Kosmetologiyada kriopilinq - üzün soyuq hava ilə təmizlənməsindən həm müalicə məqsədi ilə, həm də kosmetik vasitə kimi istifadə edilir. Hazırda aerokriopilinq gözəllik salonlarında istifadə olunan kosmetik vasitələrindən biridir və günü-gündən daha da geniş yayılır.
Aerokriopilinqin əsasını pilinq - dərinin təmizlənməsi təşkil edir.Fərqli cəhəti odur ki, aerokriopilinqdə mexaniki və kimyəvi pilinq vasitələrindən deyil, soyuq havadan faydalanırlar. Digər müsbət cəhəti dərinin daha az zədəyə məruz qalması və daha çox nəzərəçarpan nəticəsinin olmasıdır.
Aerokriopilinq haqqında ekspertlərin fikirlərini öyrənək:
Aerokriopilinqdə müxtəlif tibbi dərmanlardan donmuş şəkildə istifadə olunur. Hər konkret problem - böyük olmayan çapıqlar, ziyillər, qara nöqtələr, piqment ləkələri və zəif qırışların hər birinə fərdi dərmanlar seçilir. Aerokriopilinqin həyata keçirilməsi nəticəsində dəridəki kiçik nöqsanlardan xilas olmaq olar, bu proses dərini cavanlaşdırır və təravətləndirir. Belə ki, soyuğun təsiri ilə dəridəki maddələr mübadiləsi sürətlənir. Buna görə də aerokriopilinq dərinin digər vasitələrlə təmizlənməsindən daha effektlidir.
Kriopilinqdən istifadə etmək istəyən insan nələrə fikir verməlidir?
Birincisi, dəriyə kifayət qədər aktiv təsir olunduğu üçün o, prosedurdan dərhal sonra iltihablı, qızarmış görünə bilər. Bu vəziyyət 2-3 gün davam edə bilər. Dərinin buynuzlaşmış təbəqədən tam təmizlənməsi üçün 3-6 gün tələb olunur. Bu müddət bitdikdən sonra dəri hamar və parlaq görünür. Öz cədvəlinizdə kriopilinq vaxtını təyin edərkən, bunları nəzərə alın.
İkincisi, artıq bir neçə prosedurdan sonra effekt aydın hiss olunur. Mütəxəssislər 2-3 aerokriopilinq seansından keçməyi məsləhət görürlər.
Üçüncüsü, hiss olunan yaxşı effekti almaq üçün kriopilinqi (digər dəri təmizləmə metodlarında olduğu kimi) pilinqdən sonra dərini sakitləşdirən, faydalı maddələrlə təmin edən başqa prosedur və vasitələrlə əlaqələndirmək lazımdır. Əlavə vasitələr kimi kriomasaj, qidalandırıcı maska və kremlər, dərinizin tipinə uyğun olan digər vasitələrdən faydalanmaq olar. Bunları isə gözəllik salonundakı mütəxxəsisin məsləhəti ilə əldə edə bilərsiniz.
XƏBƏR LENTİ
İlham Əliyev bu rayona 6,1 milyon manat ayırdı
Senatorlar prezidenti işdən çıxardılar
Makaronlu şorba (foto resept)
Ölkələrə görə gəlin və bəy
Hava haqqında
Ayların romantikası
Ed Şiran ata olacaq
Qanlı yanvarın təşkilatçısı "arzuolunmaz şəxs" elan edildi
Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB
Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ
Ermənilər yenə səfirliyə yumurta atdılar
2019-da nələr dəbdə olacaq?
Nemət Pənahlı sərbəst buraxıldı
Bu gün atəşfəşanlıq olacaq
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb - FOTO
Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
“Çukur”da yeni aktyor-FOTO
Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər?
Uşaqlarınız hansı saytları açırlar?
Hava haqqında - 08.10.2013
Ağdamda düşmən təxribatı: Jurnalist yaralandı - VİDEO
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Günün ulduz falı
Sinidən düzəldilmiş ev aksessuarları
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Qadınların ətəklərini gödəldən inqilab
Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı
Sabah da qar yağacaq
Avropa enlənir
Düyü pəhrizi ilə günə 1 kq arıqla
İdmançımız erməniyə qalib gələrək dünya çempion oldu
Bakıda pulsuz "Wi-Fi" olacaq - ÜNVANLAR
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
Hər yaşa uyğun çətirlər
Sağlam və dolğun saçlar üçün 4 tövsiyə
Məşhur ulduzun bənzəri tapıldı-FOTO
Borc məhkəməyə qədər necə ödənilə bilər?
Bizim hekayə...
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Bakılıların evləri nə vaxt isinəcək?
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Məşhurların təəccübləndirən geyimlər
Ac qarına bunları etməyin!
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
"Bu razılaşma tarixi səhvdir"
Onun "Survivor"da iştirakı birmənalı qarşılanmadı-SƏBƏB
Təbii doğuşun faydaları
Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi
- ŞƏRHLƏR