirir
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
Müasir vanna otaqları
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
Özge Gürel yeni filmdə
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Bakıda yeni yol nişanları və yeni qadağalar
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər edilir
Rəngarəng corab modelləri
Yaşıl çayı xeyirli bilirdiniz? Oxuyun...
Beren Saat sehirli "Atiye" rolunda
İrem Derici manyak fanatından gizlənir
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Bəşəriyyət üçün daha bir təhlükə: Qaz sızıntısı aşkarlandı
Qadınlar haqqında deyilənlər
Kəlbəcərin Çıraq kəndindən görüntülər - VİDEO
Tamaşaçıların nəzərinə!
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
"Vineqred" salatı (foto-resept)
Cütlüklərin toy fotolarına dair 25 planı
Erməni tərəfi cəbhədə növbəti itki verib
Boris Conson 6-cı dəfə ata olacaq-FOTO
İkinci bahar
Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ
Cins şalvarlar
Gəlinliklər
Sosyopatı necə tanımalı? (3)
Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO
İki körpə atasız qala bilər!
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Maraqlı tapşırıqlar - 1
Baş nazirin mətbəxinə siz də baxın
Qızılla bağlı şok gözlənti
Balanın ana sevgisi: kövrək hekayət
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Evlənənlərin də sayı artdı, boşananların da
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
Ukrayna xalqı məhv ola bilər
Gül dərənə İnanılmaz Cəza
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Maskanızı özünüz hazırlayın
Günün ulduz falı
Xaşxaşlı çiyələkli keks (foto resept)
Eynəyi necə seçməli?
Gül kələmi yeməyi
- ŞƏRHLƏR