Həftədə ən azı bir dəfə üzə maska tətbiq etmək dəri üçün son dərəcə faydalıdır. Dərinin hər şeydən əvvəl təmizlənməyə ehtiyacı vardır. Maska da təmizləmənin bir parçasıdır. Dərini təmizləmək, bəsləmək və canlandırmaq kimi müxtəlif məqsədlər üçün müxtəlif maskalar tətbiq olunmalıdır.
Krem şəklindəki maskalar sürtüldüyü zaman qatılaşmır. Xüsusilə quru dəri üçün uyğundur. Plastik maskalar isə səthdəki toxumaları sıxır. Bu cür maskalar yorğun və qırışlı dəriyə uyğundur.
Öz maskanızı düzəldin!
Kauçuk maskalar dərhal sərtləşir, jele halında olanları isə yumşaqlıqlarını qoruyur. Gildən düzəldilən maskalar incə gips konsistensiyasına sahibdirlər. Kiçik bir üz hərəkəti zamanı çatlayan bu maskalar yağlı dəri üçün uyğundur. Şəffaf maskalar isə üzdəki kiçik qırışları və məsamələri bağlayır. Maskalar üzdəki əzələlərin boşalmasını təmin edir, qan dövranını sürətləndirir.
Hansı maskanı seçəcəyinizə qərar verməzdən əvvəl dərinizin bəslənməsini, yoxsa təmizlənməsini istədiyinizə qərar verin.
Qərar verdikdən sonra öz maskanızı hazırlaya bilərsiniz. Kosmetoloq Nazan Kamal evdə düzəldilməsi çox asan olan faydalı maskaları təqdim edir:
Ərik maskası: İki ədəd yetişmiş əriyi püre edin. Üzə çəkib 15-20 dəqiqə gözləyin. Bütün növ dəriyə tətbiq oluna bilər.
Çiyələk maskası: İki-üç çiyələyi yaxşıca əzib üzə sürtün. Yenə 15-20 dəqiqə üzdə saxlayın. Xüsusilə yağlı dəri üçün bu maska faydalıdır.
Bal maskası: Bir yumurta sarısının bir qədərini bir çay qaşığı bal və bir çay qaşığı zeytun yağı ilə qarışdırıb üzə sürtmək xüsusilə quru dəri üçün çox faydalıdır. Maskanı üzdə 15-20 dəqiqə saxlamaq lazımdır.
Yulaflı maska: Bir yemək qaşığı yulaf və bir yemək qaşığı gül suyunu qarışdırın. Üzə sürtün. Yağlı dəri üçün çox uyğundur. Üstəlik, qara nöqtələri təmizləyir.
Pivə mayalı maska: Pivə mayası su və ya yağsız südlə sıyıq bir konsistensiya alınana qədər qarışdırılır. Xüsusilə B vitamini baxımından xeyli zəngin olan bu maska dəridəki bütün çirkliliyi və zərərli maddələri yox edər.
Maskadan istifadə edərkən diqqət edin!
Maskadan öncə üzünüzə buxar tətbiq edin. Bunun üçün dərin olmayan qazanda su qaynadıb, dəsmalla örtün. Üzünüzü də dəsmala tərəf tutun. Məsamələrin açıldığını görəcəksiniz.
Göz kənarlarındakı dəri çox həssas olduğu üçün oraya maska sürtməyin. Çünki qırışların yaranmasına gətirib çıxarar.
Meyvələrlə düzəltdiyiniz maskalarda meyvələrin çürük olmamasına diqqət yetirin. Əks halda dəriyə mikrob düşə bilər. Ancaq yetişmiş meyvələri seçin.
Maskanı təmizlədikdən sonra dəriniz yağlıdırsa, nəmləndirici krem və ya qurudursa, yağlı krem sürtün.
Maskadan istifadə edildiyi zaman üzdə dərhal parlaqlıq meydana gəlir. Maska tətbiq edərkən üzün tamamilə hərəkətsiz olması lazımdır. Ən doğru olanı isə arxası üstə yataraq maskanı üzə çəkməkdir.
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR