Evdə özünüz ətir hazırlayaraq zərərli kimyəvi maddələrdən qoruna bilərsiniz. Bu yolla öz sağlamlığınızı da qorumuş olarsınız. Ətirlərdə işlədilən kimyəvi maddələrin 95 faizi neftdən hasil edilir və çoxu da olduqca zəhərlidir. Sizə elə gələ bilər ki, çiçək ətri verən bir ətri məhz elə həmin çiçəkdən hazırlayırlar. Amma bu, belə deyil. Onlar sintetik aromatizatorlar vasitəsilə ətirləndirilir ki, bunlar da neftdən hazırlanır. Dolayısı yolla da bu, bizim sağlamlığımıza mütləq təsir edir.
Evdə ətir hazırlamaq çox asandır. Aldığınız ətirlərdən fərqli olaraq bunların tərkibini də bilmiş olacaqsınız. Ətir hazırlamaq üçün bunlara ehtiyacınız olacaq:
- Yağ turşusu
- Təmiz spirt (və ya orqanik araq)
- Saf su.
- Bitki mənşəli qliserin.
30 ml spirti tünd rəngli bir qaba boşaldın. Sevdiyiniz yağ turşusundan 10 damcı onun üzərinə əlavə edin. Amma hamısını birdən əlavə etməyin. Yağın hər damlasını əlavə etdikcə qabı yavaşca silkələyin ki, spirtə qarışsın. Spirtlə yağı ayrı bir qabda qarışdırandan sonra da tünd rəngli qaba əlavə edə bilərsiniz. Şüşənin ağzını bağlayın və 2 gün qaranlıq bir yerdə saxlayın. 2 gündən sonra bu qarışığın üzərinə 2 yemək qaşığı saf su əlavə edin və yaxşıca qarışdırın. Sonra üzərinə bir neçə damcı bitki mənşəli qliserin əlavə edin. Qliserin sayəsində ətir dərinizi qurutmayaqcaq. Qabın ağzını bağlayaraq yenidən qaranlıq bir yerdə 2 gün saxlamalısınız. Bundan sonra isə sprey tipli qabınız varsa, ətiri onun içinə boşalda bilərsiniz.
4 damcılıq: berqamot, istiot, limon.
3 damcılıq: sidr ağacı, müşk sürvəsi, bosvelliya, qreypfrut, lavanda, naringi, mərzə.
2 damcılıq: kardamon, şirin çobanyastığı, zəncəfil, neroli, paçuli, istiot, çay ağacı.
1 damcılıq: limon otu, nanə, pelarqoniya, ilanq-ilanq.
Hazırlaya biləcəyiniz bəzi qarışıqlara nəzər salaq:
- 2 damcı zəncəfil, 4 damcı berqamot, 2 damla hil - ədviyyatlı gözəl bir ətir yaranacaq.
- 2 damcı yasəmən, 2 damcı ilanq-ilanq, 1 damcı səndəl ağacı yağı, 1 damcı gül yağı, 2 damcı vanil yağı - xoş bir çiçək ətri yaranacaq.
- 1 damcı pelarqoniya, 4 damcı limon, 4 damcı nanə: xoşbəxtlik gətirən bir yay təravətli ətir yaranacaq.
Bu tərkiblər 30 ml spirtə qatılır. Miqdarlarını iki dəfə artıraraq spirti 60 ml götürə bilərsiniz. Dərinizi qurutmamağı üçün 30 ml spirtə 10 damcədan artıq yağ vurulmamalıdır. Ətrinizi qaranlıq və sərin bir yerdə, mümkündürsə, soyuducuda saxlayın. Daim qaranlıq və sərin yerdə 1 il də xarab olmadan qalar.
Bitki tərkibli olduğuna görə təbii ətirlərin təsiri dəridə daha uzun müddət özünü qoruyub saxlaya bilir. Çoxu da yağ tərkiblidir deyə istifadəsi də xoş olur. Bu ətirləri təmiz dəriyə sprey vasitəsilə fısqırda və ya əlinizlə vura bilərsiniz. Bu ətirlər üçün ən uyğun yer biləklər, sinə arası, dirsəklərin iç hissəsi və boyun nahiyələridir. Bu nahiyələrdə dəri incə olduğuna görə dərinin altındakı damardan qan keçdikcə istiliyi ətrin yayılmasına səbəb olur.
Hər bir xanım evində baxımlı və səliqəli olmalıdır. Bu ətirlər vasitəsilə həm sağlamlığınızı qoruyacaq, həm də evinizdə gözəl əhval-ruhiyyə yaradacaqsınız.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında - 25.12.2013
Bayram üçün kombin tövsiyələri
Qeyri-adi paxıllıq-VİDEO
Qəbul imtahanlarının vaxtları açıqlandı
İnstaqram üçün necə şəkil çəkdirməli?
Tez uzanan və güclü saçlar üçün 7 maska
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Almalı piroq (foto resept)
Uşaqlarda depressiya əlamətləri
Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
HAVA necə olacaq? 10-yanvar
Balıq qoxusunu aradan qaldıran üsullar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Qısa ətəkli ziyafət geyimləri
İş yerində yanlış davranışlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəriyə qulluqda gül suyu və yağı
Ətli mini zapekanka (foto resept)
Hər 10 qadına 22 uşaq düşür
Fəza təfəkküründən məntiqi sual(2)
Milli parklar təhlükədə
Yayın "qış" xəstəlikləri
Can Yamanı onlar da müdafiə etdilər
İvana Sert sevgilisi ilə tətildə
Yeni bankomatlar gəlir
Dabansız ayaqqabılar
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Qara nöqtələr üçün bal maskası
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Evdə heyvan saxlamağın faydaları
2014-cü ilin bahar ətirləri
Sənə qırmızı cox yaraşır
Ermənistan prezidentini öldürmək istədilər
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Kiçik top biskvitlər (foto resept)
Məşhur aparıcı övladını itirdi
Uşaqlara tez-tez hədiyyə almayın!
Uşaqları yemək yeməyə həvəsləndirək
Ronaldonun yeni klubu bəlli oldu
Müasir dərdin dərmanı - ...sevin!
Kömək gözləyən sevimli heyvanlar
8 qadın nazir təyin olundu
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
2017-ci il çanta dəbində çəhrayı
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
Sirli təbiət-Hissə 2
HAVA necə olacaq?
Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
Sürücülərin diqqətinə
- ŞƏRHLƏR