Bakıda hava 10°
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

10 addımda düz qarına sahib ol!

Qarın yağlarından xilas olmaq vaxtı deyilmi? Düzgün və hamar bir qarına sahib olmaq hər qadının xəyalıdır. Aylarla tutulan pəhrizlərə baxmayaraq hələ də müsbət nəticə əldə edə bilmirsinizsə, həkimə müraciət edin. Çünki bunun ciddi bir səbəbi də ola bilər. 

10 addımda düz qarına sahib ol!

Sizə arıqlamaq üçün kömək edəcək bir neçə məsləhət veririk. Buyurun, faydalanın.

1. Zülal qəbulunu artırın.

10 addımda düz qarına sahib ol!

Maddələr mübadiləsini sürətləndirmək üçün səhər yeməyinizdə 4 ədəd qaynadılmış yumurta ağı qəbul edərək orqanizmin zülal qəbulunu artırın. Bu yolla maddələr mübadiləniz səhər sürətlənəcək və formanıza qovuşma hədəfinizə yaxınlaşacaqsınız. Zülalla  zəngin qidaların həzmi, sorulması (absorb) və istifadəsi daha uzun müddət çəkər. Bu da daha artıq kalori yandıracağınız və özünüzü daha uzun bir vaxt tox hiss edəcəyiniz mənasına gəlir.

