5. Mərhum Səməndər Rzayevin sözü olmasın, xalqımızın axşamlar qoz, fındıq yemək kimi gözəl adəti var. Bu, vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, eyni zamanda, kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları də sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar. Bundan daha yaxşı nə ola bilər ki?!
6. Atalardan qalma gözəl bir misalımız var:səhər özünüz yeyin, günorta dostunuza, axşam isə düşməninizə verin. Qızıl kimi sözlərdir. Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın – bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim Azəri qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin, diyetoloqların yazdığı xolesterindən-zaddan çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri bizim lerikli Şirəli baba imiş, o da deyilənə görə, yağlı qoyun ətindən kababı sevirmiş, axşam isə yatmaqdan əvvəl qatıq içirmiş. Amma yaddan çıxarmayın ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava, fiziki iş də onun dərmanı olub. Biz isə bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.
7. Mən bir müddət Rusiyada oxumuşam və yaşamışam. Orada gözəl bir qaydanın şahidi olmuşam. Həftənin bir gününü, deyəsən üçüncü günü «balıq günü» elan edirdilər. Həmin gün bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi. Təbii ki, bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs öz seçimini edirdi. Həmin gün ruslar bir qayda olaraq, günorta və axşam yeməklərində balıq qızartmasından və şorbasından, hətta konservlərindən istifadə edir, «balıq günü»nün bütün qaydalarına əməl edirdilər. Biz qafqazlılar isə, həmişəki kimi, mövcud qaydaları pozmağa çalışırdıq. Mən yalnız sonralar başa düşdüm ki, həftədə bir dəfə «balıq günü» təşkil etmək sağlam qidalanmağın ən gözəl yollarından biridir. Odu ki, bu qaydanı böyük məmnuniyyətlə oxuculara da təklif edirəm.
8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz, göyərti yeməkdir. Allaha şükürlər olsun ki, dünyanın cənnət guşələrindən biri olan Azərbaycanda hər cür meyvə-tərəvəz yetişir. Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən bişirilən mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə onlardan birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, amma bundan ötrü meyvəni bişirməyə, vitaminləri məhv etməyə dəyməz. Meyvəni, giləmeyvəni təzə-təzə yemək, ya da şəkərə qoymaq lazımdır. Sonra köksünü ötürdü, dedi siz cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar, mandarin yetişir, qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz, doyunca vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə kifayətlənməli oluruq. Bu söhbətin üstündən illər keçib, amma indi də xatırlayıram.
Sonda yoqların qaydalarını xatırlatmaq istərdim. Yoqlar artıq çəkidən xilas olmaq üçün həftədə bir dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz. Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam əməl edə bilmir, illərlə yerinə yetirə bilmir. Belələri üçün yoqlar müvəqqəti qayda — mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili yeməklər olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək, günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.
Qalib Arif
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR