Saç rənginə qərar verərkən onun dəri rəngi ilə uyğunlaşmasına da əhəmiyyət vermək lazımdır. Dəri rənginə uyğun rəng seçildiyi zaman dərimizin daha parlaq, hamar və sağlam görünəcəyini söyləyən ekspertlər dəri rəngimizə uyğun saç və paltar rənglərini də bizlərlə paylaşdı.
Təbiətdəki bütün rənglər sarı, qırmızı və mavi rəngin qarışıqları ilə yaranır. Saça tündlüyü verən qırmızı piqmentlərdir. Mavi soyuq rəngi, sarı isə isti rəngi təmsil edir. Bədən rəngləri isti və soyuq rənglər olmaqla 2 yerə ayrılır. Bunların da açıq və tünd olmaqla 2 alt qrupu vardır. Soyuq qrupun açıq bədənliləri yay insanı, soyuq və tünd bədənliləri qış insanı, isti və açıq bədənliləri yaz insanı, isti və tünd bədənliləri isə payız insanı adlandırılır.
İndi isə gələk mövsüm adlarıyla adlandırılan bədənlərə hansı saç və paltar rənglərinin yaraşacağına…
Yay fəsli insanı
Bu insanların bədən rəngi açıqdır və çox zaman mavi gözlü olurlar. Günəşdə tez qaralırlar. Saçları günəşin təsirindən ağımtıl sarı rəngə qədər açıla bilər. Saç rəngləri tünd qumral və ya daha açıqdır. Yay insanına yaraşan rənglər - kül sarısı, platin sarısı və qırmızıdır. Yaraşan paltar rəngləri isə mavinin hər tonu, bənövşəyi, boz, tünd çəhrayı və ağdır.
Yaz fəsli insanı
Ümumiyyətlə, bu qrupa aid olan insanlar çillidir. Günəşdə qaralmazlar. Yaz insanına yaraşan saç rəngləri - açıq sarı, mis, qırmızı, açıq şokolad, karamel və atəş qırmızısıdır. Yaraşan paltar rəngləri isə ərik rəngi, portağal rəngi, açıq yaşıl, bej və açıq qəhvəyi rənglərdir.
Qış fəsli insanı
Ümumiyyətlə, tünd rəngli saç və dəriyə malikdirlər, amma ağ rəngli bədəni və tünd saçı olan qış insanları da vardır. Günəşin təsirini uzun müddət daşıyarlar. Qış insanına yaraşan saç rəngləri qəhvəyi rəng və qızılı refledir. Yaraşan paltar rəngi isə bənövşəyi, tünd çəhrayı, göy, tünd bənövşəyi, ağ və tünd bozdur.
Payız fəsli insanı
Yaraşan saç rəngləri tünd karamel, tünd mis rəngi, tünd şokolad, tünd sarı, bal rəngləridir. Payız insanına yaraşan paltar rəngləri isə qəhvənin hər tonu, yaşıl, narıncı, kirəmit rəngi və torpaq tonlarıdır. Yaşı ötdükcə dərilərində qırışlar yaranmağa başladığı zaman açıq rəngləri seçməlidirlər. Payız qadını yaşı ötdükcə yaz qadınının rənglərinə üstünlük verməlidir, çünki saç rəngi tündləşdiyi zaman dəri rəngi daha açıq görünər və üzdəki deformasiya və xətlər daha çox diqqət çəkər. Ayrıca yaş keçdikcə yaranan ağ saçları gizlətmək üçün açıq saç rəngindən istifadə etmələrində fayda vardır.
Qadınlar hər vaxt gözəl görünmək istəyir və paltar seçərkən bədənlərinə, saç rənglərinə və bədən rənglərinə uyğun olması onlar üçün əhəmiyyətlidir. Şübhəsiz ki, dəri rənginə uyğun olan paltarlar ən gözəl geyimlərdir.
Hər zaman gözəl və zövqlü olmanız diləyi ilə...
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Əmizdirmə haqqında ən çox verilən suallar
Rusiyanın unikal bölgəsi: Çukotka
Etməyə tənbəllik etdiyimiz 15 şey
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Ölü dəriləri təmizləyən noxud maskası
Con Frenç Sloanın rəsmləri (6)
İnsanları geyindirən kitabxana
Soyuq müharibə anonsu
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Qarın böyüməsinin üç əsas səbəbi
Qara qış gəlir
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Məşhur cütlük 1,5 milyon qazandı-FOTO
Günün ulduz falı - 15.09.2013
Şokoladlı və fındıqlı muffin (foto-resept)
İlya Rapinin əsərləri
Qarabağda döyüşlər başlayacaq
Ziyafət geyimləri
Müəllimlərə veriləcək testlər
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Miom və ya Fibroid (I hissə)
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
BVF son proqnozu açıqlayıb
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Prezident taksi sürdü - VİDEO
Məşhur blogerdən gözlənilməz addım-FOTO
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Filmdəki roluna görə küçədə gecələyir-FOTO
Midi ətəyiniz varsa
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Aromaterapiya
Ermənilər üçün faciəvi proqnoz
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ulduz falı
Kainatın kiçik modeli tapıldı - FOTO
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Emin Əmrullayevdən yeni TƏYİNAT
Yağış, qar yağacaq
Nazirlik kolleclərin məzunlarının universitetlərə qəbul şərtlərinə aydınlıq gətirdi
Beş yeni zavod açılır
Bu gün "Qanlı Ay" görünəcək
Qafqaz Universiteti bağlandı
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Almanın faydaları
Xoşbəxt münasibətin 4 sirri
- ŞƏRHLƏR