2. Hər gün bir alma yeyin.
Düz bir qarına sahib olmağın ən təsirli vasitələrindən biri də hər gün meyvə və tərəvəz qəbul etməkdir. İmmunitet sisteminizi gücləndirmək və lif qəbulunu artırmaq üçün hər gün 2-4 dəfə meyvə və 4-6 dəfə tərəvəz qəbul etməyi hədəfə almalısınız. Buna hər gün bir alma yeməklə başlaya bilərsiniz. Almada xolestrolu azaldan pektin var.
10 addımda düz qarına sahib ol!
3. Əzələ məşqləri edin.
Məşq etmədiyiniz zaman belə nə qədər artıq çəkiniz varsaŞ o qədər artıq kalori yandırarsınız. Əzələ məşqi etmədən sadəcə kardiyo məşqləri etsəniz, qarın nahiyənizdəki əzələlərindən başqa əzələ kütləsindən də itirərsiniz. Düz bir qarın üçün rutin məşq proqramınıza əzələ məşqlərini daxil edin.
10 addımda düz qarına sahib ol!
  4. Su qəbul edin.
Hər gün yetərli qədər su içməyiniz arıqlama prosesində sizə köməkçi olacaqdır. Yemək yeməzdən əvvəl su içməyi yoxlayın. Beləcə, daha az yeyərsiniz. Aclıqla suzsuzluğu bir-birinə qarışdırmamağı öyrənin. Bunun ən yaxşı yolu hər nahardan əvvəl su içməkdir.
10 addımda düz qarına sahib ol!
5. Kardio məşqlərini genişləndirin.
Düz bir qarın üçün 60 dəqiqə yoğun məşq etməyiniz vacibdir. 10 dəqiqə qaçmağı, sonra 1 dəqiqə sürətli qaçmağı, arxasından 5-10 burpee hərəkəti etməyi və 5-10 dəfə press etməyi yoxlayın. Ən yaxşı nəticə üçün bunları ən az 5 dəfə təkrarlamaq lazımdır. Ancaq bütün hərəkətləri 1 dəfə edərək təkrarlayın.
10 addımda düz qarına sahib ol!
6. Gecə gec vaxtı yemək yeməyin.
Yatağa girmə vaxtının 2 ya da 3 saat əvvəlindən etibarən bir şey yeməyin. Bilirik ki, bu çətindir, amma vacibdir. Yatarkən maddələr mübadiləsi zəifləyir və bu da yatağa girmədən aldığınız kaloriləri yandırmayacağınız mənasına gəlir. Bir stəkan su içməyi yoxlaya bilərsiniz.
7. Piometrik məşq
Piometrik hərəkətləri edərkən 90% yorğunluqla məşq edirsiniz və maddələr mübadiləsini canlandırırsınız. Bu da daha qısa vaxtda düz bir qarına sahib olacağınız mənasına gələr.
10 addımda düz qarına sahib ol!
8. Duz qəbulunu azaldın.
Bu, ümumi sağlığınız üçün də faydalı olacaqdır. Hədsiz duz qəbulu şişkinliyə səbəb ola bilər. Bu da formanıza qovuşma hədəfinizə tərs olar. Duz qəbulunu azalda bilmirsinizsə, dəniz duzu istifadə etməyi yoxlaya bilərsiniz. Daha az sodium tərkibli duz növləri şişkinliyin azalmasına köməkçi olacaqdır.
9. Kola və qazlı su içməkdən imtina edin.
Kola və qazlı içkilər düz bir qarının ən böyük düşmənidir. Qarnınızın daha düz görünməsini istəyirsinizsə, bu içkiləri qəbul etməyi buraxın.
10 addımda düz qarına sahib ol!
10. Gövdənizi gücləndirin.
Bu, çox çətin məşqlər etməyiniz mənasına gəlmir. Gövdənizi bəzi asan vasitələrlə də gücləndirə bilərsiniz. Sadəcə dik durmağınız və nəfəs alıb-verişinizə nəzarət etməyiniz yetərli olacaqdır. Yoqa da gövdənizi gücləndirmək üçün gözəl bir vasitə ola bilər.
Səslərin sayı: 5
18
9187
Şərhlər
Offline
✦AyseL✧
tewekkurler calisacam ki edim
17 aprel 2015 17:41
Offline
Mələksima
Faydali xeberdi tesekkur
17 aprel 2015 17:39
Offline
Leyla Huseynzade
Faydali Meslehetlere gore cox saolun^^ bye
29 noyabr 2014 14:14
Offline
Zehra.
•●Narın●•,
Nəzrin ,
nigar dadasova,
Terane Allahverdiyeva,
ELIF eliyeva,
fidan,
Şərhləriniz üçün təşəkkürlər əzizlərimm. air_kiss
2 sentyabr 2014 22:28
Offline
Narin...
Çox gözəl məsləhətlərdir. Təşəkkürlər Zəhra xanım. give_ros Amma ehtiyacım yoxdu çox Şükür düm düzdü qarnım, anam hərdən deyir qarnın belinə yapışıb anquta oxşuyursan. crazy
19 avqust 2014 13:47
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Nəzrin
Cola yenemi laughing her gun icirem ne yalan deyim el cekmey fikrimde yoxdu amma az icirem ariqlamaq ucun 1stekan .her seyden az az xebercun tesekkurler
17 avqust 2014 15:35
Offline
nigar dadasova
meslehete gore tesekurler........menim ehtiyacim yoxdur
17 avqust 2014 14:03
Offline
Terane Allahverdiyeva
Neyniyirem pehrize otura bilmirem. menimde qarnim dehwet cixib.
17 avqust 2014 12:56
Offline
zara
Elə men forumdayam tesekkurler
16 avqust 2014 21:04
Offline
fidan
Men yemeyime diqqet edirem aerobika ile meşgul oluram
13 avqust 2014 02:17
Offline
Zehra.
PƏRVANƏ ƏLİYEVA......, give_ros
AYSUN MEMMEDOVA, give_ros
Q, give_ros
S.N., give_ros
13 avqust 2014 00:05
Offline
PƏRVANƏ ƏLİYEVA......
Meslehetlere gore coxsaqol canim.. give_ros
12 avqust 2014 22:40
Offline
איסון ממדוב.
Mende bu gun hekim yoxlanisina getdim 2 hefteye 1 klo 400 qram ariqlamisam dance1 min bereket
12 avqust 2014 22:11
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Qəribə
Ellada Babayeva
Yay gələndən su içməyə başlamışam.Görən deyir arıqlamısan yemək yemirsən.
12 avqust 2014 20:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥♥S.Nur♥♥
Maraqli meslehtlere gore cox saq ol, bacim.
12 avqust 2014 15:38
Offline
Zehra.
Ellada Babayeva, give_ros
HAPPY SMİLE :), give_ros
12 avqust 2014 14:26
Offline
Ellada Babayeva
9. Kola və qazlı su içməkdən imtina edin.
Kola və qazlı içkilər düz bir qarının ən böyük düşmənidir. Qarnınızın daha düz görünməsini istəyirsinizsə, bu içkiləri qəbul etməyi buraxın.

Bir şey ki,ərpi tökür onu necə içmək olar? Belə problemim yoxdur.Olanda qatıq köməyimə gəlir. smile

4. Su qəbul edin.
Hər gün yetərli qədər su içməyiniz arıqlama prosesində sizə köməkçi olacaqdır. Yemək yeməzdən əvvəl su içməyi yoxlayın. Beləcə, daha az yeyərsiniz. Aclıqla suzsuzluğu bir-birinə qarışdırmamağı öyrənin. Bunun ən yaxşı yolu hər nahardan əvvəl su içməkdir.

Yay gələndən su içməyə başlamışam.Görən deyir arıqlamısan yemək yemirsən. biggrin
12 avqust 2014 14:13
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
HAPPY SMİLE :)
Meslehetlere gore sagolun men de cox cola icirdim lakin padrugam mene 1 video gonderdi artiq ailevi olaraq icmiik give_ros
12 avqust 2014 14:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )