Qara nöqtələr və üz bölgəsində yaranan ləkələrdən qurtulmaq üçün təbii mənşəli maskalar öyrənmək istəyirsinizsə, xəbərin ardını oxuyun...
Üzümüzdəki məsamələrdə yaranan qara nöqtə və ləkələr tamamilə təbii üsullarla hazırlayacağınız üzə qulluq maskası ilə yox olacaq. Üz bölgəsində yaranan qara nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska reseptini təqdim edirəm:
Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzünüzə maska kimi sürtün. 1-2 saata qədər üzünüzdə qatığın qurumasını gözləyin və qatıqlı maska üzünüzdə quruduqdan sonra ilıq suyla üzünüzü durulayın.
Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.
Bundan başqa, mineral suyu buz qəliblərində dondurub, səhər-axşam üzünüzə sürtsəniz, dərinizdəki canlılığını və təravəti hiss edə bilərsiniz.
Üzdəki qara nöqtələr və ləkələr üçün möcüzəvi maska ilə tanış olun.
Tərkibi:
1 çay qaşığı gil
1 çay qaşığı pomidor suyu
2 damla ərik yağı
2 damla portağal yağı
2 çay qaşığı mineral su
Bütün vəsaitlər qarışdırılır, hamar bir konsistensiyaya gətirilir. Üzdəki ləkələrə, ya da qara nöqtə olan bölgələrə sürtülür. Quruyana qədər gözləmək lazımdır. Sonra ilıq suyla yuyulur. Həftədə 2 dəfə tətbiq olunur.
Hamar və ləkəsiz bir dəriyə sahib olmaq hər qadının istəyidir. Sizə olduqca təsirli olan təbii bir üsuldan - soda və mayanın dəriyə faydalarından bəhs etmək istəyirik.
Tərkibi:
1 çay qaşığı yaş maya
1 çay qaşığı soda
10 damcı su
Mayanın içərisinə sodanı qarışdırıb, 10 damcı su ilə isladın. Əldə etdiyiniz qarışığı üzünüzə sürtün və 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska sayəsində məsamələr təmizlənəcək və dəridə olan ləkələrin rəngi zaman keçdikcə açılacaq.
Əgər qara nöqtələr sizi əsəbləşdirirsə, onların meydana gəlməsinə maneə törədəcək və yaranan qara nöqtələrdən xilas olacağınız bitki mənşəli maskanı yoxlayın.
Tərkibi:
1 çay qaşığı balqabaq püresi
1 çay qaşığı bal
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı un
1 ədəd yumurta
Qarışığı çəngəllə əzin və qarışdırın. Təmiz, quru dəriyə sürtün və 20 dəqiqə gözləyin. İlıq suyla yuyun. Bu müalicəni həftədə bir dəfə edin.
Həkim Pervin Bulgak da qara nöqtələr üçün türk qəhvəsi ilə edilən vasitə təqdim edib.
Tərkibi:
1 desert qaşığı türk qəhvəsi
1 desert qaşığı sızma zeytun yağı
Bir kasaya 1 çay qaşığı qəhvəni töküb, üzərinə yağı əlavə edib qarışdırın. Dərisində yara və sızanaq olanlar tətbiq etməsin. Bu qarışığı bütün üzünüzə çəkin. Əlinizlə yaxşıca yayın. 2-3 dəqiqə sonra soyuq suyla yuyun.
Normal və yağlı dərili insanlar bunu hər həftə tətbiq edə bilər. Həssas dərisi olanlar 15 gündən bir tətbiq etməlidir. Yuduqdan sonra həssas və normal dərisi olanlar üzlərini mineral su ilə tonik şəklində silə bilərlər.
Yağlı dərisi olanlar isə gül suyu ilə tonik etməlidirlər.
Üzdəki qara nöqtələr üçün başqa bir maska:
2 çay qaşığı qarğıdalı unu
1 desert qaşığı qatıq
Unu və qatığı bir qabda qarışdırın. Göz ətrafınızdan başqa dekolte bölgəniz də daxil olmaqla, üzünüzə sürtün. Quruyana qədər gözləyin və üzünüzdən ovaraq çıxardın. Sonra dərinizi ilıq su ilə yuyun. Əgər bacarsanız, üzünüzü 5 dəqiqəyə qədər çobanyastığı suyunun buxarına tutun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR