Bakıda hava
USD AZN
EUR AZN
07:15Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41447

10 addımda artıq çəkidən xilas olun

 

10 addımda artıq çəkidən xilas olun

 

Artıq çəki estetik görünüşü pozmaqla qalmayıb sağlamlığımıza da təhlükə törədir. Ürək xəstəliyi, diabet, təzyiq və ortopedik problemlərə yol aça bilən şişmanlıq ilə mübarizə aparmanın yolu sağlam qidalanmaqdan keçir.

Çatmaq istədiyiniz çəkini müəyyənləşdirin.

Arıqlamaq istəyən bir çox adam tez-tez pəhriz edir və bir müddət sonra bir çox fərqli səbəblərə görə pəhriz proqramına sadiq qalmır. İnsanı günlük həyatında çətinə salmayacaq doğru planlanmış bir pəhriz proqramı sayəsində qidalanma adəti dəyişdirilərək uğurlu nəticələr əldə etmək olar. Pəhrizə başlayanlar “Görəsən, arıqlaya bilərəmmi? Arıqlasam, bu çəkimi qoruya bilərəmmi?" kimi motivasiyaya təsir edəcək suallarla özlərini yormamalı, düzgün hədəflərlə yola çıxmalıdılar. Sağlam bir şəkildə ideal çəkiyə sahib olmaq üçün mütləq mütəxəssis köməyi almalıdılar.

Mütəxəssis köməyi alın və şüurlu qidalanın.

Yayda istinin təsiri də düşünülərək ağır yeməklərdən xüsusi ilə qızartmalardan uzaq durmaq lazımdır. Bunun əvəzində qaynadılmış yeməklər yeyilməlidir. Xəmir şiriniyyatları əvəzində xəfif süd şirniyyatları, ya da dondurma istifadə edilməlidir. Meyvə kökəltməz düşüncəsilə həddən çox meyvə yeyilməməlidir. Çünki meyvələrdə fruktoza, yəni meyvə şəkəri var. Meyvə şirəsi, şəkərli içkilər yerinə az kalorili ayran içilməlidir. Həm də bol-bol su içmək lazımdır. Hər yemək vaxtı salat yeyilməlidir.

 

10 addımda artıq çəkidən xilas olun

 

 

Pəhriz zamanı halsızlıq və baş gicəllənməsinin qarşısını almaq üçün maye istifadənisi artırın.

Yay aylarında bədənin maye ehtiyacı çoxalır. Yay fəslində istilərin təsiri ilə vücudda suyla bərabər natrium, kalium kimi minerallar da atılır. Bunun nəticəsində halsızlıq hissi, yorğunluq, bulantı, baş dönməsi, nəbz zəifləməsi kimi sağlıq problemləri müşahidə edilə bilər. Xüsusilə tərləmə ilə artan maye itməsinin qarşısını almaq məqsədilə gündə 2,5-3 litr su içilməlidir. Çəki azaltmaq, çəkini qorumaq və artıq qida qəbulunu əngəlləmək üçün bol maye qəbul edilməsi vacibdir.

Çəkinizi hər gün yoxlamayın.

Çəki təqibi məqsədilə tez-tez çəkilmək düzgün deyil. Sağlam bir pəhrizlə çəkinin dəyişməsi ayda 4-6 kq-dır. Buna görə həftədə 1-1,5 kq itməsi normaldır. Bundan daha artığını gözləmək xəyal qırıqlığına səbəb ola bilər. Düzgün çəkilmə həftədə bir və səhərləri acqarına olmalıdır. Gün ərzində fərqli saatlarda bir neçə dəfə çəkilmək kefinizi pozar və motivasiyanızın azalmasına səbəb olacaqdır.

Özünüzü mükafatlandırın.

Pəhriz proqramına başladıqdan bir müddət sonra çəki azalmağa başlayarsa, atılan çəkilər üçün şəxslər özlərini mükafatlandıra bilərlər. Ancaq bu mükafatlandırma pəhrizi pozaraq olmamalıdır. Özlərinə mükafat olaraq bəyəndikləri hər hansısa bir geyimi ala bilər, saç modelini dəyişdirə bilər, ya da uzun müddətdir görmək istədikləri bir yerə gedə bilərlər. Bu şəkildə motivasiyasını artıra bilərlər.

Nikbin olun.

Pəhriz müddətində motivasıyanı yüksək səviyyədə tutmaq üçün verilmiş hər çəkidə sevinmək çox vacibdir. Atılmış çəkinin miqdarı nə olursa-olsun, pəhriz saxlayan şəxs uğurlarını təqdir etməlidir. Pəhrizə başlayan şəxslər ətraflarındakı digər insanların hər istədiklərini yediklərini, onların isə qadağada olduqlarını düşünərək özlərini tərk edilmiş kimi hiss etməməlidirlər.

Ac olub-olmadığınızı sorğulayın.

Çox insan bezəndə, özünü bədbəxt hiss etdəndə, əsəbiləşəndə, ya da xoşbəxt olanda özünü ac hiss edər. Belə vəziyyətlərdə aclıq hissi təkrar sorğulanmalıdır. Duyğu çoxluğuna bağlı olaraq aclıq hissi hallarında mütləq bir şeylər yemələri lazım olduğunu düşünən insanlar, kalorisi olmayan və mövsümə uyğun çiy tərəvəzlər yeməlidilər.

 

10 addımda artıq çəkidən xilas olun

 

 

Yemək vaxtları nə yediyinizi qeyd edin.

Pəhriz saxlayan insanların nə yediklərini qeydə almaları özlərini nəzarətdə saxlamaları üçün çox təsirli üsuldur. Qeydlər sayəsində yemək vaxtı sayını və yemək vaxtlarında doğru qida qruplarına yer verib-vermədiyinə nəzarət edərkən etdikləri səhvləri varsa, onları da görmək imkanı əldə etmiş olur.

Cips və sair kimi qidalar əvəzinə çərəz istifadə edin.

Evdə və iş yerinin çəkməcəsində olan şokolad, peçenye və s. kimi yüksək kalorili qidalar pəhriz proqramının pozulmasına səbəb ola bilər. Bunun əvəzində iş yeri çəkməcənizdə quru meyvə, ləbləbi kimi sağlıqlı və ara payları olmağa uyğun qidalar saxlamaq daha doğru olar.

Fiziki fəaliyyəti artırın.

Sağlam qidalanmaqla yanaşı fiziki fəaliyyət də arıqlamağınızı sürətləndirəcəkdir. Gündə ən az bir saat templə yerimək insanın sağlam arıqlamağına, həm də özünü çox yaxşı hiss etməyinə səbəb olacaqdır.

Səslərin sayı: 3
13
5261
Şərhlər
Offline
Azadə Həbibzadə
Coxlu su icmek ve beyninde neyise yeyende fikirlesmek lazim deyilki kokelecem.Men bele edirem hemise
11 yanvar 2016 17:42
Offline
Gulum
Pəhrizsiz bir günüm olmasın Artıq çəkiləri qapıdan qoluyuram bacadan gəlir bacadan qoluyuram pəncərədən gəlir))indi qapı bacanı bərk bərk bağlamışam İnşallah yəqin ki arıqlayaram
10 yanvar 2016 11:13
Offline
Nermin_Guler
Çox insan bezəndə, özünü bədbəxt hiss etdəndə, əsəbiləşəndə, ya da xoşbəxt olanda özünü ac hiss edər.

Mən əsəbləşəndə özümü soyuducunun qarşısında tapıram))
10 yanvar 2016 09:00
Offline
Aysel İ.
Mənim boyum 1,69-dur. Çəkim həmişə 52-54 arası dəyişib. Ailə qurduqdan sonra 3 uşaqdan sonra çəkim 96 kq olmuşdu. Çox kompleksli idim. Heç evdən çıxmaq belə istəmirdim. Məcbur qalmasam çıxmırdım da. Bir gün qərar verdim ki, bu yeməklər məndən güclü deyil. Mənim hələ nə yaşım var ki, yaşayan ölü olmuşam. Nə isə Artıq hamımızın tanıdığı məşhur Dukan dietinə başladım. Çox şükür 5 aya 26 kq geridə qoydum. özümü sevməyə başladım. Həyatı sevməyə başladım. Deməli avqusdan bəri pəhriz saxlamıram. Ancaq mənə nəyin daha yaxşı təsir etdiyini, nə qədər yeyəcəyimi və ən əsası sağlam qidalanmağı öyrənmişəm artıq. Kərə yağı və çox şirniyyat məni ağırlaşdırır. mədəmdə narahatlıq hiss edirəm. Sən demə əvvələr hər zaman ağrıyan mədəmin səbəbi də elə onlarmış. Zeytun yağından istifadə edirəm.
9 yanvar 2016 23:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aysel Camallı
Əvvəllər bununla bağlı çox arasdirmalar etmisem ,hamisindan melumatliyam :)

Boyum hundurdu deye kokelsem de hiss olunmur .Kompleksim olub həmişə ,özümə zülüm etmisem onu ye bunu ye deye Смайлик «smile» Amma vaxt kecdikce arasdirdim ki hər insan oz orqanizmin tanimalidir ,nə yeyende yungul olur ne yenede agirlasir ,şişkinlesir ..Onlari bilenden sonra asandı hersey .Gerek ozunu qismayasan onu yeyim bunu yemeyim deye ) (Bu da dietoloq mesleheti Смайлик «smile»
9 yanvar 2016 19:43
Offline
Fatma xanım
Neyniynirsən elə alınmır ki alınmır
9 yanvar 2016 18:55
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
gunay,
Mən şirniyyat yeyə-yeyə arıqlayıram. Əsas məqsəddi. İndi mayasız çörəklər satılır. Alın ondan istifadə edin. Yeməklərə yağ bitki yağı istifadə edin.
9 yanvar 2016 18:44
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
gunay
Esas wirniyyat ve corekdi. Onlari yemesek ariqlamaq asan olar
9 yanvar 2016 16:47
Offline
. : . Sonta_Xatun . : .
Amma bunlari hami bilir axııııııı, mən sandimki yeni bir diet və ya yeni bir məşq yazilib
28 sentyabr 2015 20:58
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Sonay Quluzade
Özüm hələ tam razı deyiləm çəkimdən, amma məni uzun müddət görməyənlər o ki, var danladılar ki, çox arıqlamısan, boşa bu pəhrizi zadı crazy Əslində pəhriz saxlamıram, nəsə axır vaxtlar iştaham pozulub, həm də uzun müddətli məzuniyyətdən sonra iş və məktəbin eyni zamanda başlaması mənim işlərimdə tıxac yaradıb blush
Təşəkkürlər.
28 sentyabr 2015 09:32
Offline
Fatma xanım
Yaralı yerimdi də bu köklük
27 sentyabr 2015 17:29
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Mən də pəhrizdəyəm. Demək olar ki, istədiyim çəkiyə də nail olmuşam. Faydalı məsləhətlərdir. Təşəkkürlər.
27 sentyabr 2015 14:53
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Çiçək
Aiqlamaga ehtiyacim yoxdur tesekkur . Yayda ise cox ariqlayiram bu da yaxsi olmur, yaydan sonra bir az ceki yigmam lazim olur smile
27 sentyabr 2015 12:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış