Nədənsə, əksər xanımlar arıqlamaq üçün yemək yemirlər. Ancaq bu çıxış yolu deyil, hər şey daha da pis ola bilər: maddələr mübadiləsi pozulur, orqanizm lazımlı vitamin və minerallar qəbul edə bilmir, nəticədə orqanizm şoka düşür, və "fikirləşir ki", "vəziyyət" gərgindir. Belə olduqda orqanizm piy ehtiyatı yığmağa başlayır. Elə buna görə də düzgün qidalanaraq arıqlamaq lazımdır.
İlk əvvəl - səhər yeməyi, nahar və şam yeməyi ön planda tutulmalıdır.
Orqanizmi qorxutmamaq üçün müntəzəm olaraq vaxtı-vaxtında qidalanmaq lazımdır. Lakin səhər yeməyi zamanı doyumlu yemək kotlet yemək demək deyil. Doyumlu yemək o deməkdir ki, orqanizm 400 kkal qəbul etməlidir. Səhər yeməyi zamanı meyvə və dənli bitkilər qəbul etmək lazımdır ki, orqanizm vitamin və karbohidratlarla zənginləşsin. Nahar zamanı mütləq tərəvəz şorbasi yemək lazımdır. Şorbadan əlavə, nahar zamanı balıq, ət və tərəvəz yeyə bilərsiniz.
Şam yeməyi 18.00-dan gec olmamalıdır. Alimlərin tədqiqatına görə axşam saat 6-dan sonra qəbul edilən yeməyin tərkibindəki maddələr istifadə olunmur, yığılıb qalır. Məhz buna görə də axşam çox yemək lazım deyil. Şam yeməyi üçün ideal variant pörtlənmiş tərəvəz ola bilər.
Yemək haqqında məlumat:
Meyvə, xüsusən sitrus meyvələri - Belə meyvələr vitaminlə zəngindir və iştahanı azaldır.
Tərəvəz- Əksər tərəvəzlərin tərkibində orqanizmə lazım olan vitamin və minerallar olur.
Süd məhsulları - kalsium mənbəyidir.
Zülallı ərzaqlar - qızıl balıq, toyuq, paxla.
Su - orqanizmin yaxşı işləməsi üçün gün ərzində minimum 2 litr adi, qazsız su içməlisiniz. Yaz dövrü üçün su pəhrizini də saxlamaq olar.
Arıqlayarkən bir ərzaqla kifayətlənmək lazım deyil. Həm sənə, həm orqanizmə hər gün yeni bir şey qəbul etmək xoş olar. Faydalı bir ipucu - böyük boşqabı kiçiyi ilə əvəz edin.
Təbii ərzaqlardan daha çox istifadə edin. Rəngli maddələr, konservantlar və digər təbii olmayan əlavələr orqanizmdə maddələr mübadiləsini poza bilər, bu zaman da arıqlamaq mümkün olmaz.
Qızartma yeməklər- İstənilən qızardılmış xörək yağlı hesab olunur. Kaloridən əlavə, belə yeməklərin tərkibində kanserogen vardır ki, bu maddə heç vaxt orqanizmə kömək etməyəcək. Ən yaxşısı, xörəklərinizi suda bişirin, qaynadın və pörtlədin.
Un məmulatı və şirniyyat- Bulka, tort, konfet, şirin çaydan imtina edin. Qənd əvəzinə bal; südlü şokolad əvəzinə tünd şokolad; konfet əvəzinə qurudulmuş meyvələrdən istifadə edin.
Tez-bazar hazırlanan yeməklər - sosiska, kolbasa, konserva, pizza, xüsusən fast-fud- bunlardan imtina edin.
Çay,kofe şəkərli,şəkər əlavə edilmiş şirələr,kokteyl və kvas- Bunlardan da imtina edin.
Spirtli içki - bu, orqanizmə arıqladıqda çox pis təsir edir.
Əgər həqiqətən də arıqlamaq istəyirsinizsə, bir ərzaqla kifayətlənmək düzgün deyil. Düzgün qidalanma ilə yanaşı müntəzəm olaraq idmanla da məşğul olmaq lazımdır. Bu, sizə yaz fəslində arıqlamağa kömək edəcək. Səndən tələb olunan şey iradə və istəkdir.
Sən ki, gözəl olmaq istəyirsən, elə deyilmi?
XƏBƏR LENTİ
Qışda dondurmanın faydaları - Ekspert rəyi
İnsan burnu 1 trilyon qoxunu ayırd edə bilir
Hərbi vəziyyət elan olunur?
Bakıda beşinci Azerbaijan Fashion Week keçirilir
Xərçəngdən qoruyan möcüzəvi üsul
Balıq kotleti (foto resept)
Emma Stoun nişanlandı-FOTO
Yaz-yay ayaqqabıları
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
Bu yerlərdə olmaq gərək
Serj harada gizlənir?
Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib
Şeyma Subaşı FOTOsuna görə tənqid edildi
Fərqli sırğalar
Göbələkli bulqur plovu (foto-resept)
"Bizim Cəbiş müəllim"in Makedonu
Çox sıx kartlar satılacaq
Gözəl qadınlar, baxışları və tavadakı portağal...
İspan futbolçu rəsmən "Qarabağ"da
Axmaq Lalita
Çiyələklə dişlərinizi ağardın!
Simurq quşu haqqında maraqlı məlumatlar
Sevgi alimin ağlını aldı
Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Cem Yılmaz xəstəxanalıq oldu - SƏBƏB/VİDEO
Dikdaban ayaqqabılar
Cazibədar ziyafət donları
Cem Yılmaz "Məndən min dənədir"deyib oxudu
Günün qoroskopu - 12.01.2014
Yeni trend: Logolar
May ayının qalibləri!
Hörmə saç modeli
Hamiləlik zamanı bel ağrıları
Koronavirusa yoluxan həkim nəyin hesabına tez sağaldığı barədə danışdı
Dərimizin yaşını bilək
İyun ayında hava necə olacaq?
Mahsum Kırmızıgüldən şad xəbər-FOTO
Kartof Frii (foto resept)
Burak və Özgenin 150 minlik tətili-FOTO
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
200 illik kitablardakı gizli sənət
Eşq
Erkən qocaldan 6 SƏBƏB
Hava haqqında - 12.02.2014
Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı
Məşhur hind aktyoru intihar etdi
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
83 yaşlı müğənni gəlinlik geyinmək istəyir-FOTO
- ŞƏRHLƏR