Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.
Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.
Əlbəttə ki, kirpikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kirpiklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır. Bu prosedura çox sadə və ağrısızdır: kirpikləri səliqə ilə xüsusi mütəkkələrin (“biqudi”) üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Öz təsirlərini göstərmək üçün mütəkkələri 20 dəqiqə ərzində (mütəkkələrin qalınlığı fərdi şəkildə seçilir) kirpiklərin üzərində saxladıqdan sonra çıxarırlar. Prosesin son mərhələsi qidalandırıcı tərkibin çəkilməsidir. Adətən, bu hər hansı bir yağ olur. Kirpiklərin burulmasının effektivliyi təxminən 3 ay müddətində — kirpiklərin təbii “həyat müddəti” başa çatanadək saxlanılır. Kirpiklər burulduqdan sonra ağardığı üçün, bir neçə gün sonra onları boyayırlar.
Burulmuş kirpiklərə ev şəraitində kirpiklərə qulluq edilməsi üçün tərkibində vitaminlər və gənəgərçək yağı olan xüsusi balzamlardan istifadə etmək məsləhət görülür. Balzam gündə 1 dəfə olmaqla, yatmamışdan 2 saat əvvəl çəkilir.
Hər hansı bir göz xəstəliyi, allergik reaksiyalara meyllilik olanda, kirpiklərin kimyəvi burulması və rənglənməsi aparıla bilməz!
Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur: “kirpiklərin dəstə şəklində uzadılması” və “kirpiklərin tək-tək uzadılması”.
Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.
Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Belə kirpiklər, heç də kirpiklərin tək-tək uzadılmasında olduğu kimi, uzun müddət qalmır və bir azca da qeyritəbii görünür. Kirpiklərin tək-tək uzadılmasından fərqli olaraq, onların dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur, sanki onları ağırlaşdırır. Bu üsulun üstünlüyü isə onun daha ucuz olması və kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.
Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə müəyyən edirlər.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukrayna neftimizi istəyir
Əzələlər və stress
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Sevgidə çətinliklər...
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Enli ətəkli şalvarlar
Qarağatlı piroq (foto resept)
Qiyməli pide (foto resept)
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Piylənmə və maddələr mübadiləsi sindromu
2018-in trend aksesuarları
Sitatlarımız - III hissə
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Göz rənginə görə göz qələmi seçimi
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Hazal Kaya gəlin olacaq-FOTO
“Xətai” stansiyası bağlandı
Ermənilər Ağrı dağ tamahı
Ən yaraşıqlı türk aktyorlar
2020 yay trendləri
İstirahət gününün HAVAsı
Səfərbərlik qaydasında dəyişiklik
Katsudzo Nişinin 6 qaydası - 3
Mərkəzi Aran rayonlarında günvurma problemi
Azərbaycanın caz əfsanəsi
Günün ulduz falı
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Toyota Camry-də yenilik var
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Fərqli badımcan turşusu (foto resept)
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Sabahın HAVAsı
Sevən qısqanarmı?!
Bu ərazidə iki gün işıq olmayacaq
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Sentyabr ayının qalibləri!
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
HAVA necə olacaq?-10 dekabr
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Gənc qalmağın sirləri
Kəs və yapışdır-9
Kiçik biznes qurmağın yolları
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Android üçün yeni servis olacaq
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Burcu Esmersoy qayınanasını izləmədən çıxartdı-FOTO
- ŞƏRHLƏR